“Son nəfəsimə qədər döyüşəcəyəm” – Erik Deynin səssiz fəryadı
Şou-biznes 05 Okt 2025 13:00:00 84 0
Hollywood aktyoru Erik Deyn amiyotrofik lateral skleroz (ALS) diaqnozu ilə çətin günlər keçirir. Səssizcə verdiyi mübarizə və son açıqlamaları milyonlarla insanın qəlbini sarsıdıb.
Bu xəbəri də oxu: Şəbnəmin açıqsaçıq geyimi müzakirə yaratdı
"Grey's Anatomy" serialındakı Dr. Mark Sloan obrazı ilə məşhurlaşan Deyn bu il "Emmy 2025" mükafat mərasimində çıxış etməli idi. Lakin səhhətindəki ağırlaşma səbəbindən son anda səhnəyə çıxmaqdan imtina edib.
Son.az xəbər verir ki, sentyabrın 30-da Vaşinqton hava limanında görüntülənən aktyorun əlil arabasında olması diqqətdən qaçmayıb. Jurnalistlərin səhhəti ilə bağlı sualına o, yalnız bir cümlə ilə cavab verə bilib:
"İnancınızı itirməyin, qardaşım..."
Əllərindəki funksiyanı artıq itirdiyini bildirən Erik Deyn, ayaqlarında da eyni problemin yarana biləcəyini açıqlayıb. Aktyor yaxın günlərdə siyasətçilərlə görüşərək ALS xəstələri üçün dəstək proqramlarının artırılması, ictimai maarifləndirmə və maliyyə yardımının zəruriliyini vurğulayıb.
Görüş zamanı duyğusal anlar yaşayan aktyor belə deyib:
"Qızlarımın universiteti bitirdiyini, ailə qurduqlarını, bəlkə də bir gün nəvə sahibi olduğumu görmək istəyirəm..."
Amansız xəstəliyə baxmayaraq, Erik Deyn nikbinliyini qorumaqda israrlıdır:
"Son nəfəsimə qədər bu xəstəliklə savaşacağam".
Qeyd edək ki, aktyor bu ilin əvvəlində ALS diaqnozunu ictimaiyyətlə bölüşmüş və o vaxtdan bəri həyat mübarizəsinə səssiz, amma inamlı şəkildə davam etdiyini bildirmişdi.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ötən həftə paylaşılmış

Oktyabrın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişk�

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İsrail ordusu Qəzza zolağından ger

Əməkdar artist Gövhər Rzayeva sosial mediada yayımlanan bəzi görüntülə

Türkiyənin məşhur "Yeşilçam" kino sənayesi aktyoru Recep Bülb�

Oktyabrda gecələr bir qədər də uzanır ki, bu da astronomik hadisələri m�

Əməkdar artist Könül Kərimova son zamanlarda arıqlaması ilə gündəmə g

Bu gün, səhər saat 06:30 radələrində Bakı-Şamaxı avtomobil yolunun 21-c

Misirin paytaxtı Qahirədə Qəzza münaqişəsinin həlli üçün mühüm dan�

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən "AAAF park" yaşa

Vətən müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvv

Rusiyalı aktrisa və televiziya aparıcısı Yana Koşkina ilk dəfə şəxsi h

Mütəxəssislərin fikrincə, adi avtomobillər adətən 300 min kilometrdən �
