"Qavaldaş nağara" maketi məhv edildi Məhkəmə bitdi
Şou-biznes 14 Mar 2026 00:24:00 243 0
Xalq artisti Natiq Şirinov ilə onun ritm qrupunun keçmiş üzvü Ramil Cahangirov arasında uzun müddətdir davam edən məhkəmə çəkişməsi başa çatıb.
Son.az xəbər verir ki, sənətçi məhkəmənin qərarı ilə "Qavaldaş nağara" ideyası və əsərinin ona məxsus olduğunun təsdiqləndiyini və maketin məhv edildiyini bildirib:
"Azərbaycan Respublikasının məhkəməsinin qərarı ilə təsdiq olundu ki, "Qavaldaş nağara" ideyası və əsəri Natiq Şirinova məxsusdur. Məhkəmə qərarına əsasən müəllif hüququnu pozaraq hazırlanmış "Qavaldaş nağara" maketi məhv edildi və cərimə ödənildi. Bu hadisə bir daha göstərir ki, başqasının ideyasını mənimsəmək mümkün deyil. Müəllif hüquqlarımızı pozan hər kəs bilməlidir. Bu məsələlər qanun qarşısında həll olunur və olunacaq. Sənətə və müəllif hüquqlarına hörmət hər kəs üçün dərs olmalıdır".
Qeyd edək ki, Xalq artisti "Amarok" zərb alətlər qrupunun rəhbəri Ramil Cahangirovu qavaldaş maketini mənimsədiyi iddiası ilə məhkəməyə vermişdi. Sənətçi həmkarından üzr istəməsini və 55 min manat təzminat ödəməsini tələb etmişdi. İşə əvvəlcə Sumqayıt Şəhər Məhkəməsində baxılmış və məhkəmə iddianı əsassız sayaraq rədd etmişdi. Lakin sonradan Sumqayıt Apellyasiya Məhkəməsi Natiq Şirinovun iddiasını qismən təmin etmişdi.
Qərara əsasən, cavabdeh üzr istəməli, onda olan qavaldaş məhv edilməli və Ramil Cahangirov Natiq Şirinova mənəvi ziyana görə 10 min manat ödəməli idi.
İş adamı Adnan Əhmədzadə ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətin
Samux rayonunda sərxoş şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliy
Azərbaycanda Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunun
Süd Yolu qalaktikasının kosmosda təkbaşına sürünmədiyi, əksinə, nəh�
Sinqapur Milli Universitetinin tədqiqatçıları ətraf mühitdəki rütubəti
Sosial rəqabət və şəxslərarası münasibətlərin görünməz mübarizəsi
İsrailin Baş naziri Benyamin Netanyahu İranın yeni Ali Rəhbəri Müctəba X
Alimlər qan qrupu ilə yoğun bağırsaq xərçəngi arasında diqqətçəkən
Heyvandarlıq sektorunda əvvəllər diqqət çəkməyən, lakin hazırda dünya
"Yazırlar, bu nə saçdır, geyimdir? Niyə bahalı geyinmirsən? İstəmi
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Yunanıstan Xarici İşlər Nazirliyi cümə axşamı günü Tehrandakı səfirl
Aparıcı Zaur Baxşəliyev Əməkdar artist Elnarə Abdullayevanın qızının
