"O həyasız da elə bilir deməyə sözüm yoxdur"
Şou-biznes 13 Mar 2026 00:12:00 170 0
"Yazırlar, bu nə saçdır, geyimdir? Niyə bahalı geyinmirsən? İstəmirəm, geyinmirəm. Mənim üçün əski parçasıdır, ayaqqabının altı yerə dəyir. Ən bahalı mən özüm olmalıyam. Nəyə lazımdır geyim brend, bahalı olsun? Tamaşaçını elə öyərşdiriblər ki, müğənni brend geyinməlidir. Elnarə ilə 17 mahnı təqdim edir. Xəbərləri yoxdur. Soruşsan kim hansı toyda hansı paltarı geyinib, onu yaxşı bilirlər".
Son.az xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova "Musicologiya" yutub layihəsində deyib. Sənətçi geyimlərini, saçlarını tənqid edənlərə cavab verib. O bildirib ki, ağ saçlarını boyamağı düşünmür:
"Saçımdakı ağları uzadıram. İstəyirəm təbii ağ saçlarım olsun. Sosial şəbəkədə yazırlar saçınıza dib boyası qoyun. Hamıya başa sala bilmirəm ki, 46 yaşım var, saçım ağarır və mən özümü yaşıma uyğun görmək istəyirəm. Mən də bilirəm ki, dib boyası deyilən bir şey var. Tamaşaçını öyrəşdirmək gözəldir. Son bir neçə ayda yazırlar "Nəhayət gözümüz təbilik gördü". Uzun müddət bununla mübarizə apardım. Böyük qüvvə üstümə gəldi: bu nədir, nə geyimdir, nə saçdır".
E.Xəlilova verilişlərə getməməsinin səbəbini açıqlayıb:
"Efirə yaraşdırmıram özümü. Məcburam gedim, kiminləsə qırğına çıxım, aləm dəysin bir-birinə və səsimi alsın? Mənim kimi Xalq artistləri var ki, abırlarına bürünüb çəkiliblər kənara. Nəticədə efir nə günə qalıb. Həyasız da elə bilir bizim deməyə sözümüz yoxdur. Bu imkan onlara yaradılmamalıdır. televiziya rəhbəri aparıcıya və müğənnilərə o imkanı verməməlidir. Uşağımızın tərbiyəsini korlaya, mədəniyyət öyrədə də bilər". (Axşam.az)
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Yunanıstan Xarici İşlər Nazirliyi cümə axşamı günü Tehrandakı səfirl
Aparıcı Zaur Baxşəliyev Əməkdar artist Elnarə Abdullayevanın qızının
Ötən gün Bakıda polis tərəfindən saxlanılan özbəkistanlı ekstrasens �
Hörmüz boğazından keçən gəmilər İran Hərbi Dəniz Qüvvələri ilə ra
Xocavənd rayonunda mina hadisəsi baş verib.
ABŞ Prezidenti Tramp İrandakı müharibəni bitirmək istəyir və bunun üç�
Baş rollarını Deniz Can Aktaş, Uraz Kaygılaroğlu və Devrim Özkanın payl
Dilənçiliklə məşğul olma əməli artıq avaralıq sayılmayacaq və yeni c
Böyük Britaniyada təbii qaz ehtiyatları kritik səviyyəyə düşüb. Anbarl
Əməkdar artist Mətanət İsgəndərli plastik əməliyyat edirəcək.
Yeni bir araşdırma göstərir ki, eirfrayerlər yağda qızartma ilə müqayis
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, Bəhreynin
