Saxta müxalifətin ifşası: Gültəkin Hacıbəyli işi


Siyasət 19 Dek 2025 09:48:00 61 0

Saxta müxalifətin ifşası: Gültəkin Hacıbəyli işi

Son dövrlər Gültəkin Hacıbəyli ətrafında baş verənlər Azərbaycan cəmiyyətinə illərdir pərdə arxasında gizlədilən bir həqiqəti açıq şəkildə nümayiş etdirdi: özünü "təqib olunan müxalifətçi" kimi təqdim edənlərin bir qismi əslində kimlərinsə yetişdirdiyi, idarə etdiyi və lazım olan anda fərqli rollara saldığı fiqurlardır. Onun Türkiyədən Azərbaycana ekstradisiya olunması bir daha sübut etdi ki, siyasi maska, xaricdə yaşamaq və pafoslu bəyanatlar məsuliyyətdən yayınmaq üçün yetərli deyil.

Bu hadisə təkcə bir şəxsin hüquqi taleyi deyil. Bu, uzun illər Azərbaycan siyasi mühitində qurulmuş saxta müxalifət mexanizminin, manipulyativ siyasi texnologiyaların və ictimai rəyin aldatmağa hesablanmış ssenarilərin ifşasıdır. Gültəkin Hacıbəyli nümunəsi göstərir ki, bəzi "radikal müxalifətçilər" əslində elə həmin sistemin içində formalaşıb və oradan yönləndirilib.

Onun siyasi keçmişi bu reallığı tam aydınlığı ilə ortaya qoyur. Gültəkin Hacıbəyli uzun illər Ramiz Mehdiyevin yaxın ətrafında yer alıb və bu sistemin maraqlarına xidmət edib. Həmin dövrdə nə prinsip, nə də ideoloji mübarizə var idi, əsas məqsəd hakimiyyət daxilində proseslərin nəzarətdə saxlanılması və lazımi istiqamətdə manipulyasiya olunması idi. O, bu mexanizmin tərkib hissəsi kimi çıxış edib.

Daha sonra isə "möcüzəvi şəkildə" radikal müxalifət düşərgəsində peyda olub. Cəmil Həsənli kimi fiqurlarla eyni cəbhədə görünməsi təsadüf deyil. Bu keçid nə siyasi ayılma, nə də "dəyərlərə" dönüş id, bu, sadəcə rol dəyişikliyi idi. Sistem daxilində xidmətini başa vuran fiqur, yeni mərhələdə "müxalifətçi" maskası altında yenidən dövriyyəyə buraxılıb.

Bu xidmətlər isə qarşılıqsız qalmayıb. Ramiz Mehdiyev tərəfindən Gültəkin Hacıbəyliyə külli miqdarda pul vəsaiti verilib, Bakıda iki mənzillə təmin olunub, Goranboy rayonunda torpaq sahələri və karyer ayrılıb, eyni zamanda biznes fəaliyyəti üçün hər cür şərait yaradılıb. Bu faktlar fonunda onun sonradan "prinsipial", "xalqın səsini müdafiə edən" müxalifətçi obrazı ilə çıxış etməsi açıq-aşkar siyasi riyakarlıqdır.

Gültəkin Hacıbəylinin müxtəlif dövrlərdə tam zidd mövqelərdən çıxış etməsi də təsadüfi deyil. Dünən təriflədiklərini bu gün söyməsi, dünən söydüklərini sabah müdafiə etməsi onun siyasi xəttinin ideoloji əsaslara deyil, şəxsi maraqlara və verilən tapşırıqlara söykəndiyini göstərir. "Demokratiya", "azadlıq", "xalq naminə mübarizə" kimi şüarlar bu kontekstdə sadəcə örtük rolunu oynayıb.

Türkiyədən ekstradisiya prosesi isə bu siyasi oyunların sonunun gəldiyini göstərən açıq siqnaldır. Xaricə qaçmaqla, özünü "siyasi qurban" kimi təqdim etməklə hüquqi məsuliyyətdən yayınmaq artıq mümkün deyil. Beynəlxalq hüquq da saxta siyasi mifləri deyil, konkret faktları və ittihamları əsas götürür. Bu proses oxşar ssenarilərlə hərəkət edən digərləri üçün də ciddi xəbərdarlıq olmalıdır.

Gültəkin Hacıbəyli məsələsi eyni zamanda Azərbaycan müxalifətinin müəyyən hissəsinin niyə cəmiyyət tərəfindən etibarsız hesab edildiyini də açıq şəkildə izah edir. İllərdir sistemdən qidalanan, həmin sistemdən maddi və siyasi dividendlər götürən şəxslərin sonradan "radikal müxalifət" adı altında ortaya çıxması cəmiyyət üçün artıq inandırıcı deyil. Bu cür fiqurlar real müxalifəti də nüfuzdan salıb.

Nəticə etibarilə, Gültəkin Hacıbəyli ilə bağlı baş verənlər təkcə bir nəfərin məsuliyyəti deyil, bu, saxta rolların, gizli razılaşmaların və illərlə qurulmuş siyasi manipulyasiyanın iflasıdır. Türkiyədən ekstradisiya faktı isə bir həqiqəti qəti şəkildə ortaya qoyur: siyasi maskalar dəyişə bilər, amma məsuliyyətdən qaçmaq mümkün deyil. Gec-tez hər kəs oynadığı rola və gördüyü işlərə görə cavab verməli olur.

Mehman Əsədov Son.az

Röyanın oğlu bu universitetə like
  • 19 Dek 09:41  
Şou-biznes Röyanın oğlu bu universitetə

Xalq artisti Aygün Kazımova həmkarı Röya Ayxanla bağlı sevindirici xəbə

arrow Ətraflı
"Green Kart"a qəbul dayandırıldı like
  • 19 Dek 09:35  
Dünya "Green Kart"a qəbul dayandırıldı

ABŞ-da "yaşıl kart" lotereyası müvəqqəti olaraq dayandırılıb

arrow Ətraflı
Masazırın bəzi ərazilərində elektrik enerjisi olmayacaq like
  • 19 Dek 09:18  
Digərləri Masazırın bəzi ərazilərində elektrik enerjisi olmayacaq

Masazırın bəzi ərazilərində bu gün elektrik enerjisinin verilişində fas

arrow Ətraflı
"İki tərəfin arasında sürünürəm" like
  • 19 Dek 09:15  
Şou-biznes "İki tərəfin arasında sürünürəm"

Rəqqasə Fatimə Fətəliyevanın paylaşımı marağa səbəb olub.

arrow Ətraflı
Lirə və avro ucuzlaşdı, rubl isə bahalaşdı like
  • 19 Dek 09:10  
Digərləri Lirə və avro ucuzlaşdı, rubl isə bahalaşdı

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

arrow Ətraflı
Perulu rəssam Sol Alexonun alpakaları Bakıda Heydər Əliyev Mərkəzində like
  • 19 Dek 09:00  
Digərləri Perulu rəssam Sol Alexonun alpakaları Bakıda Heydər Əliyev Mərkəzində

Heydər Əliyev Mərkəzində perulu rəssam Sol Alexonun "And və Qafqaz d

arrow Ətraflı
Orijinal pizza xəmiri resepti like
  • 19 Dek 08:43  
Digərləri Orijinal pizza xəmiri resepti

Evdə əsl pizza dadını əldə etməyin əsas sirri düzgün texnika ilə yoğ

arrow Ətraflı
Soba içindəki inadkar yağı təmizləməyin 5 effektiv yolu like
  • 19 Dek 08:21  
Digərləri Soba içindəki inadkar yağı təmizləməyin 5 effektiv yolu

Zamanla sobanın iç səthində yığılan yağ və çirk qalıqları həm gigiy

arrow Ətraflı
Niyə gündə mütləq 3 dəfə yemək yeməliyik? like
  • 19 Dek 08:00  
Digərləri Niyə gündə mütləq 3 dəfə yemək yeməliyik?

Gündə üç dəfə yeməkdən imtina insanın maddələr mübadiləsini pozaraq

arrow Ətraflı
Balıq qızardarkən qoxunun yayılmasının qarşısını alan 5 təsirli üsul like
  • 19 Dek 07:35  
Digərləri Balıq qızardarkən qoxunun yayılmasının qarşısını alan 5 təsirli üsul

Tavada balıq qızardarkən yaranan kəskin qoxu mətbəxdə uzun müddət qalar

arrow Ətraflı
Möcüzəvi pəhriz  qaraciyərdəki yağı yox edir like
  • 19 Dek 07:07  
Digərləri Möcüzəvi pəhriz qaraciyərdəki yağı yox edir

Qaraciyərdə piy yığılmasını azaldan pəhriz müəyyən edilib.

arrow Ətraflı
Kartof püresi hazırlayarkən edilən 6 əsas səhv like
  • 19 Dek 06:35  
Digərləri Kartof püresi hazırlayarkən edilən 6 əsas səhv

Kartof püresi - qaynadılmış kartof, kərə yağı və süd ilə hazırlanan,

arrow Ətraflı
İnfarkt keçirənlərin ortaq vərdişi like
  • 19 Dek 06:06  
Digərləri İnfarkt keçirənlərin ortaq vərdişi

Səhər oyandıqdan dərhal sonra fiziki aktivliyin olmaması infarkt keçirmiş

arrow Ətraflı
Bu vaxta qədər yoluxucu olduğu bilinmirdi  Qadınlardan kişilərə keçirmiş like
  • 19 Dek 05:05  
Digərləri Bu vaxta qədər yoluxucu olduğu bilinmirdi Qadınlardan kişilərə keçirmiş

Prostatitin yoluxucu ola biləcəyi barədə xəbərdarlıq edilib.

arrow Ətraflı
Zibil qablarından gələn qoxuya SON like
  • 19 Dek 04:04  
Digərləri Zibil qablarından gələn qoxuya SON

Evimizdə istifadə etdiyimiz zibil qabları zamanla içərisində bakteriyalar�

arrow Ətraflı