Ümummilli Liderin Bakıya qayıdışı ilə başlayan növbəti 10 il Azərbaycanda gələcək inkişaf üçün təməllərin yaradıldığı mühüm tarixi mərhələdir
Siyasət 10 May 2025 12:40:00 62 0
Ümummilli Lider Heydər Əliyevin 1993-cü il iyunun 9-da Bakıya qayıdışı və iyunun 15-də Ali Sovetin sədri seçilməsi ilə başlayan növbəti 10 il Azərbaycanda müstəqil dövlətin qurulduğu, möhkəmləndirildiyi və gələcək inkişaf üçün təməllərin yaradıldığı mühüm tarixi mərhələdir.
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin "Konstitusiya və suverenlik: Heydər Əliyev siyasi irsinin təməl sütunları" adlı məqaləsində qeyd edilib.
Prezident Administrasiyasının rəhbəri bildirib ki, 1993-2003-cü illərdə Ermənistanın Azərbaycana təcavüzü və torpaqlarımızın 20 faizinin işğal edildiyi bir şəraitdə ictimai-siyasi sabitliyin, təhlükəsizliyin təmin olunması, dövlət idarəçiliyi mexanizminin və iqtisadi sistemin yenidən qurulması, beynəlxalq əlaqələrin dövlətin və xalqın ali məqsədlərinə uyğun əsaslı təşkili və bu kimi digər həyati vacib məsələlər qısa zamanda həll edildi, Azərbaycanın dövlət müstəqilliyinin və suverenliyinin əsasları yaradıldı. Bu əsaslar Ümummilli Lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq referendumunda qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmuşdur.
Ermənistan 2020-ci ildən sonra üç il Qarabağa mina daşıyıb.

Delimitasiyası prosesi ilə bağlı təmaslar davam edəcək.

May ayı bürcün altı əlaməti üçün dönüş nöqtəsi ola bilər, çünki

Bakıda və Abşeron yarımadasında mayın 11-də hava şəraitinin dəyişkən

ABŞ-da satılan "Organic Jumbo Pumpkin Seeds" məhsulunda salmonella

Mayın 10-u saat 09:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Ç�

Şərti dövlət sərhədində sürəkli olaraq təxribatlar törədən, mövqel

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

Azərbaycanda bank kartlarından oğurluq hallarının artdığı bir vaxtda mal

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pre

Tanınmış aktyor Halit Ergenç və Rıza Kocaoğlu Gezi Parkı istintaqı çə

Bir sıra ölkələrdə ictimai nəqliyyat vasitələrində rəqəmsal ödəniş

Mayın 10-da Heydər Əliyev Fondunun vitse-prezidenti, "IDEA" İctima

İtaliyanın paytaxtı Romadakı məşhur "MAXXI" XXI Əsrin Milli İn

Vatikanda keçirilən konklavın üçüncü turunda, Papa Fransiskin vəfatında
