ABŞ qırıcıları Trampın qolf klubu üzərində
Dünya 06 İyl 2025 10:45:00 72 0
İyulun 5-də ABŞ Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri prezident Donald Trampın getdiyi Nyu-Cersi ştatının Bedminster şəhəri üzərində havaya qaldırılıb.
Bu xəbəri də oxu: ABŞdə fövqəladə vəziyyət elan olundu
Son.az xəbər verir ki, buna səbəb şəhərin hava məkanına qoyulan qadağaya rəğmən mülki təyyarənin səmada görünməsi olub. Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığının nümayəndələrinin verdiyi açıqlamaya görə, qırıcı təyyarələr "Bedminster üzərində müvəqqəti olaraq məhdudlaşdırılmış hava məkanını pozan mülki təyyarənin qarşısını alıblar". Bundan əvvəl də ərazidə bir neçə oxşar qanun pozuntusu baş verib. Hərbçilər mülki təyyarənin "bölgədən təhlükəsiz şəkildə çıxarıldığını" açıqlayıblar.
Hadisədən əvvəl Tramp istirahət üçün Bedminster şəhərində özünə məxsus olan qolf meydançasına gəlib. Amerika lideri iyulun 5-də heç bir ictimai tədbirdə iştirak etməyəcək. ABŞ prezidenti həftə sonlarını tez-tez bu qolf klubunda keçirir. /Musavat.com
Siyəzən rayonunun Yenikənd kəndində 2019-cu ildən bəri maraqlı və fayda

İyulun 7-də saat 10:00-dan etibarən Oğuz rayonunun iki kəndinin təbii qazl

İulun 6-sı saat 9:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlə

İranın dini rəhbəri Ayətullah Əli Xamenei uzun müddətdən sonra ictimaiy

Milyarder iş adamı və "X" sosial şəbəkəsinin sahibi İlon Mask

Ulduzlar yaxın günlər üçün bəzi bürclərə romantik sürprizlər və ür

Çitada (Rusiya Federasiyasının Zabaykal diyarı) "An-2" təyyarəsi

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Azərbaycan Vəkillər Kollegiyası (

Aktrisa Pərvin Abıyevanın görüntüsü marağa səbəb olub.

Tanınmış bəstəkar Ruslan Əhmədoğlu vəfat edib.

Azərbaycanda məhərrəmlik ayı başlayıb. Bu ayda toy mərasimləri olmadı�
