Bakıda minlərlə insan şəxsi maşından imtina etdi
Digərləri 16 İyn 2025 17:18:00 86 0
Bakıda ictimai nəqliyyat sahəsində aparılan islahatlar sərnişindaşıma göstəricilərində özünü göstərməyə başlayıb. Rəsmi statistikaya əsasən, 2025-ci ilin yanvar-aprel aylarında ictimai nəqliyyatdan istifadə edənlərin sayı 582,1 milyona çatıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 7 faizlik artım deməkdir.
Bu xəbəri də oxu: İntim münasibət baş ağrısını azalda bilər – Alimlərdən maraqlı ARAŞDIRMA
Artım təkcə avtobuslarla məhdudlaşmır. Şəhər daxilində mikromobil nəqliyyat - əsasən skuterlər və velosipedlər də daha geniş istifadə edilir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA)məlumatına görə, 2024-cü ilin may ayında bu nəqliyyat vasitələrindən istifadə əvvəlki illərlə müqayisədə iki dəfədən çox artıb.
Ekspertlər artımı şəhərdə nəqliyyat infrastrukturunun yenilənməsi və xüsusi zolaqların yaradılması ilə izah edirlər.
"Bu keçid mərhələlidir - insanlar bir anda şəxsi avtomobildən imtina etmir", - deyə nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Modern.az-a açıqlamasında bildirib.
Hal-hazırda Bakı yollarında hərəkətdə olan avtobusların 77 faizi nağdsız ödəniş sistemi ilə təchiz olunub. Ümumilikdə isə 2022-ci illə müqayisədə xəttə çıxan avtobusların sayında 28 faiz artım qeydə alınıb. Agentlik avtobusların hərəkətini sürətləndirmək üçün 112 kilometr uzunluğunda xüsusi avtobus zolağı və 35 kilometrlik mikromobil zolağı ayırdığını bildirir.
Ekspertlərə görə, bu zolaqlar ictimai nəqliyyata keçidi stimullaşdırır. "Bu tədbirlər sayəsində avtobusların hərəkət sürəti artıb, ictimai nəqliyyatdan istifadə edənlərin sayı yüksəlib. Qısa məsafələr üçün isə mikromobil nəqliyyat vasitələri - velosiped və skuterlər əlverişli alternativə çevrilib" - Rauf Ağamirzəyev qeyd edir.
2024-cü ildən bəri islahatlar daha genişmiqyaslı mərhələyə keçib. Diqqət metro xətlərinin genişləndirilməsi, yeni stansiyaların inşası, şəhərətrafı qatarların gücləndirilməsi və tramvay sisteminin bərpası kimi relsli nəqliyyat həllərinə yönəlib. Bu layihələrin 2030-cu ilə qədər mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır. Həmin müddətə qədər Bakıda 10 yeni metro xəttinin istifadəyə verilməsi planlaşdırılır.
Hazırkı mərhələdə isə avtobuslar şəhər mərkəzinə çatmaq üçün ən səmərəli vasitə olaraq qalır. "Əsas diqqət relsli nəqliyyatın inkişafına yönəlib. Metro xətlərinin genişləndirilməsi, yeni stansiyaların tikintisi, şəhərətrafı elektrik qatarlarının gücləndirilməsi və tramvay sisteminin bərpası nəzərdə tutulur. Bu layihələrin 2030-cu ilədək mərhələli şəkildə icrası planlaşdırılıb. İslahatların davamı olaraq, relssiz nəqliyyatın (avtobus, mikromobil) yükünün relsli sistemlər üzərinə keçirilməsi ilə şəhərdə hərəkətlilik optimallaşdırılacaq" - ekspert deyir.
Hökumət, həmçinin piyada hərəkəti üçün infrastrukturun təkmilləşdirilməsini prioritet elan edib. Yeni layihələr çərçivəsində səkilərin yenilənməsi, baryerlərin aradan qaldırılması və işıqforlarda gözləmə müddətlərinin azaldılması planlaşdırılır.
İslahatların maliyyə dayanıqlığını təmin etmək üçün isə dövlət "brutto müqavilələr" sisteminə keçid etməyi hədəfləyir. Bu modelə görə, sürücülərin əməkhaqları sabitləşdirilir, güzəştli bilet sistemləri tətbiq olunur və xidmət keyfiyyəti yüksəldilir.
Rauf Ağamirzəyev rəqəmsal həllərin də bu keçiddə mühüm rol oynadığını bildirirlər. "İnsanlar artıq mobil tətbiqlərlə avtobusların harada olduğunu görür, marşrutunu planlaşdırır" - o vurğulayıb və əlavə edib ki, dayanacaqlara verilən unikal ad və nömrələr isə sərnişinlərin istiqamətlənməsini asanlaşdırır.
Bakı şəhərinin nəqliyyat modelinin mərhələli şəkildə yenilənməsi şəxsi avtomobildən imtinanı təşviq edir. Yerli orqanlar bu keçidin həm şəhərdaxili hərəkətliliyi artıracağını, həm də ekoloji yükü azaldacağını hesab edirlər.
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və O

Əmlaka dəyən ziyanla bağlı ən ciddi problemlərdən biri də sığorta mə

İran parlamenti Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmağ

Cəmil Həsənli öz "facebook" səhifəsində iddia edir ki, hökumə

Paytaxtın Nərimanov rayonunda azyaşlının ölümü ilə nəticələnən bəd

Mars səthində yerləşən və hündürlüyü təxminən 2 kilometr olan Ezero

Kriptovalyutalar gələcəyin pul vahidi ola bilər, lakin onları oğurluq risk

"Pirelli" şirkətinin yeni layihəsi, ağıllı təkərlərin yol ör

Sabah Saatlı rayonunun Əhmədbəyli, Heydərabad və Dədə Qorqud kəndlərin

AZAL uçuşların təhlükəsizliyini prioritet olaraq müəyyən edir və vəzi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı Məsud Pezeskian

2023 və 2024-cü illərlə müqayisədə dənizətrafı ərazilərdə kirayə q
