Bakıda falçı 74 min manatı necə alıb? “7 yumurtaya 200 manat verdim”


Kriminal 08 İyn 2025 23:51:00 55 0

Bakıda falçı 74 min manatı necə alıb?  “7 yumurtaya 200 manat verdim”

Bakıda baxıcı kimi fəaliyyət göstərən 53 yaşlı qadın məhkəmə zalında həbs edilib. O, iki nəfərə qarşı külli miqdarda dələduzluq etməkdə təqsirli bilinib. Zərərçəkmişlərdən biri Ukrayna vətəndaşıdır.

Bu xəbəri də oxu: Vaqif Kərimov vəfat etdi

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Nərgiz Soltanova külli miqdarda dələduzluqda ittiham olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb.

İttihama görə, Nərgiz Soltanova taksi sürücüsü vasitəsilə tanış olduğu Nigar adlı qadından "kəfən dönməsi" ritualı etmək adı ilə pul alıb. Belə ki, Nigar adlı xanıma öləcəyi barədə cadu edildiyini deyib və bu cadunu pozacağını bildirib. Bu vədlərlə ondan 21 min manat pul alıb.

İkinci ittihama görə isə Nərgiz Soltanova Viktoriya adlı qadından 53 min manat pul alıb. Bu məbləğin qarşılığında isə onun və ailə üzvlərinin müharibə təhlükəsindən qorunmaları üçün rituallar edəcəyini deyib. Həmin məbləği hissə-hissə olmaqla öz kartına köçürülməsinə nail olub, bir hissəsini isə nağd şəkildə Bakıda alıb.

Nərgiz Soltanova ifadəsində özünü təqsirli bilməyib.

Fotoda Nərgiz Soltanova:

O, baş verənləri belə danışıb:

"Nigarla məni Fuad adlı taksi şoferi tanış etmişdi. Nigar həmin taksidə olanda sürücü ilə danışıb baxıcı və ya görücü yanına getmək istədiklərini deyib. Fuad da mənim yanıma gətirib. Mən Fuada görücülük qabiliyyətim haqda danışdığımdan Nigarı mənim yanıma gətirmişdi. Onları qəbul etmək istəmirdim. Onlar israrla evimə gəldilər. Nigarın yanında bir rəfiqəsi də var idi. Mən baxıcı olmamışam. Baxıcılar hansısa atributlardan istifadə edirdilər. Amma mən heç nədən istifadə etmirdim. Bu məndə Allah vergisi olub, hissiyatım olub. Azərbaycanda bütün baxcıların yanında olmuşam.

Mən Nigara görücülük qabiliyyətimin olduğunu demişdim. Gördüklərimi dedim, o da inandı. Nigara kəfəndən dönmə və ya başqa rituallar söhbəti etməmişəm. Sadəcə, mənə dərdlərini danışıblar. Nigara bir bacı kimi dəstək olmağa çalışmışam. Ona səbirli olmağı demişəm".

Zərərçəkmiş Nigar isə ifadəsində bildirib ki, taksidə olan zaman rəfiqəsi ilə falçıdan söhbət düşüb. Bunu eşidən Fuad adlı sürücü Yeganə adlı falçının olduğunu deyərək onun yanına aparıb:

"Sonradan Yeganənin əsl adının Nərgiz olduğunu bildim. İlk görüşdə Nərgiz mənə ölümümə cadu edildiyini, "kəfəndən dönmə" ritualı edilməsinin vacib olduğunu söylədi. Qara toyuğun yumurtalarının lazım olduğunu dedi. 500- 600 manat da pul istədi. 7 yumurtaya görə 200 manat pul ödədim. Həmin yumurtaların gündə birini qırıb suya töküb yatanda başımın üstünə qoymalı idim. Səhər də şəklini çəkib ona göndərməli idim. Ailə üzvlərimlə bağlı hər şeyi ona danışırdım. Nərgizin əsas taktikası məni hər kəsdən uzaqlaşdırmaq idi. Bunu bacarmışdı. Onun təsiri altında idim. Nərgiz hər dəfə yeni "düyünlər" çıxdığını bildirib pul alırdı. Qurğuşun tökmə, xüsusi ip və şamlarla rituallar keçirirdi. Ceyran dərisinin içərisində ərəb hərfləri ilə yazılar verdi. Buna görə də həmin yazıların hər birinə görə 600 manat pul aldı. 800 manata da ceyran göbəyi alıb dua yazdırmışdı. Nərgiz ona şübhə edənlərin xeyir tapmayacaqlarını deyirdi. Əlini məndən götürəcəyi halda daha pis şeylərə məruz qala biləcəyini bildirdi. Mənə deyirdi ki, onun son layihəsiyəm. Bütün gücünü mənə verəcəyini, bundan sonra bu işi bağlayacağını da söyləyirdi. Mənə "yaxşı ki, sən varsan. Mən bu dünyaya sənə yaxşılıq etmək üçün gəlmişəm" deyirdi".

Paşinyan: Kilsəni xalqımıza qaytarmalıyıq like
  • 08 İyn 23:46  
Digərləri Paşinyan: Kilsəni xalqımıza qaytarmalıyıq

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkə hakimiyyəti kils

arrow Ətraflı
"O vaxt Gürcüstanda etdirmişəm, ondan Azərbaycanda üç adam etdirmişdi" like
  • 08 İyn 23:35  
Şou-biznes "O vaxt Gürcüstanda etdirmişəm, ondan Azərbaycanda üç adam etdirmişdi"

Əməkdar artist Ruhəngiz Allahverdiyeva plastik əməliyyatlarını açıqlay�

arrow Ətraflı
Məşhur türkiyəli aktyorun inanılmaz sərvəti... like
  • 08 İyn 23:04  
Şou-biznes Məşhur türkiyəli aktyorun inanılmaz sərvəti...

Aktyorluqla yanaşı daşınmaz əmlak yatırımları ilə də gündəmə gələ

arrow Ətraflı
Dolların kursu dəyişəcək? like
  • 08 İyn 22:41  
Digərləri Dolların kursu dəyişəcək?

2025-ci ilin əvvəlindən bəri dünya bazarlarında neft qiymətləri eniş te

arrow Ətraflı
Kəsim məntəqələrindən ürəkbulandıran görüntülər like
  • 08 İyn 22:14  
Digərləri Kəsim məntəqələrindən ürəkbulandıran görüntülər

Qurban bayramı münasibətilə ölkə üzrə 135 məntəqədə satış və kəs

arrow Ətraflı
Prezidentliyinə namizəd çıxışı zamanı güllələndi like
  • 08 İyn 21:37  
Dünya Prezidentliyinə namizəd çıxışı zamanı güllələndi

Kolumbiyalı senator və gələn il keçiriləcək prezident seçkilərində nam

arrow Ətraflı
Ən uğurlu insanlar bu tarixlərdə doğulur like
  • 08 İyn 21:00  
Digərləri Ən uğurlu insanlar bu tarixlərdə doğulur

Doğum günü həyatın gedişatını müəyyənləşdirir. Bu, bir insanın xar

arrow Ətraflı
Dişlərini düzgün fırçalamayan uşaqların valideynlərinə like
  • 08 İyn 20:41  
Dünya Dişlərini düzgün fırçalamayan uşaqların valideynlərinə

İsveçdə kişi və qadına 8 aylıq həbs cəzası verilib. Diş həkimi müay

arrow Ətraflı
Azərbaycanda tikinti materialları bazarında qiymətlər necədir? like
  • 08 İyn 20:20  
Digərləri Azərbaycanda tikinti materialları bazarında qiymətlər necədir?

Son illərdə Azərbaycanda tikinti sektoru iqtisadi inkişafın əsas istiqamə

arrow Ətraflı
Leyla Şıxlinskaya illər sonra  tanımaq olmur like
  • 08 İyn 19:53  
Şou-biznes Leyla Şıxlinskaya illər sonra tanımaq olmur

Xalq artisti Leyla Şıxlinskayanın yeni görüntüsü yayılıb. 

arrow Ətraflı
Bu gün axşam Bakıda konsert var like
  • 08 İyn 19:41  
Digərləri Bu gün axşam Bakıda konsert var

Azərbaycanın minifutbol millisinin Bakıda keçirilmiş dünya çempionatını

arrow Ətraflı
Vaqif Kərimov vəfat etdi like
  • 08 İyn 19:18  
Kriminal Vaqif Kərimov vəfat etdi

Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Vaqif Kərimov uz

arrow Ətraflı
Seda Sayanın oğlu görüntüsü ilə gündəm oldu  FOTO like
  • 08 İyn 19:00  
Şou-biznes Seda Sayanın oğlu görüntüsü ilə gündəm oldu FOTO

Romantik görüntüləri ilə tez-tez gündəmə gələn İlayda Alişan və Oğ

arrow Ətraflı