Heydər Əliyev Fondu ilə Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondu arasında anlaşma memorandumu imzalanıb FOTO
Siyasət 10 Dek 2025 08:03:00 47 0
Dekabrın 9-da Heydər Əliyev Fondu ilə Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondu arasında anlaşma memorandumu imzalanıb.
Bu xəbəri də oxu: Bratislavada İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib
Son.az xəbər verir ki, memorandumu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva imzalayıblar.
Qeyd olunub ki, uzunmüddətli və səmərəli əməkdaşlığın təməlini qoyan sənəd, eyni zamanda, müxtəlif sahələrdə gələcək birgə layihələrin həyata keçirilməsinə yönəlib.
Sənədlə təsbit olunmuş hədəflər tərəflərin gələcəkdə birgə səmərəli fəaliyyətinə imkan yaradacaq.
Görüş zamanı sosial və təhsil sahələrində əməkdaşlıq, eyni zamanda, mədəniyyət və incəsənət üzrə layihələrin əhəmiyyəti vurğulanıb.
Görüşdə Heydər Əliyev Fondunun və IDEA İctimai Birliyinin təşkilatçılığı ilə reallaşan MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisinin iqlim dəyişiklikləri üzrə mesajı dünyaya yaymaq məqsədilə bir sıra ölkələrdə uğurla sərgiləndiyi diqqətə çatdırılıb.
Hazırda sərginin Türkmənistanda da nümayiş olunması məsələsi üzərində əməkdaşlıq edildiyi bildirilib. Qeyd olunub ki, bu beynəlxalq layihə mədəni mübadilə və ətraf mühitin qorunması mövzusuna diqqət çəkmək üçün vacib bir platforma olacaq.
Avtomobil akkumulyatoru bir neçə səbəbdən tez sıradan çıxa bilər. Ən
Minlərlə qida məhsulunun qlobal analizindən sonra mütəxəssislər dünyan�
Plastik kartlardan istifadə hər gün daha da çoxalır. Lakin mütəxəssislə
Ev şəraitində sadə və təbii məhsullarla hazırlanan 3 inqrediyentli şoko
Son illərdə doğum nisbətləri əsasən qadınların yaşı ilə əlaqələnd
Diyetoloqlar bəzi qida məhsullarının birlikdə qəbulunun sağlamlığa mən
İstanbul Cumhuriyyət Baş Prokurorluğunun apardığı narkotik maddələrlə
Gəncədə orta məktəb şagirdləri arasında zəhərlənmə faktı qeydə al�
Avropa Kosmik Müşahidə Xidməti (Copernicus) bildirib ki, 2025-ci il tarixi q
"Tims&B Productions"ın lentə aldığı "Eşref Rüya" seri
Bakıda, 9-cu mikrorayon ərazisində kütləvi dava baş verib.
Bir küsülü, bir barışıq olan müğənnilər Şəbnəm Tovuzlu və Vəfa Ş
Misli Premyer Liqasının XIV turunda keçirilən "Sumqayıt" - "
Biləsuvar rayon sakini Albaniyada bədbəxt hadisənin qurbanı olub.
Son.az 10 dekabr 2025-ci il üçün günün ulduz falını təqdim edir:
