Gəncəyə ikinci raket hücumundan beş il ötür


Siyasət 05 Okt 2025 10:06:00 77 0

Gəncəyə ikinci raket hücumundan beş il ötür

Vətən müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ikinci dəfə raket hücumuna məruz qalmasından beş il ötür.

2020-ci ilin oktyabrın 5-də səhər saatlarında Ermənistanın Berd rayonu ərazisindən Azərbaycanın ikinci ən böyük şəhəri atəşə tutulub.

Raketlər Gəncə Beynəlxalq Xəstəxanasının, 34 saylı orta məktəbin, Şah İsmayıl Xətai küçəsində yerləşən mebel fabrikinin yaxınlığına, "Yevlax avtovağzalı" kimi adlandırılan əraziyə və Mərkəzi bazara düşüb. Nəticədə 3 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, mülki infrastruktura külli miqdarda ziyan dəyib.

Eyni zamanda, oktyabrın 5-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Beyləqan şəhərinə də iki raket atılıb. Mərmilərdən biri uşaq bağçasının həyətinə, digəri isə şəhər ərazisindəki boş sahəyə düşüb. Həmin gün təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirib.

Belə ki, 5 oktyabr 2020-ci il tarixdə səhər saatlarından etibarən düşmənin silahlı qüvvələri Gəncə və Beyləqanla yanaşı, Goranboy, Göygöl, Tərtər, Zərdab və Bərdə rayonları ərazisində əhalinin kompakt olduğu məntəqələri də atəşə tutub.

İşğalçı ölkənin Silahlı Qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində Bərdə şəhərinin mərkəzi küçələrinə və Rayon Mərkəzi Xəstəxanasının yaxınlığına raketlər düşüb. Raket mərmisinin qəlpələrindən Mehdiyeva Şəhriyar İsa qızı şəhid olub, üç nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Həmçinin infrastruktura da ciddi ziyan dəyib. Bütün faktlarla bağlı Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsində ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.

Bərdə rayonu və şəhər mərkəzi isə İkinci Qarabağ müharibəsi dövründə ümumilikdə üç dəfə (5, 27 və 28 oktyabrda) Ermənistan Silahlı Qüvvələrinin raket və ağır artilleriya hücumlarına məruz qalıb. Nəticədə 29 nəfər şəhid olub, 112 nəfər yaralanıb, rayonda yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

İlk dəfə şəxsi həyatı barədə danışdı like
  • 05 Okt 10:00  
Şou-biznes İlk dəfə şəxsi həyatı barədə danışdı

Rusiyalı aktrisa və televiziya aparıcısı Yana Koşkina ilk dəfə şəxsi h

arrow Ətraflı
Avtomobili 800 min km necə sürmək olar?  6 QAYDA like
  • 05 Okt 09:50  
Digərləri Avtomobili 800 min km necə sürmək olar? 6 QAYDA

Mütəxəssislərin fikrincə, adi avtomobillər adətən 300 min kilometrdən �

arrow Ətraflı
Bu gün Beynəlxalq Müəllimlər Günüdür like
  • 05 Okt 09:37  
Digərləri Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Bu gün müəllimlərin peşə bayramıdır.

arrow Ətraflı
Oktyabrda bolluq və bərəkətə qovuşacaq 3 bürc like
  • 05 Okt 09:23  
Digərləri Oktyabrda bolluq və bərəkətə qovuşacaq 3 bürc

2025-ci ilin oktyabr ayında üç bürc üçün maliyyə baxımından yüksəli�

arrow Ətraflı
Xəzərdə zəlzələ oldu like
  • 05 Okt 09:01  
Digərləri Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ qeydə alınıb.

arrow Ətraflı
Cim Kerriyə mükafat veriləcək like
  • 05 Okt 08:48  
Şou-biznes Cim Kerriyə mükafat veriləcək

Amerikalı məşhur aktyor Cim Kerri Fransanın ən nüfuzlu kino mükafatı ola

arrow Ətraflı
3 bürc dönüş nöqtəsində  şans onların tərəfindədir like
  • 05 Okt 07:07  
Digərləri 3 bürc dönüş nöqtəsində şans onların tərəfindədir

Növbəti iki həftə üç bürcün nümayəndələri üçün dönüş nöqtəl�

arrow Ətraflı
“Kızılcık şerbeti” birinciliyi itirdi like
  • 05 Okt 06:35  
Şou-biznes “Kızılcık şerbeti” birinciliyi itirdi

Cümə axşamları yayımlanan məşhur serialların yeni bölümləri yenə də

arrow Ətraflı
Kişilər arasında dəbə çevrilən ƏMƏLİYYAT: like
  • 05 Okt 06:06  
Dünya Kişilər arasında dəbə çevrilən ƏMƏLİYYAT:

Boy uzatma əməliyyatı əvvəllər yalnız ayaqlar arasındakı uzunluq fərqi

arrow Ətraflı
Yaşlanmaqdan qorxanların NƏZƏRİNƏ like
  • 05 Okt 05:05  
Digərləri Yaşlanmaqdan qorxanların NƏZƏRİNƏ

Yaşlanma həyatın təbii bir mərhələsidir, lakin onun sürəti və necə hi

arrow Ətraflı
Kişilərin nifrət etdiyi 9 İFADƏ: boşanmağa like
  • 05 Okt 04:04  
Digərləri Kişilərin nifrət etdiyi 9 İFADƏ: boşanmağa

Sözlər bıçaqdan da iti yaralaya bilər. Ərinizə dediklərinizə diqqət ed

arrow Ətraflı
“İblis cənnəti”: Dünyanın ən hündür şəhərində qızıl insanları məhv edir like
  • 05 Okt 03:03  
Dünya “İblis cənnəti”: Dünyanın ən hündür şəhərində qızıl insanları məhv edir

Perunun And dağlarında yerləşən La-Rinkonada şəhərində hasil edilən q�

arrow Ətraflı
Batareyanızın tez bitməsinin səbəbi budur – Bu funksiyanı söndürün! like
  • 05 Okt 02:02  
Digərləri Batareyanızın tez bitməsinin səbəbi budur – Bu funksiyanı söndürün!

Smartfon istifadəçilərinin çoxu bilmədən batareyanın ömrünü qısaldan

arrow Ətraflı
40 yaşlı Hadise səhnəni titrətdi: hamı onun bu görüntüsündən danışır  FOTO like
  • 05 Okt 00:41  
Şou-biznes 40 yaşlı Hadise səhnəni titrətdi: hamı onun bu görüntüsündən danışır FOTO

Məşhur müğənni Hadisə, son konsertində bir daha həm geyimi, həm də ene

arrow Ətraflı