Siyasət

İsraillə İran arasında yenə müharibə olacaq?

2025-10-02 11:42:00

2025-ci ilin yazında Avropa İttifaqı və BMT tərəfindən İrana qarşı sanksiyaların bərpası, sadəcə texniki hüquqi prosedur deyildi. Bu addım həm Yaxın Şərqin, həm də bütövlükdə qlobal siyasətin gündəliyini dəyişən, bölgəni yeni qarşıdurma burulğanına salan həlledici dönüm nöqtəsinə çevrildi. Rəsmi izaha görə söhbət 2015-ci ildən əvvəl mövcud olmuş məhdudiyyətlərin geri qaytarılmasından gedirdi. Amma əslində bu, həm regional güclərin, həm də qlobal oyunçuların maraqlarının çulğaşdığı yeni bir mübarizə mərhələsinin başlanğıcı idi. Və bu mübarizənin episentrində - İranın daxili siyasi-ictimai böhranı dayanır.

Tramp Azərbaycanla bağlı paylaşım etdi FOTO

2025-10-02 11:31:00

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında Qəzzada münaqişəni sonlandırmaq üçün irəli sürdüyü 20 maddəlik sülh planı ilə bağlı paylaşım edib.

Prezident İlham Əliyev Kopenhagendə Paşinyan ilə görüşdü FOTO

2025-10-02 11:19:00

Oktyabrın 2-də Kopenhagendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla ilə görüşü olub.

İlham Əliyev Kopenhagendə ziyafətdə iştirak edib

2025-10-02 00:12:00

Oktyabrın 1-də Kopenhagendə Danimarka Kralı X Frederik və Kraliçası Meri Elizabetin adından ziyafət verilib.

İlham Əliyev “Qarabağ”la bağlı paylaşım edib

2025-10-01 23:16:00

Prezident İlham Əliyev "Qarabağ" futbol klubunun "Kopenhagen" futbol klubu üzərində qələbə qazanması münasibətilə paylaşım edib.

İlham Əliyevin sosial şəbəkə hesablarında İtaliya Prezidenti ilə görüşündən görüntülər paylaşılıb

2025-10-01 22:59:00

Prezident İlham Əliyev sosial şəbəkə hesablarında İtaliya Prezidenti ilə görüşündən paylaşım edib.

İlham Əliyev Danimarkaya səfər edib

2025-10-01 18:47:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 1-də Danimarkanın Baş naziri Mette Frederiksenin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə "Avropa Siyasi Birliyi"nin 7-ci Zirvə toplantısında iştirak etmək üçün bu ölkəyə işgüzar səfərə gəlib.

"Euronews": Bakı Təhlükəsizlik Forumu konstruktiv dialoq üçün platforma olub VİDEO

2025-10-01 17:47:00

Şərqlə Qərbi birləşdirən, sülh və diplomatiya tərəfdarı olan bir regionda keçirilən Bakı Təhlükəsizlik Forumu yenidən qlobal təhlükəsizlik haqqında əsas müzakirələrin məkanına çevrilir.

Prezident və birinci xanım Bakıda salınan yeni parkın açılışında iştirak ediblər FOTO

2025-10-01 14:49:00

Oktyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Nərimanov rayonunda salınan yeni parkın açılışında iştirak ediblər.

İtaliya Prezidentinin Azərbaycana səfəri başa çatıb

2025-10-01 12:22:00

İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycan Respublikasına rəsmi səfəri oktyabrın 1-də başa çatıb.

İtaliya Prezidenti Sercio Mattarellanın şərəfinə rəsmi ziyafət verilib

2025-09-30 21:16:00

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın şərəfinə rəsmi ziyafət verilib. Son.az 

Vardanyanın məhkəməsində zərərçəkmişlərin ifadələri dinlənilib

2025-09-30 20:42:00

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi sentyabrın 30-da davam etdirilib.

Prezident Mattarella: İtaliya Azərbaycanla dostluqdan çox fərəhlənir və bunu ən yüksək səviyyəyə qaldırmaq fikrindədir

2025-09-30 20:14:00

Sabah İtaliya ilə Azərbaycan arasında mədəniyyət, təhsil sahələrində mühüm bir gün olacaqdır və biz sabah səhər birgə tədbirdə iştirak edəcəyik.

Sercio Mattarella: Biz xüsusilə də ölkələrimiz arasındakı strateji tərəfdaşlığa mühüm dəyər veririk

2025-09-30 20:07:00

Biz xüsusilə də ölkələrimiz arasındakı strateji tərəfdaşlığa mühüm dəyər veririk.

Prezident: Bu gün İtaliyaAzərbaycan əlaqələrinin inkişafı göz qabağındadır

2025-09-30 20:03:00

Bu gün İtaliya-Azərbaycan əlaqələrinin inkişafı göz qabağındadır.

İlham Əliyev: İtaliya hər zaman Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına dəstək verib

2025-09-30 19:55:00

İtaliya hər zaman Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına dəstək vermişdir, bu gün də biz bunu hiss edirik.

Prezident: TAPın, Cənub Qaz Dəhlizinin açdığı yol bu gün daha böyük layihələrə yol açır

2025-09-30 19:51:00

Mən Prezident Mattarellaya bu gün məlumat verdim ki, biz hazırda Avropa İttifaqı ilə elektrik enerjisinin ixracı ilə bağlı işləyirik. Elektrik xətlərinin çəkilməsi ilə bağlı texniki-iqtisadi əsaslandırma hazırlanmaqdadır, yəqin ki, yaxın vaxtlarda hazır olacaq.

İlham Əliyev: Azərbaycan və İtaliya uzun illər etibarlı tərəfdaşlar kimi birbirini dəstəkləyib

2025-09-30 19:47:00

Azərbaycan nefti İtaliyanın neft balansında birinci yerdədir, Azərbaycan qazı ikinci yerdədir. Yəni, bu əməkdaşlıq həm güclü tərəfdaşlıqdan xəbər verir.

Prezident: Bir çox ölkələrin enerji təhlükəsizliyinə öz töhfəmizi vermişik

2025-09-30 19:41:00

Energetika sahəsində (İtaliya ilə - red.) bir çox önəmli layihələr icra edilmişdir. Xüsusilə Azərbaycan neftini və qazını İtaliyaya ixrac etməklə biz dünya bazarlarına geniş həcmdə öz təbii resurslarımızı göndərə bilmişik.

Prezident: İqtisadi sahədə İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır

2025-09-30 19:36:00

Bu illər ərzində münasibətlərimiz çox sürətlə və müxtəlif istiqamətlər üzrə inkişaf edib. Siyasi əlaqələr ən yüksək səviyyədədir.

İlham Əliyev: Azərbaycan və İtaliya əsl strateji tərəfdaşlardır

2025-09-30 19:32:00

İtaliya Prezidenti cənab Mattarella Azərbaycanda ikinci dəfədir. Birinci rəsmi səfər 7 il bundan əvvəl baş vermişdir.

Azərbaycan və İtaliya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

2025-09-30 19:27:00

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikasının Prezidenti Sercio Mattarella mətbuata bəyanatlarla çıxış ediblər. Son.az 

İlham Əliyevin İtaliya Prezidenti ilə geniş tərkibdə görüşü keçirilir

2025-09-30 18:56:00

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu dəqiqələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə geniş tərkibdə görüşü keçirilir. Son.az 

İlham Əliyevin İtaliya Prezidenti ilə təkbətək görüşü keçirilib

2025-09-30 18:46:00

Son.az AZƏRTAC-a istinadən bildirir ki,  sentyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə təkbətək görüşü keçirilib. Son.az

İtaliya Prezidenti Sercio Mattarellanın Bakıda rəsmi qarşılanma mərasimi keçirilir

2025-09-30 18:17:00

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasına rəsmi səfərə gələn İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın rəsmi qarşılanma mərasimi keçirilir. Xəbər yenilənəcək Son.az

Prezident Anar İsmayılova “generalmayor” ali hərbi rütbəsi verdi

2025-09-30 16:48:00

Polkovnik Anar Müslüm oğlu İsmayılova "general-mayor" ali hərbi rütbəsi verilib.

Hərbi prokurora "ədliyyə generalmayoru" ali hərbi rütbəsi verilib SƏRƏNCAM

2025-09-30 16:46:00

Bəhruz Əhmədova "ədliyyə general-mayoru" ali hərbi rütbəsi verilib.

Azərbaycan və Kamboca arasında turizm əməkdaşlığına dair Anlaşma Memorandumu təsdiqlənib FƏRMAN

2025-09-30 16:43:00

"Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında turizm əməkdaşlığına dair Anlaşma Memorandumu" təsdiq edilib.

AYNAya Naxçıvanla bağlı yeni vəzifə həvalə edilib FƏRMAN

2025-09-30 16:41:00

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə Naxçıvanla bağlı yeni vəzifə həvalə edilib.

Ceyhun Bayramov ABŞ rəsmisi ilə AzərbaycanErmənistan normallaşma prosesini müzakirə edib FOTO

2025-09-30 16:32:00

30 sentyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun baş müşaviri Vayat Tolki və Səfirliyin müvəqqəti işlər vəkili Emi Karlonu qəbul edib.

İtaliya Prezidenti Sercio Mattarella Azərbaycana rəsmi səfərə gəlib

2025-09-30 15:09:00

İtaliya Respublikasının Prezidenti Sercio Mattarella sentyabrın 30-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Rəsmi Bakı Trampın bu planını dəstəklədi

2025-09-30 12:10:00

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Tramp tərəfindən irəli sürülən Qəzza Münaqişəsinin Həllinə dair Hərtərəfli Planın elan olunmasını alqışlayır.