Xəbərlərin siyahısı
2026-02-27 11:05:00
Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi ləğv edilir və qurumun idarəetmə strukturu tamamilə yenidən formalaşdırılacaq. Son.az Sfera.az-a istinadən xəbər verir ki, məlumata əsasən, bu qərarı doğuran əsas səbəb dünyada analoji modelin faktiki olaraq tətbiq edilməməsi və elmi idarəetmənin fərqli mexanizmlər üzərindən qurulmasıdır. Qlobal təcrübədə fundamental və tətbiqi elmi tədqiqatlar əsasən universitetlər və ixtisaslaşmış elmi-tədqiqat institutları tərəfindən həyata keçirilir. Universitetlər yalnız tədris müəssisəsi kimi deyil, həm də innovasiya, texnologiya istehsalı və elmi kəşflərin kommersiyalaşdırılması mərkəzi kimi çıxış edir. Hazırkı modeldə isə ölkədə elmi fəaliyyət uzun illər akademiya institutları üzərində cəmləşib. Universitetlər əsasən kadr hazırlığı, tələbə yetişdirilməsi və tədris prosesi ilə məşğul olur. Halbuki dünya təcrübəsində ali təhsil müəssisələri həm də qrant layihələri həyata keçirir, patentlər əldə edir, sənaye ilə birbaşa əməkdaşlıq edir və tədqiqat nəticələrini bazara çıxarır. Mənbələr bildirir ki, aparılan struktur islahatları elmi fəaliyyətin universitetlərə inteqrasiyasını sürətləndirmək, ali təhsil müəssisələrinin tədqiqat potensialını artırmaq və innovasiya mühitini gücləndirmək məqsədi daşıyır. Yeni modeldə universitetlərin yalnız diplom verən qurum deyil, həm də elmi məhsul istehsal edən mərkəzə çevrilməsi hədəflənir. Məlumata görə, rəhbərliyin ləğvi ilə yanaşı, akademiyanın strukturunda da ciddi dəyişikliklər gözlənilir. İdarəetmə mexanizmlərinin sadələşdirilməsi, səlahiyyət bölgüsünün yenidən müəyyənləşdirilməsi və institutların fəaliyyət modelinin yenilənməsi planlaşdırılır. Qərarın yaxın vaxtlarda rəsmi şəkildə açıqlanacağı gözlənilir.
2026-02-27 10:54:00
Xəbər verdiyimiz kimi, aparıcı və prodüser Tarix Əliyev (Tolik) Space TV kanalında aparıcı kimi fəaliyyətini dayandırıb.
2026-02-27 10:53:00
Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli ilə təkbətək görüşü olub.
2026-02-27 10:51:00
Mikayıl Müşfiqin 6 il əvvəl sümük qalıqları tapıldığı iddia olunurdu.
2026-02-27 10:45:00
Xalq artisti Naibə Allahverdiyeva paylaşımı ilə diqqət çəkib.
2026-02-27 10:44:00
Azərbaycanın xidmətdə olan ən yaşlı generalı, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi general-mayor Ramiz Zeynalov təqaüdə çıxmaq istəyir.
2026-02-27 10:37:00
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinə (DMA) yeni şöbə müdiri təyin olunub.
2026-02-27 10:31:00
Xəzər Tibb Mərkəzinin həkim-neantoloqu Gülnarə Əkbərova vəfat edib.
2026-02-27 10:26:00
Bakıda Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) hazırlıq prosesinə həsr olunmuş mətbuat konfransı keçirilir.
2026-02-27 09:59:00
Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsi ərazisində yerləşən poladəritmə sexində partlayış baş verib.
2026-02-27 09:56:00
Özünüməşğulluğun təşkili zamanı himayəsində 3 və ya daha çox uşağı olan şəxslərə də üstünlük verilməsi təklif edilir.
2026-02-27 09:54:00
Cinayət mühakimə icraatı zamanı tərcüməçi, mütəxəssis və ya ekspert tərəfindən görülən işlər üçün müəyyən edilmiş məbləğə yenidən baxılması təklif edilir.
2026-02-27 09:52:00
Ermənistanın baş naziri Nikol Paşinyan Anna Akopyandan ayrılıb.
2026-02-27 09:51:00
"Məktəbli avtobusları" xidməti ilə bağlı ödəniş məbləğinə ölkə üzrə yaşayış minimumu nəzərə alınmaqla yenidən baxılması təklif edilir.
2026-02-27 08:48:00
Yaxın Şərqdə, xüsusilə Mis dövrünə (Kalkolitik dövr) aid qazıntı sahələrində tapılan sirli konusvari saxsı qabların nə üçün istifadə edildiyi on illərdir elm adamlarını düşündürürdü. Yeni araşdırmalar bu qabların qədim ayinlərdə və gecə növbələrində istifadə olunan mum lampaları olduğunu sübut edib.
2026-02-27 08:08:00
Zirvə nöqtəsindən 40%-dən çox dəyər itirən Bitkoin ənənəvi bərpa dinamikasının işləmədiyi kritik bir dövrə qədəm qoyub. Blumberqin araşdırmasına görə, bazardan 1 trilyon dolların "buxarlandığı" bu proses Bitkoinin əsas mahiyyətinin sorğulanmasına səbəb olur.
2026-02-27 06:06:00
İordaniyanın antik Petra şəhərində aparılan qazıntılar Nabatilər Krallığının paytaxtı olan bu şəhərin su infrastrukturunun düşündüyümüzdən qat-qat mürəkkəb olduğunu sübut etdi. Yeni tapıntılar antik mühəndislik dərsliklərini yenidən yazdıra bilər.
2026-02-27 04:04:00
Astronomlar Süd Yolu qalaktikasının uzaq nöqtələrində yerləşən "Palomar 5" ulduz topasının mərkəzində 100-dən çox qara dəliyin gizləndiyini aşkar ediblər. Bu görünməz nəhənglər ulduz topasını daxildən parçalayaraq onu qeyri-adi bir formaya salır.
2026-02-27 03:03:00
Dərinin təbii yağ balansının pozulması, iltihab və ya stres kimi səbəblərlə yaranan sızanaqlar hamar və canlı dəri görünüşünə zərər verir. Bu problemdən qurtulmaq istəyənlər adətən ilk olaraq dəriyə qulluq məhsullarına müraciət edirlər. Lakin alınan məhsullar çox vaxt gözlənilən effekti vermir.
2026-02-27 01:01:00
"İnsanların çoxu siqareti stresi azaltmaq üçün çəkdiyini düşünür. Amma reallıq tam fərqlidir".
2026-02-27 00:56:00
"A.B.İ" serialının yeni bölümü gələn həftə yayımlanmayacaq.
2026-02-27 00:53:00
ABŞ-nin keçmiş dövlət katibi Hillari Klinton qalmaqallı maliyyəçi Ceffri Epşteynlə hər hansı əlaqəsinin olması barədə iddiaları qəti şəkildə təkzib edib.
2026-02-27 00:52:00
ABŞ-nin birinci xanımı Melaniya Tramp Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) iclasına sədrlik edəcək.
2026-02-27 00:38:00
Fevralın 27-də Maştağa Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 35/10/6 kV-luq "Pirşağı" yarımstansiyasından çıxan 10 kV-luq 580. 1 və 2 nömrəli hava xətlərində təmir işləri aparılacaq.
2026-02-27 00:26:00
Fevralın 26-da gecə saatlarında Şamaxı şəhərində yaşayan 1979-cu il təvəllüdlü Könül Eminova kəsici alətdən aldığı xəsarətlərlə xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
2026-02-27 00:11:00
İsveçrənin Cenevrə şəhərində ABŞ və İran heyətləri arasında keçirilən nüvə müzakirələrinin 3-cü raundu başa çatıb. Tərəflər bəzi məsələlərdə irəliləyiş əldə edildiyini bildirsələr də, rəsmi Tehran strateji əhəmiyyətli bir şərti qəti şəkildə rədd edib.
2026-02-27 00:01:00
Qoç Bu dövrdə daxili dünyanızın qapıları ardına qədər açılır. Planetlərin düzülüşü sizi adətən olduğunuzdan daha sakit və düşüncəli edə bilər. İş mühitində aşkar rəqabətdən çox, pərdəarxası məqamlara diqqət yetirməlisiniz; bəzi gizli məlumatlar üzə çıxa bilər. Maddi məsələlərdə tələsik qərarlar verməyin, çünki emosional vəziyyətiniz məntiqinizi üstələyə bilər. Sevgidə isə tərəfdaşınızla bir-birinizi sözsüz anlamaq qabiliyyətiniz artacaq. Əgər subaysınızsa, keçmişdən gələn bir mesaj sizi xəyallara daldıra bilər. Sağlamlıq baxımından ayaq nahiyənizdəki ağrılara və yuxu rejiminə diqqət yetirməyiniz tövsiyə olunur.
2026-02-26 23:25:00
"İddiaya görə, Rusiya-Ukrayna müharibəsində Rusiya ordusunun tərkibində döyüşlərə qoşulan, əslən azərbaycanlı, meyxanaçı kimi tanınan Vahid Qədim Luqansk istiqamətində gedən döyüşlərdə itkin düşüb".
2026-02-26 23:19:00
Cəlilabad rayon sakini avtomobil qəzasında həlak olub.
2026-02-26 22:56:00
Müğənni Səidə Sultan sosial şəbəkədə televiziya verilişlərində edilən dəyişikliklərlə bağlı paylaşım edib.
2026-02-26 22:45:00
Sumqayıt şəhər 8 nömrəli tam orta məktəbə yeni direktor təyin olunub.
2026-02-26 22:42:00
Xəbər verdiyimiz kimi, ötən gün Qəbələ rayonunun Məmmədağalı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
2026-02-26 22:25:00
Balakəndə fərdi yaşayış evində yanğın baş verib.
2026-02-26 22:02:00
Türkiyənin Kahramanmaraş vilayətinin Elbistan rayonunda 4,7 bal gücündə zəlzələ baş verib.
2026-02-26 21:58:00
"Xocalıya ədalət" beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar cari ilin fevralın 25-dən başlayaraq Perunun paytaxtı Lima şəhərinin mərkəzi küçələrində yerləşən böyük ölçülü lövhələrdə "Xocalıya ədalət" çağırışları əks olunub.
2026-02-26 21:55:00
BDU-nun hüquq fakültəsinin tələbələrinin görüntülərindən istifadə edilərək hazırlanmış təhqiramiz foto və videomaterialları sosial şəbəkələrdə yayan şəxs DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin (KMBİ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə müəyyən edilərək saxlanılıb.
2026-02-26 21:31:00
2026-cı ilin ən möhtəşəm təbiət hadisələrindən biri olan tam Ay tutulması martın 3-də baş tutacaq. Yer kürəsi Günəşlə Ayın arasına girərək Ayın üzərinə tam kölgə salacaq və nəticədə Ay tünd qırmızı, "odlu" bir rəng alacaq.
2026-02-26 21:21:00
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında dövlət başçısının Xocalı Soyqırımı Memorialının açılışında iştirakı ilə bağlı video paylaşılıb.
2026-02-26 21:14:00
Sosial mediada "Cleantok" etiketi ilə paylaşılan mükəmməl təmizlik videoları hamımızı həvəsləndirsə də, mütəxəssislərin fikrincə, həddindən artıq təmizlik və nizam arzusu, əslində daxili narahatlığı (təşvişi) gizləyən bir "maska" ola bilər.
2026-02-26 21:01:00
İran uranın zənginləşdirilməsini və ya ehtiyatlarının ixracını tamamilə dayandırmağa razı olmayacaq.
2026-02-26 20:46:00
Xəzər və Nərimanov rayonları ərazisində yerləşən marketlərdən oğurluq edilib.
2026-02-26 20:20:00
Çində kran istehsalı və nəqliyyat daşımaları sektorunda fəaliyyət göstərən "Henan Kuangshan Crane" şirkətinin rəhbəri Cui Peyjun işçiləri üçün dünya mətbuatının diqqətini çəkən qeyri-adi bir mükafatlandırma mərasimi keçirib.
2026-02-26 19:31:00
Sabah Azərbaycanda Ramazan ayının doqquzuncu günüdür.
2026-02-26 19:19:00
Cinayət yolu ilə əldə edilmiş vəsaitlərin yuyulmasında ittiham olunan azərbaycanlı bloger Hüseyn Həsənov 170 milyon rubl (3,7 milyon manatdan çox) məbləğində vergi borcunu ödəyib.
2026-02-26 19:17:00
Kolumbiyanın aparıcı dövlət ali təhsil müəssisələrindən biri olan "Universidad Distrital Francisco José de Caldas"da Azərbaycanın bu ölkədəki diplomatik nümayəndəliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş təbliğat-məlumat xarakterli silsilə tədbirlər keçirilib.
2026-02-26 18:35:00
Fevralın 26-da İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində "Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə İşçi Qrup"u tərəfindən hazırlanan "Məhkəmə və hüquq" sahəsinə və "Dövlət satınalma prosedurları" sahəsinə dair sahibkarların qaldırdığı aktual məsələlər ətraflı müzakirə olunub.
2026-02-26 18:10:00
Fevralın 27-28-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
2026-02-26 17:59:00
Artur Rasizadə 22 il Azərbaycan Respublikasının Baş naziri olub və ölkə tarixində ən uzun müddət bu vəzifəni icra edən hökumət başçılarından biri sayılır.
2026-02-26 17:56:00
Birinci vitse-prezident Mehriban Əliyeva "Instagram" hesabında Prezident İlham Əliyev ilə Xocalı Soyqırımı Memorialını ziyarətindən görüntülər paylaşıb.
2026-02-26 17:56:00
Azərbaycan Milli İncəsənət Muzeyində Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş "Xocalı soyqırımı təsviri sənətdə" adlı mühazirə keçirilib.
