Küveytdə vurulan təyyarə, sağ çıxan qadın pilota təşəkkür mesajı
Dünya 03 Mar 2026 00:22:00 69 0
Küveytdə baş verən hərbi qəza zamanı ABŞ-yə məxsus 3 döyüş təyyarəsi yerli hava hücumundan müdafiə sistemləri tərəfindən səhvən vurulub. Hadisə nəticəsində paraşütlə yerə enən pilotlardan birinin yanına qaçan Küveyt vətəndaşının ona təşəkkür etdiyi anlar kameraya əks olunub.
Bu xəbəri də oxu: Güclü geomaqnit qasırğası gəlir Bu tarixlərdə
Son.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) tərəfindən verilən rəsmi açıqlamaya görə, ABŞ-nin 3 döyüş təyyarəsi Küveytin hava hücumundan müdafiə sistemləri tərəfindən "yanlışlıqla" hədəf alınıb.
Təyyarələrin Küveyt ordusu tərəfindən "dost atəşi" nəticəsində vurulduğu təsdiqlənib.
Ümumilikdə 6 ekipaj üzvünün hamısı katapult (fırlatma oturacağı) vasitəsilə təyyarələri tərk edə bilib. Onların vəziyyətinin stabil olduğu bildirilir.
Hadisənin ən çox danışılan tərəfi isə xilas olan pilotlardan biri ilə yerli sakinin dialoqu olub. Paraşütlə yerə enən əsgərin yanına qaçan küveytli mülki şəxs kameranı əlində tutaraq pilotu sakitləşdirməyə çalışıb.
"Yaxşısan? Problem yoxdur, təhlükəsizlikdəsən. Hər şey qaydasındadır," deyərək pilota dəstək olub. Daha sonra isə səmimi şəkildə: "Bizə kömək etdiyiniz üçün sizə təşəkkür edirik," deyə əlavə edib.
Küveyt rəhbərliyi baş vermiş səhvi qəbul edib. ABŞ tərəfi isə Küveyt ordusunun dərhal göstərdiyi dəstəkdən məmnunluğunu ifadə edib. Hazırda sistemlərin niyə yanlışlıqla öz müttəfiqini hədəf aldığına dair genişmiqyaslı araşdırma aparılır. Lalə Qüdrətova Son.az
"Sevdiyim qız yoxdur. 99 faiz bir-birinə oxşayır. Sədaqətli insan azd
Son.az bu günün qoroskopunu təqdim edir.
Sosial şəbəkələrdə avtomobillərin dövlət qeydiyyat nişanını gizlətm
İran ABŞ və İsrail obyektlərinə qarşı "Həqiqi vəd - 4" əmə
Əməkdar artist Hicran Nəsirovanın səhhətində problem yaranıb.
27 fevral tarixində Panama Respublikasının xarici işlər naziri Xavyer Eduar
İranın hücumları nəticəsində Dubayın əsas logistika mərkəzləri, o c�
Müğənni Sevda Kazımovanın səhhətində problem yaranıb.
Lənkəran Dövlət Dram Teatrında yazıçı-dramaturq Hüseynbala Mirələmovu
Baku TV-nin "Arzunun vaxtı" verilişinin budəfəki buraxılışı d�
ABŞ Prezidenti Donald Tramp ABŞ-ın İrana qarşı əməliyyatının ilk gün�
Prezident İlham Əliyevin imzaladığı "Uşaqların rəqəmsal mühitdə
Güclü zərbələrlə yalnız İran deyil, həm də Hizbullah darmadağın edil
