Dünyanın ən böyük sərnişin təyyarəsi Bakıda məcburi eniş etdi
Digərləri 09 İyn 2025 09:05:00 70 0
London-Sinqapur marşrutu üzrə uçuş həyata keçirən "Qantas Airlines" aviaşirkətinə məxsus hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş ilə bağlı müraciət edib.
Bu xəbəri də oxu: Rusiyada mer SAXLANILDI
Son.az xəbər verir ki, buna səbəb göyərtədə olan sərnişinlərdən birinin səhhətində yaranan qəfil pisləşmə olub.
Airbus A380 tipli təyyarə saat 07:55-də Bakı vaxtı ilə uğurla eniş edib. Sərnişinə dərhal yerində tibbi yardım göstərilib. Hazırda sərnişinin səhhəti ilə bağlı zəruri tibbi qiymətləndirmə və müşahidə prosesi davam etdirilir.
Qeyd edək ki, Airbus A380 - qlobal hava nəqliyyatında ən iri sərnişin təyyarəsi hesab olunur. İki göyərtəli və dörd mühərrikli bu hava gəmisi yüzlərlə sərnişin daşımaq imkanına malikdir və yalnız xüsusi texniki standartlara cavab verən beynəlxalq hava limanlarında eniş edə bilir.
Heydər Əliyev Beynəlxalq Aeroportu, A380 tipli hava gəmilərinə xidmət göstərə bilən müasir yerinüstü avadanlıq, geniş uçuş-enmə zolaqları və yüksək səviyyəli xidmət infrastrukturu ilə təmin olunmuşdur. Bu baxımdan, Bakı hava limanı regionda bu tip hava gəmilərini qəbul etməyə tam texniki və əməliyyat hazırlığı olan azsaylı hava limanlarından biridir.
"Avroviziya" təmsilçilərimizdən olan Safurə Əliyeva sosial media

Aparılmış geniş tədqiqat göstərib ki, dünyada yalnız bir ölkə - öz v

20-ci əsrin ən nüfuzlu siyasi liderlərindən biri sayılan İosif Stalin tə

Müğənni Aysun İsmayılova və rəqqasə Rəna Ağamuradova (Renka) məclisl

Alimlər müəyyən ediblər ki, D vitamini qəbulu bioloji qocalmanı azı üç

Geyim tərzi ilə hər zaman diqqət mərkəzində olan Nura Suri Bakıda lük

"Orta dərəcədə qəhvə qəbulu qaraciyərin sağlamlığına müsbət t

Türkiyəli pop ulduz Demet Akalının dəbdəbəli evindən görüntü yayıl�

Bəzi universitetlərdə dövlət sifarişli müəyyən ixtisaslar üzrə qəbul

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

Bakıda baxıcı kimi fəaliyyət göstərən 53 yaşlı qadın məhkəmə zalı

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkə hakimiyyəti kils

Əməkdar artist Ruhəngiz Allahverdiyeva plastik əməliyyatlarını açıqlay�

Azərbaycanda daşınan evlərə tələbat artıb.
