Gərgin vaxtda Zakir Həsənov Minskə niyə gedib? – Səbəb açıqlandı
Siyasət 17 İyn 2025 23:36:00 89 0
Xəbər verdiyimiz kimi, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarusa rəsmi səfər edib. Səfər çərçivəsində Azərbaycan hərbi nümayəndə heyətinin rəhbəri ilə Belarusun siyasi və hərbi rəhbərliyi arasında bir sıra görüşlər, ölkədəki hərbi hissələrə, müdafiə sahəsi müəssisələrinə səfərlər nəzərdə tutulub.
Bu xəbəri də oxu: Azərbaycanda texniki tənzimləmənin şamil olunduğu malların siyahısı təsdiqlənəcək FƏRMAN
Regionda hazırkı qarışıq durumda, İran-İsrail müharibəsinin qızğın dövründə Z.Həsənovun səfəri bəzi suallar yaradır.
Son.az bildirir ki, globalinfo.az-a açıqlama verən politoloq Samir Hümbətov bildirib ki, proseslərin gərgin məqamında müdafiə naziri Zakir Həsənovun Belarusa səfəri təsadüfi xarakter daşımır:
"Bu, öncədən planlaşdırılmış bir səfərdir və əsas məqsədi tərəflər arasında mövcud olan hərbi əməkdaşlığın daha da dərinləşdirilməsidir. Belarus və Azərbaycan müdafiə təyinatlı məhsulların qarşılıqlı istehsalını həyata keçirirlər. Bu, kifayət qədər strateji və önəmli bir məsələdir.
Siyasi müstəvidə də Azərbaycan və Belarus bir sıra beynəlxalq platformalarda bir-birini dəstəkləyirlər. Bu isə onu göstərir ki, səfər ikitərəfli münasibətlərə birbaşa təsir edir. Zakir Həsənovun həmin səfəri nəticəsində Azərbaycanın Belarusdan yeni və müasir tipli silahlar alması, eləcə də hərbi sahədə əməkdaşlığı genişləndirmək məqsədilə bir sıra yeni layihələrin reallaşdırılması mümkündür. Bu istiqamətdə yetərincə potensial və imkanlar mövcuddur".
Uzun müddət oturmaq kişilərdə ciddi sağlamlıq problemləri yarada bilər

İranın son vaxtlar Tel-Əvivə qarşı həyata keçirdiyi hücumların əsas v

Yüksək qan təzyiqini nəzarətdə saxlamaq üçün illərdir duz istehlakın�

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail Baş naziri Benyamin Netan

Hərbi xidmətə gedən şəxsləri ən çox narahat edən məsələlərdən bir

İran hələlik İsrailə qarşı ciddi hərbi əməliyyatlara başlamayıb və

Dünyada baş verən proseslər - xüsusilə geosiyasi gərginliklər, iqtisadi

ABŞ Müdafiə Nazirliyi Yaxın Şərqə əlavə hərbi güc, o cümlədən F-16

Azərbaycan Respublikasında qanunvericiliyin tələbləri nəzərə alınmaqla,

ABŞ-nin Cənubi Karolina ştatında yaşayan 14 yaşlı yeniyetmənin nadir ba

Tramp İranı Xamenei ilə hədələdi: "Qeyd-şərtsiz təslim!"

İranın sabiq Prezidenti Mahmud Əhmədinejat Tehranda küçədə açılan atə
