Xəbərlərin siyahısı
2026-03-10 16:16:00
2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış müvafiq sərəncama əsasən hər il martın 10-u ölkəmizdə Qızıl Aypara Günü kimi qeyd olunur. Bu gün Azərbaycanda humanitar fəaliyyətin təşviqi, mərhəmət və həmrəylik dəyərlərinin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır. Son.az xəbər verir ki, bu münasibətlə martın 10-da Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov, Cəmiyyətin əməkdaşları və könüllüləri Fəxri xiyabanı ziyarət ediblər. Ziyarət zamanı Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil qoyulub, əziz xatirəsi dərin ehtiram və minnətdarlıqla yad edilib. Tədbir iştirakçıları Ümummilli Liderin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ölkənin sosial-iqtisadi inkişafı, beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tarixi xidmətlərini xüsusi qeyd edərək onun zəngin siyasi irsinin bu gün də Azərbaycanın inkişaf yolunda mühüm istiqamətverici rol oynadığını vurğulayıblar. Daha sonra tədbir iştirakçıları Əliağa Şıxlinskinin məzarını ziyarət edərək onun xatirəsini ehtiramla anıblar. Qeyd olunub ki, general Əliağa Şıxlinski Azərbaycan hərb tarixinin ən görkəmli nümayəndələrindən biri olmaqla yanaşı, ölkəmizdə humanitar ideyaların və xeyriyyəçilik ənənələrinin formalaşmasına da mühüm töhfələr vermiş şəxsiyyətlərdən biridir. Ziyarət mərasimindən sonra tədbir Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş ofisində davam etdirilib. Burada Cəmiyyətin yaradılmasının ildönümü münasibətilə Novruz Aslanovun müəllifi olduğu "105 il sizinlə" adlı kitabın təqdimatı keçirilib. Təqdimat mərasimində çıxış edən Novruz Aslanov kitabın hazırlanması ideyası, məzmunu və əhəmiyyəti haqqında geniş məlumat verib. Qeyd olunub ki, nəşrdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 105 illik fəaliyyət tarixi, təşkilatın formalaşma mərhələləri, ölkənin müxtəlif dövrlərində həyata keçirdiyi humanitar layihələr, sosial proqramlar və beynəlxalq əməkdaşlıq istiqamətində görülən işlər ətraflı şəkildə əksini tapıb. Kitabda həmçinin təşkilatın könüllülük hərəkatının inkişafı, fövqəladə hallarda əhaliyə göstərilən yardım, sosial həssas qruplara dəstək layihələri və digər mühüm fəaliyyət istiqamətləri barədə məlumatlar yer alır. Çıxış zamanı vurğulanıb ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti fəaliyyət göstərdiyi illər ərzində ölkədə humanitar dəyərlərin təşviqi, ehtiyacı olan insanlara yardımın göstərilməsi, könüllülük fəaliyyətinin inkişafı və beynəlxalq humanitar prinsiplərin təbliği istiqamətində ardıcıl və sistemli iş aparıb.
2026-03-10 14:55:00
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) tərəfindən Dərnəgül dayanacağının tikintisi davam etdirilir.
2026-03-10 14:53:00
"Qarabağ" qəzetinin baş redaktoru Çingiz Tofiq oğlu İsmayılov vəfat edib.
2026-03-10 14:45:00
“O evlərdə bir qəpik də zəhmətim yoxdur”
2026-03-10 14:27:00
Manset.az xəbər portalı bəzi müğənnilərə efir qadağası qoyulması ilə bağlı məlumat yayımladıqdan sonra müğənni Elxan Qaraxanoğlu saytımızla bağlı Nərimanov Rayon Məhkəməsinə müraciət edib.
2026-03-10 13:26:00
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşıdan gələn bayramlarla əlaqədar olaraq martın 11-də respublika üzrə pensiyaların qrafikdən əvvəl tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.
2026-03-10 13:11:00
Martın 10-da gecəyarısı Günəşdə son iki həftədə ən güclü partlayış baş verib, buna baxmayaraq, kosmik havanın ümumi fonunda əhəmiyyətli dəyişikliklər müşahidə olunmayıb.
2026-03-10 13:06:00
Dövlət İmtahan Mərkəzi martın 9-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.
2026-03-10 12:57:00
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambulası dəyişib.
2026-03-10 12:52:00
Müğənni Rəqsanə İsmayılovanın barəsində olan ev dustaqlığı qətimkan tədbiri bir aya qədər uzadılıb.
2026-03-10 12:35:00
Medianın İnkişafı Agentliyinin və Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin yeni nizamnamələri hazırlanacaq.
2026-03-10 12:33:00
İranın yeni seçilən ali dini lideri Müctəba Xameneinin öldürüldüyü barədə xəbərlər yayılıb. Mlli.Az xəbər verir ki, məlumat "X" sosial şəbəkəsində ABŞ ordusuna bağlı "Us.Force" adlı səhifədə yayılıb.
2026-03-10 12:22:00
Martın 11-də gözlənilən hava şəraiti açıqlanıb.
2026-03-10 12:21:00
Sığortaolunanların sığortaçıda uçotu yalnız FİN vasitəsilə aparılacaq.
2026-03-10 12:17:00
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər təsdiqlənib.
2026-03-10 12:17:00
Yazıçı, publisist, türkoloq və jurnalist Yunus Oğuz Prezident Kitabxanasına 24 adda 49 nüsxə kitab hədiyyə edib.
2026-03-10 12:12:00
"Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli qərarında dəyişiklik olunub.
2026-03-10 12:10:00
Türkiyənin Malatya vilayətində hava məkanının qorunması üçün "Patriot" sistemi yerləşdiriləcək.
2026-03-10 12:05:00
Məşhur müğənni Edisin narkotik testinin nəticələri açıqlanıb.
2026-03-10 12:00:00
SSRİ Əməkdar artisti, Azərbaycanın tanınmış opera ifaçısı və aktrisası Sona Aslanovanın məzarından yayılan video sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
2026-03-10 11:52:00
Tanınmış hüquqşünas, sabiq müstəntiq Müşfiq Abbasov azadlığa çıxıb.
2026-03-10 11:49:00
Oruc tutub-tutmasından asılı olmayaraq hər kəsin fitrə zəkatı çıxarması vacibdir.
2026-03-10 11:42:00
Uzun illər müxtəlif vəzifələrdə çalışmış, Azərbaycan SSRİ Ali Sovetinin ən gənc deputatı olmuş Zakir Nəsirov vəfat edib.
2026-03-10 11:41:00
"Qalatasaray"ın baş məşqçisi Okan Buruk UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində "Liverpul"la ilk oyun barədə gözləntilərini bölüşüb.
2026-03-10 11:37:00
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclası keçiriləcək.
2026-03-10 11:27:00
Xərçənglə mübarizə sahəsində aparılan yeni elmi araşdırma diqqət çəkən nəticələr ortaya qoyub.
2026-03-10 11:23:00
2025-ci ildə Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 381 manat təşkil edib. Son.az xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib. Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2024-cü il ilə müqayisədə 8,6% artıb. Qeyd edək ki, 2025-ci ilin ilkin məlumatlarına əsasən Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilə nisbətən 9,3% artaraq 1102,9 manat təşkil edib.
2026-03-10 11:19:00
Prezident İlham Əliyevin tapşırığına əsasən, Yaxın Şərqdə müharibə vəziyyəti ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi və Dubay şəhərlərində qalmış vətəndaşlarımızın Azərbaycana növbəti təxliyəsi həyata keçirilib.
2026-03-10 08:41:00
Üçüncü Dünya Müharibəsi ehtimallarının müzakirə edildiyi bir vaxtda, ölkələrin ballistik raket ehtiyatları yenidən gündəmə gəlib. Dünyada bu sahədə ciddi bir silahlanma yarışı müşahidə olunur.
2026-03-10 08:08:00
"Bəziləri sual verib ki, Tünzalə xanım, burnunuzu dəyişmək istəməmisiniz? Demişəm ki, xoşuna gəlmir, kanalı çevir. Mən burnumdan məmnunam".
2026-03-10 07:07:00
Bu resept həm asan yoğrulan, həm də bişdikdən sonra uzun müddət yumşaq qalması ilə səhər yeməkləri və çay saatları üçün ideal seçimdir.
2026-03-10 04:04:00
Süni intellekt iş həyatının gələcəyini böyük sürətlə yenidən formalaşdırır. Bu vəziyyət bir çox iş sahibini texnologiyanı şüurlu şəkildə öz işlərinə qatmaq məsələsində çətin seçim qarşısında qoyur.
2026-03-10 03:03:00
Müğənni Elnur Məmmədov "Mədəni şou" verilişində qonaq olub.
2026-03-10 01:01:00
Bu gün olduğu kimi, antik dövrlərdə də insanlar uzun və sağlam həyatın düsturunu maraqla araşdırırdılar. Yunanlar və romalılar uzaq ölkələrdə yaşayan və 100 yaşını çoxdan keçmiş insanlar haqqında inanılmaz hekayələr eşidirdilər.
2026-03-10 00:26:00
ABŞ və İsrailin eyni vaxtda İrana hücum etməsi ilə başlayan müharibənin təsiri özünü göstərməyə başlayıb. Müharibə səbəbindən neft qiymətlərinin artması fonunda Pakistanın Baş naziri Şahbaz Şərif yanacaq istehlakını azaltmaq tədbirləri çərçivəsində məktəblərin iki həftəlik bağlanacağını və dövlət işlərinin onlayn formata keçiriləcəyini elan edib.
2026-03-10 00:08:00
Müctəba Xameneinin sağ qalmaq şansı yoxdur və onu qarşıda çətin bir dövr gözləyir.
2026-03-10 00:02:00
Bu gün Novruzun üçüncü - Yel çərşənbəsidir.
2026-03-10 00:01:00
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
2026-03-10 00:00:00
Dövlət İmtahan Mərkəzi (DİM) martın 9-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. Son.az xəbər verir ki, bugünkü imtahanda iştirak edən şagirdlər və onların valideynləri sualların çətin olması ilə bağlı narazılıqlarını ifadə ediblər.
2026-03-09 23:50:00
Ukraynaya hava hücumundan müdafiə sistemləri üçün raketlərin tədarükünün azalması Rusiyanın qələbəsinə gətirib çıxaracaq.
2026-03-09 23:22:00
Xaçmazın Qadaşoba kəndində 1982-ci il təvəllüdlü anası Kifayət Lətifovanı qətlə yetirən 16 yaşlı gənc məhkəmə prosesi başa çatıb.
2026-03-09 22:20:00
İranın Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
2026-03-09 22:04:00
Xalq artisti Mələkxanım Eyubova Rusiyada mükafata layiq görülüb.
2026-03-09 21:48:00
ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens amerikalıların əksəriyyəti kimi siyasətdən yorulduğunu etiraf edib.
2026-03-09 21:35:00
Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində saxlanılan müğənni Edis Görgülü və keçmiş milli idmançı Adem Kılıççının narkotik testi nəticələri müsbət çıxıb. Son.az xəbər verir ki, Məhkəmə Tibbi Ekspertiza Qurumu tərəfindən aparılan araşdırmalar nəticəsində hazırlanan hesabatda hər iki şəxsin testində qadağan olunmuş maddə qalıqlarının aşkarlandığı bildirilib.
2026-03-09 21:30:00
İranda Əli Xameneinin ölümündən sonra yeni dini rəhbər seçilməsinə ABŞ Prezidenti Donald Trampdan ilk reaksiya gəlib. Tramp Müctəba Xameneinin seçilməsindən narazılığını ifadə edərək, "Məmnun deyiləm" deyib.
2026-03-09 20:57:00
İran Baş Prokurorluğu ABŞ və İsraillə əməkdaşlıq etdiyi iddia edilən xaricdə yaşayan vətəndaşlarının bütün əmlaklarının ələ keçiriləcəyini açıqlayıb.
