DTX əməliyyat keçirdi müdaxilənin qarşısı alındı


Kriminal 08 İyl 2025 12:48:00 71 0

DTX əməliyyat keçirdi  müdaxilənin qarşısı alındı

Videomüşahidə kameralarının görüntülərinin ələ keçirilməsi ilə bağlı kibertəhlükəsizlik tədbirləri həyata keçirilib.

Son.az DTX-yə istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kibertəhdidlərə qarşı mübarizə istiqamətində kompleks tədbirlər davam etdirilir.

Azərbaycan Respublikasının ərazisində yerləşən müxtəlif ofislərdə və mənzillərdə quraşdırılmış videomüşahidə kameralarının idarəetmə qurğularına (DVR) qlobal internet şəbəkəsi üzərindən məsafədən icazəsiz qoşularaq bu mənzillərdə yaşayan sakinlərin şəxsi və ailə həyatının sirrini təşkil edən məlumatları əks etdirən videomaterialları ələ keçirməklə xarici internet informasiya resurslarına yerləşdirilməsini ehtiva edən qanunazidd əməllərlə bağlı əməliyyat-texniki tədbirlər həyata keçirilib.

Aparılmış araşdırmalarla həmçinin, Azərbaycanda müxtəlif ünvanlarda olan videomüşahidə kameralarının görüntülərinin real vaxt rejimində izlənilməsi imkanına malik istifadəçi hesablarının satışa çıxarıldığı da müəyyən olunub.

Faktla əlaqədar DTX tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə kibermüdaxilə hallarının zərərli nəticələrinin aradan qaldırılması təmin edilib.

Görülmüş təxirəsalınmaz tədbirlərlə kibermüdaxiləyə məruz qalmış müşahidə kameralarının yerləşdiyi ünvanlar təsbit edilib, bu cihazlara keçirilmiş texniki baxış zamanı ümumi təhlükəsizlik boşluğu aşkarlanıb və həmin boşluğun kibermüdaxilənin əsas faktoru olduğu müəyyənləşdirilib.

Eyni zamanda, qeyd olunan təhlükəsizlik boşluğunun aradan qaldırılması aidiyyəti xarici istehsalçı şirkətdən tələb edilmiş, habelə kibermüdaxiləyə məruz qalmış kameraların videogörüntülərinin xarici internet informasiya ehtiyatlarından silinməsi təmin olunub.

Vətəndaşlara informasiya-kommunikasiya vasitələri ilə bağlı müvafiq qaydalara ciddi riayət etmələri, mənşəyi və texniki göstəriciləri məlum olmayan avadanlıqlardan istifadə zamanı diqqətli olmaları tövsiyə edilir.

ABŞdə təyyarə qəzaya uğradı  Ailənin bütün üzvləri həlak oldu like
  • 08 İyl 12:37  
Dünya ABŞdə təyyarə qəzaya uğradı Ailənin bütün üzvləri həlak oldu

ABŞ-ın Şimali Karolina ştatında kiçik mühərrikli təyyarə qəzaya uğr

arrow Ətraflı
88 yaşlı qadının qətli ilə bağlı  Birgə məlumat like
  • 08 İyl 12:31  
Kriminal 88 yaşlı qadının qətli ilə bağlı Birgə məlumat

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi bir neçə gün əvvəl Samuxda t

arrow Ətraflı
Bunlar QHTlərə qadağan ediləcək like
  • 08 İyl 12:29  
Digərləri Bunlar QHTlərə qadağan ediləcək

Qeyri-hökumət təşkilatı tərəfindən xidmətlərin göstərilməsi və iş

arrow Ətraflı
Azərbaycanda vəzifəli şəxs vəfat etdi  FOTO like
  • 08 İyl 12:20  
Digərləri Azərbaycanda vəzifəli şəxs vəfat etdi FOTO

Cəlilabad bələdiyyəsinin üzvü Bəhmən Ağayev vəfat edib.

arrow Ətraflı
University Foundation Courses məzunları üçün 11ci buraxılış gecəsi təşkil edilib  FOTO like
  • 08 İyl 12:19  
Digərləri University Foundation Courses məzunları üçün 11ci buraxılış gecəsi təşkil edilib FOTO

Beynəlxalq Muğam Mərkəzində University Foundation Courses (UFC) Təhsil Mə

arrow Ətraflı
Azərbaycanda qaz və işıqla bağlı VACİB DƏYİŞİKLİK  1 manatı keçməyəcək like
  • 08 İyl 12:16  
Digərləri Azərbaycanda qaz və işıqla bağlı VACİB DƏYİŞİKLİK 1 manatı keçməyəcək

Azərbaycanda qaz və elektriklə bağlı aylıq sabit tariflər 1 manatı aşma

arrow Ətraflı
Bakı "Lacivərd dəhliz"i həyata qaytarır like
  • 08 İyl 11:51  
Siyasət Bakı "Lacivərd dəhliz"i həyata qaytarır

Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci sammiti

arrow Ətraflı
İyulun pensiyası ilə bağlı vacib MƏLUMAT like
  • 08 İyl 11:50  
Digərləri İyulun pensiyası ilə bağlı vacib MƏLUMAT

İyulun 11-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu ü

arrow Ətraflı
DYPdən motosiklet və skuter sürücülərinə like
  • 08 İyl 11:45  
Digərləri DYPdən motosiklet və skuter sürücülərinə

Son illərdə ölkədə çatdırılma xidmətlərinə tələbatın artması ilə

arrow Ətraflı
"Bütün bizneslərim BATDI, böyük restoranım bağlandı" like
  • 08 İyl 11:33  
Şou-biznes "Bütün bizneslərim BATDI, böyük restoranım bağlandı"

Müğənni İbrahim Borçalı açıqlaması ilə diqqət çəkib.

arrow Ətraflı
Ermənistan parlamentində yenə dava düşdü like
  • 08 İyl 11:21  
Dünya Ermənistan parlamentində yenə dava düşdü

Ermənistan parlamenti "Hayastan" fraksiyasının deputatı Artur Sark

arrow Ətraflı