Siyasət
2026-01-20 16:18:00
Azərbaycan Cənubi Qafqazın enerji ehtiyatlarına məxsus və onları Cənubi Qafqazın digər ölkələrinə ixrac edən yeganə ölkədir. Bölgənin digər ölkələri - uzun illər Gürcüstan, indi isə artıq Ermənistan enerji ehtiyatlarını Azərbaycandan idxal edir. Avropa və Avropa İttifaqı ilə isə bizim enerji əməkdaşlığımız artmaqdadır. Biz artıq 16 ölkəyə təbii qaz ixrac edirik və onların 10-u Avropa İttifaqının üzvüdür. Boru kəməri qazı ilə coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir.
2026-01-20 16:16:00
Azərbaycan da daxil olmaqla, hər bir ölkə özünün sərhədləri boyu sabitlik haqqında düşünməlidir. Azərbaycana gəldikdə, bizdə ölkə daxilində potensial risklər mövcud deyil. Bütün potensial risklər kənardan qaynaqlana bilər. Bu səbəbdən biz hər zaman qonşuluğumuzda sabitliyin mövcud olması haqqında düşünürük.
2026-01-20 16:14:00
Belə nüfuzlu mükafatı ("Zayed İnsan Qardaşlığı Mükafatı" - red.) almaq mənim üçün böyük şərəfdir. Xüsusən də o, Birləşmiş Ərəb Əmirliklərinin qurucusu, mərhum Şeyx Zayedin adını daşıyır. Mən bu qərarı otuz ildən artıq müddətdə qan tökülməsindən, münaqişə və müharibələrdən sonra Qafqazda sülhün qurulmasında səylərimizə verilən qiymət kimi qəbul edirəm.
2026-01-20 16:10:00
Beynəlxalq münasibətlər bu gün yeni eraya qədəm qoyur. Bu erada vəziyyəti qanunun aliliyi deyil, güc qaydası idarə edir. Biz bunu dünyanın müxtəlif yerlərində görə bilərik.
2026-01-20 15:37:00
Yanvarın 20-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünyanın aparıcı qlobal maliyyə institutlarından biri olan Amerika Birləşmiş Ştatlarının "J.P. Morgan" şirkətinin sədri və baş icraçı direktoru Ceymi Daymon ilə görüşüb.
2026-01-20 14:10:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb ilə görüşüb.
2026-01-20 13:53:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzani ilə görüşüb.
2026-01-20 13:20:00
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan Gəncədə səfərdədir.
2026-01-20 11:36:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda "Euronews" televiziyasına müsahibə verib.
2026-01-20 11:24:00
Litva Prezidenti Gitanas Nauseda 20 Yanvar faciəsinin qurbanlarını yad edib.
2026-01-20 10:29:00
ABŞ səfirliyi 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə bağlı başsağlığı verib.
2026-01-20 09:36:00
Prezident İlham Əliyev 20 Yanvar faciəsi ilə əlaqədar Şəhidlər xiyabanını ziyarəti barədə sosial şəbəkə hesablarında videoçarx paylaşıb.
2026-01-20 00:02:00
Prezident İlham Əliyev rəsmi sosial şəbəkə hesablarında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib.
2026-01-19 23:16:00
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Kəraçi şəhərindəki ticarət mərkəzində baş verən yanğın nəticəsində həyatını itirənlərin olması ilə bağlı Pakistana başsağlığı verib.
2026-01-19 23:09:00
Birinci vitse-prezident Mehriban Əliyeva 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar rəsmi "İnstaqram" səhifəsində paylaşım edib.
2026-01-19 22:36:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davosda "Carlsberg Group" şirkətinin Baş icraçı direktoru Yakob Aarup-Andersen ilə görüşüb.
2026-01-19 20:31:00
19 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı aparılıb.
2026-01-19 20:21:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 19-da Davosda Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus ilə görüşü olub.
2026-01-19 19:07:00
Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində Braziliyanın aparıcı investisiya banklarından və aktivlərin idarə edilməsi şirkətlərindən biri olan "BTG Pactual" şirkətinin sədri Andre Esteves ilə görüşüb.
2026-01-19 15:09:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfərə gedib.
2026-01-19 12:20:00
Efiopiya Federativ Demokratik Respublikasına səfəri çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxt Əddis-Əbəbədə yerləşən "MESOB" dövlət xidməti mərkəzində olub.
2026-01-18 13:19:00
Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib.
2026-01-17 12:39:00
XIII Qlobal Bakı Forumunun keçiriləcəyi tarix açıqlanıb.
2026-01-16 17:10:00
Əfqan Süleyman oğlu Cəlilov "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti (ASCO) İdarə Heyətinin sədri təyin edilib.
2026-01-16 17:02:00
Nadejda Vasilyevna İsmayılova "Şöhrət" ordeni ilə təltif edilib.
2026-01-16 14:15:00
Azərbaycanın parlament deputatı, Beynəlxalq Parlamentlərarası İttifaqının (IPU) vitse-prezidenti Sevil Mikayılova Dohada Qətərin "Shura Council"nın (parlament) sədr müavini Həmdə Əl-Sulayti ilə görüşüb.
2026-01-16 12:55:07
Bu konfrans yalnız akademik müzakirə və ya simvolik bir tədbir deyil. Konfrans çərçivəsində zikhlərə qarşı ayrı-seçkiliyin tarixi kökləri və ədalətə nail olmaq uğrunda davam edən mübarizə dərindən təhlil olunacaq.
2026-01-16 12:15:00
Ölkəmizdə ilk dəfə olaraq Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Hindistan hökumətinin etnik azlıqlara qarşı repressiv siyasətinə həsr edilmiş "Hindistanda Zikhlərə və digər milli azlıqlara qarşı irqçilik və zorakılıq: mövcud reallıqlar" adlı beynəlxalq konfrans keçirilir.
2026-01-16 09:58:00
Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan və Ermənistan arasında razılaşmanın, eləcə də TRİPP (Zəngəzur dəhlizi) ilə bağlı məsələlərin həyata keçirilməsi üçün intensiv işlərin aparıldığını bildirib.
2026-01-15 17:09:00
Yanvarın 15-də Azərbaycan və Ermənistan nümayəndələri tərəfindən Sədərək-Yerasx dəmir yolu sahəsinin cari vəziyyətinə birgə baxış keçirilib.
2026-01-15 15:04:00
Müəllimlərin işə qəbulu (MİQ) ilə əlaqədar keçirilən müsabiqədə iştirak ödənişli olacaq.
2026-01-15 15:01:00
Prezident İlham Əliyev Milli Məclisin dekabrın 23-də qəbul etdiyi "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.
