Hərbi gərginlik dərinləşir Qarşıdurma uzunmüddətli olacaq AÇIQLAMA


Siyasət 17 İyn 2025 13:00:00 59 0

Hərbi gərginlik dərinləşir  Qarşıdurma uzunmüddətli olacaq  AÇIQLAMA

CNN Ağ Evdəki və İsrail hakimiyyətindəki mənbələrə istinadən məlumat yayıb ki, İsrailin İrana qarşı hərbi əməliyyatı günlərlə deyil, həftələrlə davam edə bilər və bu, ABŞ administrasiyasının gizli razılığı ilə həyata keçirilir. ABŞ Prezidenti Donald Trampın administrasiyası qapalı müzakirələr zamanı əməliyyatın gözlənilən müddətinə etiraz etməyib. Ağ Evin sözçüsü təsdiq edib ki, ABŞ İsrailin planlarından xəbərdardır və onu üstüörtülü şəkildə dəstəkləyir.

Bəs İsrail-İran hərbi gərginliyi niyə başladı, necə bitəcək?

Son.az xəbər verir ki, mövzunu siyasi şərhçi Kənan Novruzov təhlil edib: 

O bildirib ki, burada diqqət çəkən iki məqam var:

"Birincisi, hərbi əməliyyatların həftələrlə davam etməsi ilə bağlıdır. Əslində bu, gözləniləndir. Məsələ burasındadır ki, İsrailin İrana hücumu kifayət qədər ağır nəticə ilə yadda qaldı, İranın onlarla generalı öldü. Bu hadisədən sonra İranın iki seçimi var idi: ya cavab verməmək, ya da adekvat addım atmaq. Birinci variant hərbi gərginliyin genişlənməsinin qarşısını ala bilərdi. Amma bu zaman İran bir sistem kimi daxildən çürüməyə, məhv olmağa başlayacaqdı. Proses vətəndaş müharibəsinə qədər uzana bilərdi. 

Amma Tehran ikinci variantı seçdi və İsrail ərazisini vurmağa başladı. Bu, hazırkı əməliyyatların daha genişmiqyaslı müharibəyə çevrilməsinə şəraitm yarada bilər. Məsələ buradındadır ki, indi İsrail həm də ABŞ-ni müharibəyə çəkmək istəyir. Və bunun üçün bütün mümkün imkanlardan istifadə edir".

Onun sözlərinə görə, əslində Vaşinqtonun bununla bağlı narazı mövqeyi olmasa idi, Təl- Əviv çoxdan savaşa başlayardı. Ancaq ABŞ sona qədər İsrailə müqavimət göstərə bilmədi. Daha doğrusu, Təl- Əviv Vaşinqtonu dinləmədi:  

"Proseslərin bundan sonra necə inkişaf edəcəyi İranın ritorikasından, o cümlədən ABŞ ilə münasibətlərindən asılı olacaq. Əgər Tehran nüvə sazişi ilə bağlı konstruktiv mövqe ortaya qoysa, ABŞ neytrallığını qoruyacaq. Əks halda isə ABŞ mövcud durumdan istifadə edərək rəsmi Tehrana qarşı təzyiqləri artıra bilər. İsrail isə mümkün qədər çalışacaq ki, razılıq əldə olunmasın. Hücumun məqsədi də elə bu idi. 

Bütün bunları nəzərə alsaq deməliyik ki, hərbi gərginlik yaxın zamanda başa çatmayacaq. Əksinə, vəziyyətin daha da pisləşəcəyi ehtimalı var. Bu mənada CNN iddiaları doğru ola bilər. 

ABŞ-nin gizli razılığı məsələsinə gəldikdə isə bildirməliyik ki, bu mümkündür. Doğrudur, Vaşinqton nüvə danışıqlarının pozulmaması üçün hərbi əməliyyatların başlanmasına qarşı idi. Amma indiki vəziyyət də "B" variantı kimi Ağ Evin maraqlarına cavab verir. ABŞ İranı sıxışdırmağa davam edəcək".

Şərhçi qeyd edib ki, əgər ABŞ İsrailə dəstək verirsə də belə, bu hələ ki sahədə özünü göstərmir. ABŞ İsrailə müəyyən kəşfiyyat məlumatları ötürə bilər, bu qədər. Ancaq İran nüvə danışıqları ilə bağlı radikal mövqeyini və ambisiyasını davam etdirsə, onda ABŞ daha ciddi formada İsrailə dəstək göstərə bilər.

Aysel Əkbər Son.az 

Azərbaycanda PUAlarla əlaqədar yeni dövlət rüsumları müəyyənləşib like
  • 17 İyn 12:58  
Siyasət Azərbaycanda PUAlarla əlaqədar yeni dövlət rüsumları müəyyənləşib

Azərbaycanda PUA-larla əlaqədar yeni dövlət rüsumları müəyyənləşib.

arrow Ətraflı
Azərbaycanda keyfiyyət informasiya sistemi haqqında əsasnamə hazırlanacaq like
  • 17 İyn 12:57  
Siyasət Azərbaycanda keyfiyyət informasiya sistemi haqqında əsasnamə hazırlanacaq

Azərbaycanda keyfiyyət informasiya sistemi haqqında əsasnamə hazırlanacaq.

arrow Ətraflı
Sabah Bakıda yağış yağacaq like
  • 17 İyn 12:54  
Digərləri Sabah Bakıda yağış yağacaq

Azərbaycanda iyunun 18-də hava şəraitinin yağmurlu keçəcəyi gözlənilir

arrow Ətraflı
İranda mühasirədə qalan türk müğənnidən XƏBƏR VAR like
  • 17 İyn 12:44  
Şou-biznes İranda mühasirədə qalan türk müğənnidən XƏBƏR VAR

İranda mühasirədə qalan müğənni Lara vətəni Türkiyəyə qayıdıb.

arrow Ətraflı
Bakıda mağaza açılışında BİABIRÇILIQ like
  • 17 İyn 12:33  
Digərləri Bakıda mağaza açılışında BİABIRÇILIQ

Sosial şəbəkələrdə yayılan video marağa səbəb olub.

arrow Ətraflı
Alimlərdən çox ətir iyləyənlərə BƏD XƏBƏR  Təhlükəli imiş like
  • 17 İyn 12:25  
Digərləri Alimlərdən çox ətir iyləyənlərə BƏD XƏBƏR Təhlükəli imiş

Dünya alimləri tez-tez və uzun müddət ətir qoxularına məruz qalmağın i

arrow Ətraflı
"Deyir nə günə qalıb ki, kolbasa reklamına çəkilir, bədbəxt aparıcı var...” like
  • 17 İyn 12:15  
Şou-biznes "Deyir nə günə qalıb ki, kolbasa reklamına çəkilir, bədbəxt aparıcı var...”

Çəkildiyi kolbasa reklamı ilə müzakirələrə səbəb olan Xalq artisti Ra

arrow Ətraflı
Azərbaycan: qlobal xaosda stabillik simvolu like
  • 17 İyn 12:04  
Siyasət Azərbaycan: qlobal xaosda stabillik simvolu

2025-ci ilin dünyanı yeni geosiyasi və iqtisadi həqiqətlərlə qarşı-qar�

arrow Ətraflı
İran və İsraildə ölən və yaralananlar arasında azərbaycanlılar var?  XİNdən AÇIQLAMA like
  • 17 İyn 11:58  
Digərləri İran və İsraildə ölən və yaralananlar arasında azərbaycanlılar var? XİNdən AÇIQLAMA

İsrailin və İranın qarşılıqlı hava hücumları nəticəsində hər iki �

arrow Ətraflı
"Gözünüzə girsin sizin oyununuz"  Məktəb direktorundan "Son zəng"də sərt çıxış like
  • 17 İyn 11:53  
Digərləri "Gözünüzə girsin sizin oyununuz" Məktəb direktorundan "Son zəng"də sərt çıxış

Sumqayıt şəhəri Ş.İ.Xətai adına 30 nömrəli tam orta məktəbdə keçir

arrow Ətraflı
İran Mossadın binasını vurdu like
  • 17 İyn 11:44  
Dünya İran Mossadın binasını vurdu

İranın raket zərbəsi nəticəsində İsrailin xarici kəşfiyyat xidməti ol

arrow Ətraflı
Hacı Şahinin oğlu nişanlandı  FOTO like
  • 17 İyn 11:40  
Digərləri Hacı Şahinin oğlu nişanlandı FOTO

Mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin oğlu Hüseynin nişan mərasimi

arrow Ətraflı
Tikinti sahəsinə dair yeni dövlət standartları qəbul edilib like
  • 17 İyn 11:34  
Digərləri Tikinti sahəsinə dair yeni dövlət standartları qəbul edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Baza

arrow Ətraflı
Prezident İlham Əliyev Şimali Makedoniya Assambleyasının sədrini qəbul edib  FOTO like
  • 17 İyn 11:26  
Siyasət Prezident İlham Əliyev Şimali Makedoniya Assambleyasının sədrini qəbul edib FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də Şimali Ma

arrow Ətraflı