Xərçəngin çarəsini tapdığını deyən həkimin evindən meyiti aşkarlandı FOTO
Dünya 16 İyn 2025 10:30:00 75 0
Xərçəngin çarəsini tapan həkimin meyiti tapılıb.
Bu xəbəri də oxu: İrandan İsrailə genişmiqyaslı hücum: ölənlərin sayı
Son.az xəbər verir ki, Türkiyənin Eskişehir şəhərində "xərçəngin çarəsini tapdım" deyən və paylaşımında təhdidlər aldığını bildirən 58 yaşlı təqaüddə olan həkim Mustafa Savan Günayın evindən meyiti aşkarlanıb.
Hadisə Eskişehir şəhərinin Hoşnudiye məhəlləsində baş verib. Ondan 3 gündür xəbər ala bilməyən dostu vəziyyəti evin təmizlik işçisinə bildirib. Evin qapısı açılmadığı üçün polisə məlumat verilib. Polis çilingirlə birlikdə mənzilə daxil olub və Günayı yatağında hərəkətsiz vəziyyətdə aşkarlayıb. Təcili tibbi yardım onun həyatını itirdiyini təsdiqləyib. Meyit müayinə üçün morqa aparılıb. Onun ölüm səbəbi araşdırılır.
Mustafa Savan Günay sosial mediada paylaşdığı fikirlərlə diqqət çəkmişdi. O, "25 ildir xərçəng xəstəliyinin səbəbini araşdırıram. Artıq problemin 75 faizini həll etmişəm. Ömrüm çatsa, xərçəngin bütün növlərini birdəfəlik bitirəcəyəm" demişdi.
Paylaşımında bəzi dairələrdən təhdidlər aldığını da yazan Günay "Mən heç kimdən qorxmadım, qorxmayacağam. Üzərimə kim gəlsə, qarşılığını alacaq" ifadələrindən istifadə etmişdi. Onun müəmmalı ölümü ilə bağlı polis istintaqa başlayıb.
İsmayıl Son.az
"İran xalqı müharibə başlatmayıb və bunu istəməyib, lakin indi İs

Bakı Bələdiyyə Teatrının yaradıcısı, Xalq artisti Amaliya Pənahovanın

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

Cəlilabad rayon prokurorunun müavini Fazil Həsənov vəfat edib.

İranın İsrailin mərkəzinə yenidən hücum edib.

ABŞ artıq Ukraynanı öz taleyinin ümidinə buraxmaq niyyətini təsdiqləyib

İsrail və İran, çox güman ki, döyüş əməliyyatlarının dayandırılmas

Müğənni Nəfəs illər öncəki görüntü ilə diqqət çəkib.

İran İsrail üçün nüvə təhlükəsi yaratmış olsaydı, onu indi edərdi,

İsrail İrana hücuma hazırlıq çərçivəsində aylardır gizli şəkildə p

İnsan bədəni ehtiraslandıqda sadəcə emosional deyil, eyni zamanda bioloji
