Marsda “gizlənmiş” vulkan aşkar edildi


Digərləri 16 İyn 2025 16:20:00 69 0

Marsda “gizlənmiş” vulkan aşkar edildi

Mars səthində yerləşən və hündürlüyü təxminən 2 kilometr olan Ezero Mons dağı əvvəllər vulkan kimi qəbul edilmirdi. Lakin "Communications Earth & Environment" jurnalında dərc olunmuş yeni elmi tədqiqatın nəticələri bu relyef formasının partlayış tipli vulkanizmin bütün əlamətlərini daşıdığını göstərib.

Bu xəbəri də oxu: İsmayıllıda məşhur hotel

AZƏRTAC xəbər verir ki, ABŞ-ın Corciya Texnologiya İnstitutundan Sara K. Kuevas-Kinonesin rəhbərlik etdiyi tədqiqat qrupu dağın morfoloji xüsusiyyətlərini, mineral tərkibini, termal göstəricilərini və meteorit kraterlərinin sıxlığını təhlil edərək bu nəticəyə gəlib. Orbitdən əldə olunan spektral məlumatlar püskürməli vulkanik zonalara xas olan piroksen, smektit, fillosilikat və opal silisium oksidi kimi mineralların izlərini aşkarlayıb.

Dağın şimal-qərb yamacından kraterə doğru uzanan iki axın quruluşu bu yüksəklikdə vulkanik mənşə ehtimalını gücləndirir. Söhbət lava axınlarından deyil, vulkanik və ya qravitasiya fəaliyyəti ilə əlaqəli piroklastik axınlar, sel axınları və ya aşağı özlülüklü lavalar kimi qədim geoloji birləşmələrdən gedir ki, bunlar həm vulkanik, həm də qravitasiya mənşəli ola bilər.

Ezero Monsun zirvəsində yerləşən krater də vulkanik mənşə fərziyyəsini dəstəkləyir. Tədqiqatçılara görə, bu krater vulkanın zirvəsinin sektoral çökməsi nəticəsində yaranmış ola bilər. Yer kürəsində buna bənzər hadisə 1980-ci ildə ABŞ-da yerləşən Sent-Helens vulkanının püskürməsi zamanı müşahidə olunmuşdu.

Meteorit kraterlərinin sıxlığını təhlil edən alimlər bu Mars stratovulkanının səthinin təxminən 1 milyard il yaşı olduğunu müəyyən ediblər. Bu isə o deməkdir ki, bölgədəki vulkanik fəallıq əvvəllər düşünüləndən daha uzun müddət davam etmiş ola bilər.

Tədqiqatçılar Ezero kraterinin dibindəki süxurlar haqqında daha ətraflı məlumatı yalnız Perseverance kosmik gəmisinin topladığı nümunələr Yerə çatdırıldıqdan sonra əldə edə biləcəklər. Əgər fərziyyə təsdiqini tapsa, Ezero Mons Günəş sistemində başqa bir planetdə aşkar olunan ilk stratovulkan olacaq.

Əldə edilmiş nəticələr maqmatik fəallığın konkret geoloji mənbə ilə birbaşa əlaqələndirilməsinə imkan verir. Kəşf həmçinin Qırmızı planetdə onlarla, hətta yüzlərlə qədim stratovulkanın mövcud ola biləcəyini göstərir. Onların çoxu orbital çəkilişlərin məhdudiyyətlərinə görə hələ də aşkar olunmayıb. Maraqlıdır ki, Ezero Mons özü də Marsın ən çox tədqiq edilmiş bölgələrindən birində yerləşsə də, indiyədək diqqətdən kənarda qalmışdı.

"Bitcoin" milyarderi ailə sərvətini oğrulardan qorumaq üçün inanılmaz tədbirlər görüb like
  • 16 İyn 16:04  
Digərləri "Bitcoin" milyarderi ailə sərvətini oğrulardan qorumaq üçün inanılmaz tədbirlər görüb

Kriptovalyutalar gələcəyin pul vahidi ola bilər, lakin onları oğurluq risk

arrow Ətraflı
Azərbaycanda məktəb direktoru vəfat etdi like
  • 16 İyn 15:58  
Digərləri Azərbaycanda məktəb direktoru vəfat etdi

Ağsuda məktəb direktoru vəfat edib.

arrow Ətraflı
Gəncədə partlayış  qadın yandı like
  • 16 İyn 15:51  
Digərləri Gəncədə partlayış qadın yandı

Gəncə sakini yanıq xəsarətləri alıb.

arrow Ətraflı
Ağıllı təkərlər yol vəziyyəti barədə məlumat verəcək like
  • 16 İyn 15:45  
Digərləri Ağıllı təkərlər yol vəziyyəti barədə məlumat verəcək

"Pirelli" şirkətinin yeni layihəsi, ağıllı təkərlərin yol ör

arrow Ətraflı
948 abonentin qazı kəsiləcək  RƏSMİ like
  • 16 İyn 15:30  
Digərləri 948 abonentin qazı kəsiləcək RƏSMİ

Sabah Saatlı rayonunun Əhmədbəyli, Heydərabad və Dədə Qorqud kəndlərin

arrow Ətraflı
Bakıdan Tehran və TəlƏvivə uçuşlar iyunun sonunadək dayandırıldı like
  • 16 İyn 15:18  
Digərləri Bakıdan Tehran və TəlƏvivə uçuşlar iyunun sonunadək dayandırıldı

AZAL uçuşların təhlükəsizliyini prioritet olaraq müəyyən edir və vəzi

arrow Ətraflı
Ərdoğandan Məsud Pezeskian mühüm təklif like
  • 16 İyn 15:12  
Dünya Ərdoğandan Məsud Pezeskian mühüm təklif

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı Məsud Pezeskian

arrow Ətraflı
Bakıda bağ evlərinin kirayə qiymətləri nə qədərdir? – QİYMƏTLƏR like
  • 16 İyn 15:00  
Digərləri Bakıda bağ evlərinin kirayə qiymətləri nə qədərdir? – QİYMƏTLƏR

2023 və 2024-cü illərlə müqayisədə dənizətrafı ərazilərdə kirayə q

arrow Ətraflı
AZAL 4 reysi ləğv etdi like
  • 16 İyn 14:55  
Digərləri AZAL 4 reysi ləğv etdi

Yaxın Şərqdə baş verən son hadisələr və bölgədə bir sıra ölkələr

arrow Ətraflı
İsrail tərəfinin itkiləri bəlli oldu like
  • 16 İyn 14:46  
Dünya İsrail tərəfinin itkiləri bəlli oldu

Son üç gün ərzində İranın İsrail ərazisinə endirdiyi raket hücumları

arrow Ətraflı
Elgin Həbibullayev: Azərbaycan dünyada subyekt kimi çıxış edə bilən çox az dövlətlərdəndir like
  • 16 İyn 14:40  
Digərləri Elgin Həbibullayev: Azərbaycan dünyada subyekt kimi çıxış edə bilən çox az dövlətlərdəndir

Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 15 iyun - Mill

arrow Ətraflı
"Huawei"dən bir ilk  Avtomobil istehsal edəcək  FOTO like
  • 16 İyn 14:30  
Digərləri "Huawei"dən bir ilk Avtomobil istehsal edəcək FOTO

Çinin texnologiya nəhəngi "Huawei" öz tarixində ilk dəfə olaraq

arrow Ətraflı
Məşhur türkiyəli aktyor ciddi zədə aldı like
  • 16 İyn 14:17  
Şou-biznes Məşhur türkiyəli aktyor ciddi zədə aldı

"1001 gece masalları" serialı üçün kamera qarşısına keçən ta

arrow Ətraflı
Öldü deyilən Xameneinin müşaviri sağdır?  FOTO like
  • 16 İyn 14:05  
Dünya Öldü deyilən Xameneinin müşaviri sağdır? FOTO

İran mətbuatı ölkənin ali lideri Əli Xameneinin müşaviri Əli Şamxanini

arrow Ətraflı
Tramp Zelenski ilə görüşəcək like
  • 16 İyn 13:54  
Dünya Tramp Zelenski ilə görüşəcək

ABŞ Prezidenti Donald Tramp Kanadada G7 sammiti çərçivəsində Ukrayna lider

arrow Ətraflı