Brüssel reallıqlardan geri qalır Bakı yeni həqiqətlər formalaşdırır


Siyasət 12 Dek 2025 11:00:00 58 0

Brüssel reallıqlardan geri qalır  Bakı yeni həqiqətlər formalaşdırır

Avropa İttifaqı ilə Ermənistan arasında imzalanmış yeni "Strateji Gündəlik" sənədi qurumun Cənubi Qafqaza dair mövqeyini yenidən gündəmə gətirib. Sənəd ilk baxışda əməkdaşlıq çərçivəsinin genişləndirilməsi kimi təqdim olunsa da, onun məzmunu Aİ-nin regionda baş verən prosesləri adekvat şəkildə qiymətləndirməkdə çətinlik çəkdiyinin göstəricisidir.

ABŞ-nin yeni milli təhlükəsizlik sənədi Aİ-ni zəif təsir gücünə malik aktor kimi xarakterizə edir. Vaşinqtonun mesajları göstərir ki, Qərb mərkəzləri arasında prioritet nisbəti dəyişib və Brüssel geosiyasi çəkisini itirməkdədir.

Ukrayna müharibəsi Avropa İttifaqının qlobal təhlükəsizlik proseslərində real güc mərkəzi kimi çıxış etmək potensialının məhdud olduğunu nümayiş etdirdi. Aİ nə hərbi eskalasiyanı dayandırmaq, nə də sülh gündəmi yaratmaq istiqamətində effektiv vasitəçi rolunu oynaya bildi. Qurumun daxili korrupsiya qalmaqalları fonunda digər ölkələrə idarəçilik standartları təqdim etməsi isə öz legitimlik bazasına xələl gətirir. Brüsselin nüfuz itkisi Cənubi Qafqaz siyasətinə də birbaşa sirayət edir.

Aİ-Ermənistan sənədinin ən diqqətçəkən məqamlarından biri tarixdə qalmış münaqişə ilə bağlı köhnəlmiş narrativlərin olduğu kimi mətndə qalmasıdır. Bu, Aİ-nin regionda artıq bərqərar olmuş yeni siyasi-hüquqi reallıqları hələ də qəbul etmək istəmədiyini göstərir. Brüssel üçün Cənubi Qafqaz post-2020 dövründə dəyişmiş geosiyasi xəritə ilə deyil, illər əvvəlki yanaşmalarla assosiasiya olunur. Bu isə Avropa İttifaqının regiona dair strategiyasının aktual nəticə vermək imkanlarını minimuma endirir.

Sənəddə TRİP layihəsinə heç bir istinadın olmaması, Aİ-nin post-müharibə reallıqlarına söykənən yeni nəqliyyat və kommunikasiyalar məntiqini hələ də tanımaq istəmədiyini göstərir. Halbuki regionun gələcək ticarət və logistik inteqrasiyası məhz bu layihənin icrası ilə birbaşa əlaqəlidir. Layihənin reallaşması Aİ-nin mövqeyindən asılı deyil. Azərbaycan Zəngəzur dəhlizinin Naxçıvan hissəsini öz vəsaiti hesabına inşa etmək niyyətindədir və ölkə iri infrastruktur layihələrini rekord müddətdə həyata keçirməkdə təcrübəlidir.

Ermənistan ərazisində fəaliyyət göstərən, lakin mandat çərçivəsindən kənara çıxmaqda ittiham olunan EUMA missiyasının müddətinin yaxın zamanda başa çatacağı gözlənilir. Missiyanın fəaliyyəti sona çatdıqda Avropa İttifaqının regiondakı təsir imkanları daha da azalacaq. Brüsselin bölgədə real təsir alətləri onsuz da məhdud idi və missiyanın çıxışı vəziyyəti daha da zəiflədəcək.

Aİ-Ermənistan Strateji Sənədi Avropa İttifaqının Cənubi Qafqaza dair yanaşmasının ciddi şəkildə yenilənməyə ehtiyacı olduğunu göstərir. Brüssel regionda yaranmış yeni siyasi, iqtisadi və təhlükəsizlik reallıqlarını nəzərə almadıqca, onun təsir dairəsi daralmaqda davam edəcək. Mövcud sənəd isə Aİ-nin dəyişən proseslərdən geri qaldığını və Ermənistanla əməkdaşlıq xəttində daha çox simvolik məzmun təqdim etdiyini ortaya qoyur.

İsmayıl Son.az

“Oğlum Yadullanın müsibəti heç belə olmamışdı” like
  • 12 Dek 10:40  
Digərləri “Oğlum Yadullanın müsibəti heç belə olmamışdı”

Hamımız qələbəyə köklənmişdik. Amma bu futboldu, istədiyimiz olmadı.

arrow Ətraflı
İlham Əliyev və Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər like
  • 12 Dek 10:37  
Siyasət İlham Əliyev və Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrə

arrow Ətraflı
Əhəd Məmmədov və İsmayıl Məmmədov yüksək vəzifəyə TƏYİN EDİLDİ like
  • 12 Dek 10:35  
Digərləri Əhəd Məmmədov və İsmayıl Məmmədov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə iki kollec�

arrow Ətraflı
Milli Məclisdən vitsespikerə töhmət verilməsi məsələsinə  Reaksiya like
  • 12 Dek 10:31  
Siyasət Milli Məclisdən vitsespikerə töhmət verilməsi məsələsinə Reaksiya

Milli Məclis sədrinin müavini, Vətəndaş Həmrəyliyi Partiyasından (VHP)

arrow Ətraflı
“Trampın əli çox salamlaşmaqdan göyərib”  FOTO like
  • 12 Dek 10:21  
Dünya “Trampın əli çox salamlaşmaqdan göyərib” FOTO

Ağ Ev cümə axşamı ABŞ Prezidenti Donald Trampın əlindəki sarğılarla b

arrow Ətraflı
"2026 çətin il olacaq, kredit götürməyin"  Ekspert like
  • 12 Dek 10:10  
Digərləri "2026 çətin il olacaq, kredit götürməyin" Ekspert

Ekspert qeyd edib ki, smartfon, tətil, toy və ya hədiyyə məqsədilə kredit

arrow Ətraflı
İŞİDin azərbaycanlı mühasibi ilə bağlı yekun qərar verildi like
  • 12 Dek 09:55  
Digərləri İŞİDin azərbaycanlı mühasibi ilə bağlı yekun qərar verildi

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində hə

arrow Ətraflı
Röya Balaəlinin xanımını belə təbrik etdi like
  • 12 Dek 09:50  
Şou-biznes Röya Balaəlinin xanımını belə təbrik etdi

Xalq artisti Röya Ayxan telekanalların birində qonaq olarkən maraqlı anlar

arrow Ətraflı
Töhmət alan Rafael Hüseynov istefa verir? like
  • 12 Dek 09:41  
Digərləri Töhmət alan Rafael Hüseynov istefa verir?

Milli Məclis sədrinin müavini, Vətəndaş Həmrəyliyi Partiyasından (VHP)

arrow Ətraflı
Yaponiya yenidən güclü zəlzələ  Sunami xəbərdarlığı edildi like
  • 12 Dek 09:36  
Dünya Yaponiya yenidən güclü zəlzələ Sunami xəbərdarlığı edildi

Yaponiyada bir neçə gün əvvəl baş verən 7,5 bal gücündəki zəlzələni

arrow Ətraflı
“Səhər dedilər 11000 ödəməlisiniz, axşam anamın ölüm xəbəri gəldi” like
  • 12 Dek 09:31  
Digərləri “Səhər dedilər 11000 ödəməlisiniz, axşam anamın ölüm xəbəri gəldi”

"Anam bu il martın 13-dən 24-dək Bakı Sağlamlıq Mərkəzinin (BSM) Re

arrow Ətraflı
Keçmiş icra başçısı vəfat etdi like
  • 12 Dek 09:22  
Digərləri Keçmiş icra başçısı vəfat etdi

Keçmiş deputat Sərdar Məmmədov vəfat edib.

arrow Ətraflı
DTX Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı videdeoçarx hazırlayıb  VİDEO like
  • 12 Dek 09:20  
Digərləri DTX Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı videdeoçarx hazırlayıb VİDEO

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Ümummilli Lider H

arrow Ətraflı