Azərbaycan rayonlarına və Mingəçevir şəhərinə raket atılması ilə bağlı sənədlər elan olunub


Siyasət 02 Okt 2025 21:04:00 114 0

Azərbaycan rayonlarına və Mingəçevir şəhərinə raket atılması ilə bağlı sənədlər elan olunub

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası oktyabrın 2-də davam etdirilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Əvvəlcə zərərçəkmiş şəxs İlham Məmmədov ifadə verib. O, 2002-ci il mayın 10-da hərbi xidmətdə olarkən posta gedən zaman Haramı düzündə Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürüldüyünü deyib. İ.Məmmədov deyib ki, həmin vaxt silahsız olub. Ermənistan silahlı qüvvələrinin hərbçiləri onu döyüb, işgəncələrə məruz qoyub. Bildirib ki, onu döyən zabitlərdən biri xüsusi qəddarlıq nümayiş etdirib. Zərərçəkmiş həmin zabitin adını sonradan öyrəndiyini, onun adının Levon olduğunu deyib.

Zərərçəkmiş şəxs Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavabında təqsirləndirilən şəxs Levon Mnatsakanyanı göstərərək qəddarlıq edən şəxsin o olduğunu söyləyib və deyib: "O, başıma yumruqla, sonra isə avtomatın qundağı ilə vururdu. Məni səngərin üstünə çıxarıb avtomatla atəş açdı. Həmin vaxt arxam Azərbaycan Ordusunun mövqelərinə tərəf idi. Elə yerdə durmağa məcbur etmişdi ki, bizimkilər bilmədən məni vura bilərdi. Sonra məni məcburi olaraq minalı ərazilərdə gəzdirdilər".

Zərərçəkmiş şəxs Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun, Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin, digər dövlət ittihamçıları Təranə Məmmədovanın və Vüsal Abdullayevin suallarını da cavablandırıb. İ.Məmmədov deyib ki, Azərbaycanın həmin vaxt Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərində bir həftə saxlanılıb. Sonra isə Ermənistana göndərilib. 6 ay 15 gün saxlanıldıqdan sonra Azərbaycana təhvil verilib.

Zərərçəkmiş müdafiə tərəfinin suallarına cavabında əsir götürülənə qədər L.Mnatsakanyanı tanımadığını, həmin vaxtkı vəzifəsini bilmədiyini söyləyib. "Ancaq həmin vaxt ona olan münasibətə görə təxmin edirəm ki, vəzifəsi qərargah rəisi idi", - deyə əlavə edib.

O, Levon Mnatsakanyanın suallarına cavabında 1973-cü ildə anadan olduğunu, əsir götürülən zaman baş leytenant rütbəsində olduğunu bildirib. Zərərçəkmiş deyib: "Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirərkən zabit rütbəsi verdilər. Orada hərbi kafedra var idi".

Əlavə edib ki, müddətli hərbi xidmət zamanı əvvəlcə arxa cəbhədə xidmət edib, sonradan ön cəbhədə xidmətə göndərilib. Tərxis olunana yaxın əsir götürülüb.

Təqsirləndirilən şəxs L.Mnatsakanyan 2002-ci ildə belə bir hadisənin baş verdiyini, yəni azərbaycanlı hərbçinin əsir götürüldüyünü təsdiq edib. Həmin hərbçinin istintaqa cəlb olunduğunu, müstəntiqlər tərəfindən dindirildiyini və daha sonra isə aidiyyəti üzrə təhvil verildiyini qeyd edib. Bundan başqa, təqsirləndirilən həmin şəxsin işgəncəyə məruz qalmadığını, ona su və çörək verildiyini iddia edib.

L.Mnatsakanyan dövlət ittihamını müdafiə edən prokurorun suallarına cavabında həmin dövrdə əsir düşmüş azərbaycanlının İ.Məmmədov olub-olmadığını bilmədiyini və onu tanımadığını deyib.

Daha sonra təqsirləndirilən Melikset Paşayanın vəkili məhkəməyə müraciət edərək onlara konfidensial görüş verilməsini xahiş edib. Hakim Zeynal Ağayev fasilədə onlara bunun üçün şərait yaradılacağını deyib.

Ardınca təqsirləndirilən Davit İşxanyan məhkəməyə müraciət edərək ona Azərbaycanda qeydiyyatdan keçmiş beynəlxalq qurumların və media qurumlarının siyahısının təqdim olunmasını xahiş edib. İclasda sədrlik edən bu məsələnin məhkəmənin səlahiyyətinə və fəaliyyətinə aid olmadığını deyib. Bildirib ki, Azərbaycanda beynəlxalq qurumların fəaliyyəti ilə bağlı heç bir problem yoxdur. Həmin təşkilatlar leqal şəkildə fəaliyyət göstərir və ölkə qanunvericiliyinə hörmətlə yanaşırlar. Hüquqlarını müdafiə edən vəkil həmin təşkilatların siyahısını ona təqdim edə bilər.

Hakim, həmçinin Davit İşxanyana bildirib ki, ötən iclasların birində nümayiş etdirilən və iş üzrə sübut kimi keçən Ermənistanın müdafiə nazirinin müavini olmuş Manvel Qriqoryanın videomüsahibəsi də təqsirləndirilən şəxslərin planşetlərinə yüklənəcək.

Qeyd edək ki, həmin müsahibə məhkəmədə tədqiq olunduqdan sonra Davit İşxanyan videomaterialın tam şəkildə onların planşetinə yüklənməsini xahiş etmişdi.

Məhkəmə prosesi cinayət işləri üzrə sənədlərin elan olunması ilə davam etdirilib.

Əvvəlcə Ermənistan silahlı qüvvələrinin atəşləri nəticəsində azərbaycanlıların öldürülməsi, yaralanması, o cümlədən mina təxribatları nəticəsində baş vermiş hadisələrlə bağlı sənədlər elan edilib.

Daha sonra 2023-cü il sentyabrın 19-20-də Ermənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələri tərəfindən törədilmiş cinayət faktları üzrə sənədlər elan olunub.

Məhkəmədə işğaldan azad edilmiş ərazilərdə mülki şəxslərin mina və digər növ partlayıcı qurğuların partlaması nəticəsində həlak olması və ya xəsarətlər almasına dair hadisələr üzrə sənədlər də elan edilib.

Habelə telejurnalist Mustafayev Çingiz Fuad oğlunun (ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib - red.) öldürülməsi faktı üzrə sənədlər də elan olunub.

Məhkəmə iclasında 1992-ci il yanvarın 26-da Şuşa rayonunun Daşaltı kəndində aparılmış hərbi əməliyyat, 1992-ci il aprelin 23-də Qazax-Barxudarlı dəmir yolu xəttində TEM-2-7065 nömrəli teplovoza hücum edilməsi, 1991-ci il sentyabrın 9-da Barxudarlı dəmir yolu stansiyasının atəşə tutulması və digər faktlar üzrə sənədlər elan edilib.

Bundan başqa, Vətən müharibəsi zamanı Tərtər rayonunun atəşə tutulması, "TərtərPambıq" ASC-yə xüsusilə külli miqdarda zərər vurulması, Vətən müharibəsi zamanı Füzuli, Beyləqan, Goranboy, Bərdə, Ağdam, Ağcabədi, Cəbrayıl rayonlarının (Cocuq Mərcanlı kəndinin - red.), Naftalan şəhərinin atəşə tutulması faktları ilə bağlı sənədlər elan olunub.

Məhkəmədə Vətən müharibəsi zamanı Yevlax rayonu və Goranboy rayonunun Goran kəndi istiqamətdə raket atılması, Mingəçevir şəhərinin atəşə tutulması, 2020-ci il oktyabrın 22-də Siyəzən, Kürdəmir və Qəbələ rayonları istiqamətlərində raketlər atılması faktları ilə bağlı sənədlər də elan edilib.

Elan edilən növbəti sənədlər Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərdə törədilmiş dağıntılar, fərdi yaşayış evlərinə, qeyri-yaşayış obyektlərinə, mədəni irsə ziyan vurulması faktları ilə bağlı olub.

Məhkəmədə Laçın rayonunun meşə fonduna külli miqdarda ziyan vurulması, Laçın rayonu və digər ərazilərdə evlərin məhv edilməsi faktları ilə bağlı sənədlər də elan olunub.

Əhalinin qanunsuz məskunlaşdırılması, Qarabağ ərazisinə silah qaçaqmalçılığının həyata keçirilməsi, fosfor mərmilərindən istifadə edilməsi faktları ilə bağlı sənədlər də elan edilib.

Sənədlərin tədqiqi cinayət işlərinə aid fotolarla müşayiət olunub.

Məhkəmə prosesi oktyabrın 3-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar. Son.az

Narin cinayəti ilə bağlı həbs edilən 3 nəfər sərbəst buraxıldı like
  • 02 Okt 21:00  
Digərləri Narin cinayəti ilə bağlı həbs edilən 3 nəfər sərbəst buraxıldı

Türkiyədə 8 yaşlı Narin Güranın qətlinə görə aparılan istintaq və m

arrow Ətraflı
Gümüş 14 ildən sonra rekordunu yenilədi like
  • 02 Okt 20:44  
Digərləri Gümüş 14 ildən sonra rekordunu yenilədi

"Comex" birjasında dekabr çatdırılması üzrə gümüş fyuçersl�

arrow Ətraflı
Elzanın daha bir istedadı like
  • 02 Okt 20:30  
Şou-biznes Elzanın daha bir istedadı

Əməkdar artist Elza Seyidcahan daha bir istedadı var imiş.

arrow Ətraflı
“Növbəti sammit İrəvanda olacaq”  Paşinyan like
  • 02 Okt 20:15  
Digərləri “Növbəti sammit İrəvanda olacaq” Paşinyan

"Avropa Siyasi Birliyi"nin növbəti - 8-ci sammiti 2026-cı il mayın

arrow Ətraflı
Səbinə Ərəbli Xankəndiyə köçdü like
  • 02 Okt 19:42  
Şou-biznes Səbinə Ərəbli Xankəndiyə köçdü

Müğənni Səbinə Ərəbli Bakıdan köçüb.

arrow Ətraflı
Nazirlər hansı universitetləri bitirib?  SİYAHI like
  • 02 Okt 19:36  
Digərləri Nazirlər hansı universitetləri bitirib? SİYAHI

Dövlətin ali icra orqanlarının rəhbərləri olan nazirlər yalnız siyasi t

arrow Ətraflı
Azərbaycanlı sənətçi 1 milyonluq borca düşdü  “Lexus”usunu SATDI, like
  • 02 Okt 19:30  
Şou-biznes Azərbaycanlı sənətçi 1 milyonluq borca düşdü “Lexus”usunu SATDI,

Aşıq Zülfiyyə Bayramova açıqlaması ilə diqqət çəkib.

arrow Ətraflı
Xırdalanda küçəni su basdı like
  • 02 Okt 19:04  
Digərləri Xırdalanda küçəni su basdı

Xırdalanda yanğın hidrantında nasazlıq yaranıb.

arrow Ətraflı
Türk dünyası təhsil mövzulu beynəlxalq film yarışmasında birləşir like
  • 02 Okt 18:54  
Digərləri Türk dünyası təhsil mövzulu beynəlxalq film yarışmasında birləşir

Türkiyədə keçirilən 9-cu Beynəlxalq Təhsil Mövzulu Qısa Film Yarışmas

arrow Ətraflı
“Qarabağ”ın oyununa görə “Gənclik”də rekord qırıldı like
  • 02 Okt 18:34  
Digərləri “Qarabağ”ın oyununa görə “Gənclik”də rekord qırıldı

Dünən baş tutan "Qarabağ"-"Kopenhagen" matçı ilə bağ

arrow Ətraflı
Bolt şirkəti bəzi sürücüləri işdən çıxardır?  AÇIQLAMA like
  • 02 Okt 18:28  
Digərləri Bolt şirkəti bəzi sürücüləri işdən çıxardır? AÇIQLAMA

Azərbaycanda fəaliyyət göstərən "Bolt" taksi şirkəti ödəniş

arrow Ətraflı
Əməkdar artist: "Ona 6 sot torpaq hədiyyə etmişəm" like
  • 02 Okt 18:15  
Şou-biznes Əməkdar artist: "Ona 6 sot torpaq hədiyyə etmişəm"

Əməkdar artist Könül Kərimova canlı efirdə maraqlı etirafı ilə diqqət

arrow Ətraflı
İcra başçısına ağır itki like
  • 02 Okt 18:08  
Digərləri İcra başçısına ağır itki

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevə ağır it

arrow Ətraflı
Heydər Əliyev Fondu tərəfindən Samuxda inşa olunan yeni məktəb binası istifadəyə verilib like
  • 02 Okt 18:02  
Digərləri Heydər Əliyev Fondu tərəfindən Samuxda inşa olunan yeni məktəb binası istifadəyə verilib

Heydər Əliyev Fondunun təhsilin keyfiyyətinin yüksəldilməsinə yönələn

arrow Ətraflı
İlham Əliyevin Kopenhagendə Makronla görüşü olub like
  • 02 Okt 18:01  
Siyasət İlham Əliyevin Kopenhagendə Makronla görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 2-də Kopen

arrow Ətraflı