Netanyahu İlham Əliyevə təbrik məktubu göndərib
Siyasət 03 İyn 2025 22:55:00 91 0
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.
Bu xəbəri də oxu: Azərbaycan daha bir mötəbər tədbirə ev sahibliyi edəcək
Son.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident, əziz dost.
28 May - Müstəqillik Günü münasibətilə Sizə, ailənizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.
İsrail və Azərbaycan arasındakı münasibətlər dərin tarixi kökə malikdir və ortaq dəyərlərimiz, xalqlarımız arasında möhkəm dostluq münasibətləri ilə daha da möhkəmlənib. Bu illər ərzində biz hökumətlərimiz və xalqlarımız arasında qarşılıqlı etimada, xoş niyyətə və həqiqi hörmətə əsaslanan tərəfdaşlığı inkişaf etdirmişik.
Mən Azərbaycanın yəhudi icmasına və mədəniyyətinə davamlı dəstəyini, habelə Həmas-ın ötən il oktyabrın 7-də hücumundan sonra İsrailə nümayiş etdirdiyi davamlı həmrəyliyi yüksək qiymətləndirirəm. Ölkəniz unudulmayacaq dərəcədə gözəl mərhəmət və dostluq nümunəsi göstərmişdir. Mən, həmçinin Azərbaycanın İsrail və Türkiyə arasında dialoqa təkan verilməsində, regional əməkdaşlığın inkişaf etdirilməsində roluna görə minnətdarlığımı bildirmək istəyirəm.
Sizin rəhbərliyiniz altında Azərbaycan sabitlik və güc amilinə, firavanlıq mayakına və bütün regionda uğurlu iqtisadi inkişaf modelinə çevrilib.
Təəssüf edirəm ki, gözlənilməz vəziyyət səbəbindən iş qrafikimdə dəyişiklik zərurəti yarandı və bu, məni Azərbaycana çoxdan gözlədiyim səfərimi təxirə salmağa məcbur etdi. Bununla belə, mən səmimi şəkildə ümid edirəm ki, bizim ortaq maraqlarımızı və istəklərimizi müzakirə etməyə davam edə bilməyimiz üçün ya İsraildə, ya da Azərbaycanda görüşümüzü Sizə münasib vaxta təyin edəcəyik.
Daha uzun illər üçün firavanlıq, dostluq və uğurlar arzuları ilə". Son.az
Gilasın bölgələrdə ucuz, paytaxtda isə baha qiymətə satılması ictimaiy

Namibiyada səhra aslanlarını dəstəkləmək üçün bir çox işlərə qatı

İsmayıllının Lahıc kəndində "Diz Əli" adlanan ərazidə və Fi

Satış məqsədi olmadan narkotik vasitə saxlama ittihamı ilə həbs edimiş

Bu ilin yanvar-mart aylarında Azərbaycanda nəqliyyat sektorunda çalışan i�

"Məşhur olmaq istəyən ya mənim, ya da qızımın yanına gəlsin"

"Mətanət hegemon idi, sözünü deyirdi. İndiyənə kimi mən var idim,

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əley

Jurnalist Karli Kassella "ScienceAlert" beynəlxalq jurnalında Xəzə

Milli Məclisin sonuncu plenar iclasında sənədsiz evlərlə bağlı problem y

Rusiya atəşkəsə yenə razılaşmayıb. Kreml liderlər arasındakı görüş

Bir küsüb, bir barışan duet ortaqları Nəfəs və Aqşin Fateh bir arada g�

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani Azərbaycan Respubl

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al N
