Prezident fərman imzaladı
Siyasət 13 İyn 2025 13:30:00 72 0
Prezident İlham Əliyev "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Bu xəbəri də oxu: Muxtar Babayevə xüsusi status verildi
Son.az xəbər verir ki, "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə edilən dəyişikliyə əsasən, ordu generalı, habelə müvafiq icra hakimiyyəti orqanının və Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumlar istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin edilən rəhbəri və müavini üçün yaş həddi müəyyən edilmir.
Həqiqi hərbi xidmətdə və ya ehtiyatda olmağın son yaş həddini keçmiş həmin şəxslər vəzifədən azad edildikdə yaşa görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar.
"Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna edilən dəyişikliyə əsasən, ordu generalı, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) və Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumlar istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin edilən rəhbəri və müavini üçün yaş həddi müəyyən edilmir.
Həqiqi hərbi xidmətdə və ya ehtiyatda olmağın son yaş həddini keçmiş həmin şəxslər vəzifədən azad edildikdə yaşa görə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar.
Sənəd həqiqi hərbi xidmətdə olmağın son yaş həddi müəyyən edilməyən şəxslərin dairəsinin genişləndirilməsini nəzərdə tutur.
Bununla ordu generalı ilə yanaşı, Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin edilən müvafiq dövlət orqanlarının rəhbəri və müavini üçün də son yaş həddi müəyyən edilməyəcək.
Dövlət başçısı sözügedən sənədlə bağlı fərman da imzalayıb.
Xəbər verdiyimiz kimi, iyunun 13-də gecə saatlarında İsrail İranın bir s

Bakıda burun əməliyyatından sonra komaya düşən Nəzrin Mansurlunun ölüm

Bu ilin yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan

İsrailin İrana hava hücumları davam edəcək.

Dövlət Milli Gənc Tamaşaçılar Teatrında "Şah Abbas Namə" tama

Bakıda və Abşeron yarımadasında iyunun 14-də hava şəraitinin yağmursuz

Azərbaycan iqtisadiyyatının təməl sütunu olan SOCAR yeni transformasiya m�

Son aylar Gürcüstan həm ölkə daxilində, həm də xaricdə müşahidəçil�

Türkiyənin Sivas vilayətinin Gürün rayonunda 4 bal gücündə zəlzələ qe

Qanunsuz olaraq biotibbi tədqiqatlar aparma və ya qadağan edilmiş diaqnostik

Xəbər verdiyimiz kimi, Sumqayıtın Nizami küçəsində yerləşən "Par

Türkiyəli aktyor Yezdan Kayacan 34 yaşında dünyasını dəyişib.

Amerikalı proqramçı Robert Caruso, 1.19 MHz prosessorlu və 128 bayt yaddaşa

Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndə

Qanunsuz süni mayalanma və embrionu implantasiya etmə, tibbi sterilizasiyaya
