ABŞnin beynəlxalq təşkilatlardan çıxması çoxtərəfli diplomatiyanın tənəzzülüdür


Siyasət 08 Yan 2026 19:49:00 76 0

ABŞnin beynəlxalq təşkilatlardan çıxması çoxtərəfli diplomatiyanın tənəzzülüdür

"Donald Trampın ABŞ-nin 60-a yaxın beynəlxalq təşkilatda üzvlüyünü dayandırması ilə bağlı qərarı diqqətçəkicidir. Bu addım, ilk növbədə, ABŞ-nin əvvəlki administrasiyalar dövründən fərqli olaraq, müəyyən mənada Monro doktrinasına qayıtmaqla özünü qlobal proseslərdən qismən geri çəkmək cəhdi kimi qiymətləndirilə bilər".

Bu fikirləri politoloq Oqtay Qasımov Son.az-a açıqlamasında deyib.

O.Qasımovun sözlərinə görə, paralel olaraq, Vaşinqton bu qərarla BMT və onun alt qurumları, eləcə də digər beynəlxalq təşkilatlar qarşısında daşıdığı ciddi maliyyə öhdəliklərindən azad olmağa çalışır.

Politoloq bildirib ki, bu proses beynəlxalq sistemdə müşahidə olunan ümumi tənəzzülün göstəricisidir. Dediyinə görə, artıq uzun müddətdir beynəlxalq təşkilatlar real problemlərin həlli mexanizmi olmaqdan çıxaraq, daha çox böyük dövlətlərin təsir və təzyiq alətlərinə çevrilib ki, bu da cəmiyyətlərdə ciddi narahatlıq doğurur:

"ABŞ-nin beynəlxalq təşkilatlardan çıxmasının üç əsas səbəbi var. Birincisi, ABŞ-nin xarici siyasətində baş verən dəyişikliklərdir. İkincisi, bu qurumlara edilən böyük həcmli maliyyə ödənişlərindən yayınmaq istəyidir. Üçüncüsü isə həmin təşkilatların effektivliyini itirməsi və yeni dünya düzənində əvvəlki rolunu oynaya bilməməsidir".

O.Qasımov nəzərə çatdırıb ki, BMT faktiki olaraq Təhlükəsizlik Şurasının beş daimi üzvünün təsir mexanizminə çevrilib. Bu qurum həm dövlətlərarası rəqabət meydanı, həm də İkinci Dünya müharibəsindən sonrakı dövrdə formalaşmış geosiyasi qarşıdurmaların platforması kimi fəaliyyət göstərir. Nəticədə BMT bir çox qlobal problemin həllində real və effektiv addımlar ata bilməyib.

Politoloq buna misal olaraq Kəşmir, Güney Azərbaycan, Qarabağ, Fələstin məsələlərini, eləcə də Rusiya-Ukrayna müharibəsini göstərib. Onun fikrincə, xüsusilə Rusiya-Ukrayna müharibəsi zamanı BMT-nin proseslərdən faktiki olaraq kənarda qalması bu təşkilatın nə dərəcədə zəiflədiyini açıq şəkildə nümayiş etdirir.

ABŞ-nin Avropa Şurasının Venesiya Komissiyasından çıxmasına da toxunan Oqtay Qasımov bildirib ki, bu qərar ABŞ-nin ənənvi olaraq demokratiya, seçkilər və digər ölkələrin daxili işlərinə müdaxilə kimi mövzulardan uzaqlaşmaq cəhdidir. Onun sözlərinə görə, Venesiya Komissiyası bir çox hallarda Avropa Şurasının və böyük Qərb dövlətlərinin təsir aləti kimi çıxış edib və xüsusilə yeni müstəqillik qazanmış ölkələrə "Avropa standartları" adı altında yerli reallıqlar nəzərə alınmadan tövsiyələr verib.

Politoloq ATƏT-in Bakı ofisinin bağlanmasını da xatırladaraq bildirib ki, bu addım ATƏT ilə Azərbaycan arasında münasibətlərdən qaynaqlanırdı:

"ATƏT-in Bakı ofisi bir çox hallarda birtərəfli və dövlət siyasəti ilə uzlaşmayan mövqe sərgilədiyinə görə, Azərbaycan hələ illər əvvəl öz prinsipial mövqeyini ortaya qoymuş və müvafiq qərar qəbul etmişdi".

Beynəlxalq hüquq məsələsinə toxunan Oqtay Qasımov qeyd edib ki, Prezident İlham Əliyevin 5 yanvar yerli telekanallara müsahibəsində səsləndirdiyi fikirlər yeni deyil və dövlət başçısı bunu uzun illərdir ardıcıl şəkildə dilə gətirir:

"İlham Əliyev dəfələrlə beynəlxalq hüququn faktiki olaraq işləmədiyini, güc faktorunun ön plana çıxdığını və artıq "hüququn haqlı olduğu" deyil, "güclünün haqlı olduğu" bir dövrün formalaşdığını söyləyib. Son qlobal hadisələr də beynəlxalq münasibətlər sistemində məhz bu reallığın hökm sürdüyünü açıq şəkildə göstərir".

Mina Mikayılova Son.az

Zığ dairəsiHava Limanı yolunda sürət həddi endirildi like
  • 08 Yan 19:28  
Digərləri Zığ dairəsiHava Limanı yolunda sürət həddi endirildi

Hazırda Bakıda müşahidə edilən dumanlı hava şəraiti ilə əlaqədar ola

arrow Ətraflı
Moskvaya uçan təyyarə qəza siqnalı verdi  Eniş edə bilmir like
  • 08 Yan 19:24  
Dünya Moskvaya uçan təyyarə qəza siqnalı verdi Eniş edə bilmir

"Utair" aviaşirkətinə məxsus Dubaydan Moskvaya uçan təyyarə uç

arrow Ətraflı
"Fəxrəddin videonu görəndə deyəcək, burnundan gəlsin" like
  • 08 Yan 19:22  
Şou-biznes "Fəxrəddin videonu görəndə deyəcək, burnundan gəlsin"

Müğənni Xatirə İslam efirdə dediyi "Ailəmdən diqqət görmürəm&qu

arrow Ətraflı
Nazir müavini təyin edilən Natiq Həsənov kimdir?  DOSYE like
  • 08 Yan 19:07  
Digərləri Nazir müavini təyin edilən Natiq Həsənov kimdir? DOSYE

Maliyyə naziri Sahil Babayevin yeni müavini vəzifəsinə Natiq Həsənov təy

arrow Ətraflı
Kənan Əsədova yüksək vəzifə verildi like
  • 08 Yan 19:02  
Digərləri Kənan Əsədova yüksək vəzifə verildi

Dövlət Gömrük Komitəsinin (DGK) aparat rəhbəri vəzifəsinə yeni təyina

arrow Ətraflı
Dünən işdən çıxarılan rəisə yeni vəzifə verildi like
  • 08 Yan 19:00  
Digərləri Dünən işdən çıxarılan rəisə yeni vəzifə verildi

Biləsuvar Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilən polkovnik S

arrow Ətraflı
ABŞ tərəfindən saxlanılan “Marinera” tankerində kimlər olub? like
  • 08 Yan 18:57  
Dünya ABŞ tərəfindən saxlanılan “Marinera” tankerində kimlər olub?

ABŞ hərbçiləri tərəfindən saxlanılan "Marinera" tankerinin gö

arrow Ətraflı
Daha 19 nəfər həbs edildi, aralarında Ceyda da var like
  • 08 Yan 18:44  
Şou-biznes Daha 19 nəfər həbs edildi, aralarında Ceyda da var

İstanbul Baş Prokurorluğu tərəfindən aparılan genişmiqyaslı narkotik is

arrow Ətraflı
"Anam gözümüzün qabağında zəhər içdi, mənə və bacıma da verdi" like
  • 08 Yan 18:19  
Şou-biznes "Anam gözümüzün qabağında zəhər içdi, mənə və bacıma da verdi"

Türkiyəli məşhur müğənni Bayhanın illər əvvəl qatıldığı televiziy

arrow Ətraflı
Tanınmış həkimin kompüterinə dinləmə cihazı qoydular: ElmiTədqiqat İnstitutunda like
  • 08 Yan 18:15  
Digərləri Tanınmış həkimin kompüterinə dinləmə cihazı qoydular: ElmiTədqiqat İnstitutunda

Bakıda həkimin kompüterindən dinləmə cihazı tapılıb. Həkim-radioloq Ra

arrow Ətraflı
Nəsimi Nəbizadə reabilitasiya mərkəzindən qaçd; like
  • 08 Yan 17:57  
Digərləri Nəsimi Nəbizadə reabilitasiya mərkəzindən qaçd;

Nəsimi Nəbizadə müalicə aldığı reabilitasiya mərkəzindən qaçıb.

arrow Ətraflı
AYB bu şəxsləri xaric edəcək: “500 adamın ildə 15 manatı ilə dolanmaq olar?” like
  • 08 Yan 17:45  
Digərləri AYB bu şəxsləri xaric edəcək: “500 adamın ildə 15 manatı ilə dolanmaq olar?”

Üzvlük haqqı ödəməyənlər Azərbaycan Yazıçılar Birliyindən (AYB) xar

arrow Ətraflı
Küləklə bağlı sarı və narıncı XƏBƏRDALIQ like
  • 08 Yan 17:34  
Digərləri Küləklə bağlı sarı və narıncı XƏBƏRDALIQ

Yanvarın 9-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi rayonlar

arrow Ətraflı
Türk ailəvi film “Kardeş Takımı 3”  eksklüziv olaraq CineMastercardda! like
  • 08 Yan 17:33  
Digərləri Türk ailəvi film “Kardeş Takımı 3” eksklüziv olaraq CineMastercardda!

Yalnız "CineMastercard" kinoteatrlar şəbəkəsində 8 yanvar tarixi

arrow Ətraflı
Aparıcı Zauru belə susduran OLMAMIŞDI like
  • 08 Yan 17:19  
Şou-biznes Aparıcı Zauru belə susduran OLMAMIŞDI

Meyxanaçı Pərviz Bülbülənin qonaq olduğu "Rəngarəng" veriliş

arrow Ətraflı