Yer üzündə həyatın tam məhv ola biləcəyi tarix AÇIQLANDI
Dünya 12 Dek 2025 10:50:00 71 0
Dünyanın sonu nə zamandır?
Bu xəbəri də oxu: Yaponiya yenidən güclü zəlzələ Sunami xəbərdarlığı edildi
Yer planetində həyatın bir gün sona çatacağı və bütün məməlilərin tamamilə yox olacağı ilə bağlı yeni elmi araşdırma diqqət çəkib. Tədqiqatçılar bu qlobal fəlakətin nə zaman baş tuta biləcəyini ehtimal ediblər.
Son.az xarici mediaya istinadən xəbər verir ki, əldə olunan nəticələrə görə, Yer kürəsini məhv edəcək hadisə nəhəng asteroid toqquşması deyil. Dinozavrların kütləvi şəkildə yox olmasına səbəb olan 75 faizlik məhvin ssenarisi təkrarlanmayacaq.
Bunun əvəzinə planetimizi yaşanmaz hala gətirəcək "üçqat zərbə" ssenarisi ehtimal olunur. Bu qənaət Nature Geoscience jurnalında dərc edilən, superkompüter modelləşdirilməsi ilə aparılmış araşdırmada yer alıb.
Həyatın sonu yaxın deyil
İqlim dəyişikliyi və ekosistemə dəyən zərərlərə baxmayaraq, Yer hələ bir neçə yüz milyon il təhlükəsiz hesab olunur. Bristol Universitetinin alimləri hesab edir ki, təxminən 250 milyon il sonra üç qaçılmaz faktorun üst-üstə düşməsi nəticəsində məməlilər tamamilə yox olacaq.
Birinci mərhələ: Yeni superkontinent - "Pangea Ultima"
Araşdırmaya görə, planetdə ilk böyük məhvolma dalğası bütün qitələrin birləşərək "Pangea Ultima" adlı nəhəng superkontinent yaratdığı dövrdə başlayacaq. Plitə tektonikasının nəticəsi olan bu proses güclü vulkanik fəallıq, atmosfər tərkibində kimyəvi dəyişikliklər və ekstremal istixana effekti ilə müşayiət olunacaq.
Alimlərin hesablamalarına əsasən, dünyanın orta temperaturu 40-50°C-yə qədər yüksələ bilər. Bu, fosil yanacaqların tam istifadəsi ilə yarana biləcək 12°C-lik artımdan dəfələrlə çoxdur. Belə şəraitdə məməlilərin yaşaması mümkünsüz olacaq.
Tədqiqat müəllifləri bildirir: "CO₂ səviyyəsinin dəyişməsi və superkontinentlərin iqlim təsiri Yeri məməlilər üçün əlverişsiz hala gətirə bilər."
Hamımız qələbəyə köklənmişdik. Amma bu futboldu, istədiyimiz olmadı.
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrə
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə iki kollec�
Milli Məclis sədrinin müavini, Vətəndaş Həmrəyliyi Partiyasından (VHP)
Xəbər verdiyimiz kimi, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübariz
Ağ Ev cümə axşamı ABŞ Prezidenti Donald Trampın əlindəki sarğılarla b
Ekspert qeyd edib ki, smartfon, tətil, toy və ya hədiyyə məqsədilə kredit
Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində hə
Xalq artisti Röya Ayxan telekanalların birində qonaq olarkən maraqlı anlar
Milli Məclis sədrinin müavini, Vətəndaş Həmrəyliyi Partiyasından (VHP)
Yaponiyada bir neçə gün əvvəl baş verən 7,5 bal gücündəki zəlzələni
"Anam bu il martın 13-dən 24-dək Bakı Sağlamlıq Mərkəzinin (BSM) Re
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti Ümummilli Lider H
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
