Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli qoyulub FOTO


Siyasət 03 İyl 2025 12:50:00 70 0

Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli qoyulub  FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoyub.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov dövlətimizin başçısına görüləcək işlər və "Ağdam-Xankəndi dəmir yolu" layihəsi barədə məlumat verdilər.

Bildirildi ki, Bərdə-Ağdam dəmir yolu xəttinin davamı olan Ağdam-Xankəndi dəmir yolu xəttinin uzunluğu 28 kilometr, yan yollarla birlikdə 34,7 kilometrdir. Ağdam-Xankəndi dəmir yolu xətti, o cümlədən 4 körpü, 5 yolötürücü, 3 piyada keçidi, 2 suötürücü boru üzrə layihələndirmə işləri tamamlanıb. Bu dəmir yolu xətti boyunca 3 stansiyanın - Əsgəran və Xocalı stansiyalarının, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin, mühəndis qurğularının, körpülərin, yolötürücülərin, avtomobil, piyada və kənd təsərrüfatı təyinatlı keçidlərin və digər zəruri infrastrukturun tikintisi nəzərdə tutulur. Layihənin icra müddəti 2025-2026-cı illəri əhatə edəcək.

Diqqətə çatdırılıb ki, artıq Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin layihələndirilməsinə başlanılıb. Kompleksin sahəsi 6,4 hektar təşkil edəcək. Beşmərtəbəli kompleksin ərazisində 2 dəmir yolu platformasının və 12 avtobus dayanacağının inşası nəzərdə tutulub. Kompleksin binası gözləmə zalı, bilet kassaları, tibb məntəqəsi, ana və uşaq otağı, mağazalar, restoranlar, inzibati və toplantı otaqları, uşaq əyləncə mərkəzi, açıq tipli terras və istirahət guşələrindən ibarət olacaq. Kompleksin dəmir yolu bölməsi gündəlik 800-1000 nəfər, avtovağzal isə 1000-1200 nəfər sərnişinə xidmət edəcək.

Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Ağdam-Xankəndi dəmir yolu 1979-cu ildə inşa olunub. Qarabağın inkişafına hər zaman böyük diqqət yetirən Ulu Öndər bu regiona dəmir yolu xətlərinin çəkilməsinə xüsusi əhəmiyyət verirdi. Bakı-Yevlax-Xankəndi dəmir yolunun açılması nəticəsində Qarabağın sosial-iqtisadi və mədəni inkişafı daha da sürətlənib.

Özbəkistan Prezidenti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb like
  • 03 İyl 12:19  
Siyasət Özbəkistan Prezidenti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb

Ölkəmizdə dövlət səfərində olan Özbəkistan Respublikasının Prezident

arrow Ətraflı
Hava bu tarixdədək qeyrisabit keçəcək like
  • 03 İyl 12:16  
Digərləri Hava bu tarixdədək qeyrisabit keçəcək

Azərbaycanda iyul ayında qeyri-sabit hava şəraiti hökm sürür. Ölkə əra

arrow Ətraflı
SanktPeterburqda terror aktının qarşısı belə alındı  FOTO like
  • 03 İyl 12:11  
Dünya SanktPeterburqda terror aktının qarşısı belə alındı FOTO

Sankt-Peterburqda müdafiə müəssisəsinin əməkdaşına qarşı terror aktı

arrow Ətraflı
Bakıda 14cü mərtəbədən yıxılaraq sağ qalan qızın SON DURUMU like
  • 03 İyl 11:50  
Digərləri Bakıda 14cü mərtəbədən yıxılaraq sağ qalan qızın SON DURUMU

Bakıda 14-cü mərtəbədən yıxılaraq sağ qalan qızın vəziyyəti ağır

arrow Ətraflı
Günel Hacıya "Bakı Metropoliteni"ndə vəzifə verildi like
  • 03 İyl 11:46  
Digərləri Günel Hacıya "Bakı Metropoliteni"ndə vəzifə verildi

Jurnalist Günel Hacı "Bakı Metropoliteni" QSC-də Kommunikasiya dep

arrow Ətraflı
II və III ixtisas qrupları üzrə qəbul imtahanı verəcək şəxslərin NƏZƏRİNƏ like
  • 03 İyl 11:41  
Digərləri II və III ixtisas qrupları üzrə qəbul imtahanı verəcək şəxslərin NƏZƏRİNƏ

Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 6-da II və III ixtisas qruplar

arrow Ətraflı
Uşaqlara "tok" verdilər, beyinləri daha yaxşı işləməyə başladı like
  • 03 İyl 11:30  
Dünya Uşaqlara "tok" verdilər, beyinləri daha yaxşı işləməyə başladı

Tələbələrin beyninə zəif elektrik verildi, riyaziyyat qabiliyyətləri art

arrow Ətraflı
Britaniyalı pilot azərbaycanlı müğənniyə elçi düşdü like
  • 03 İyl 11:20  
Şou-biznes Britaniyalı pilot azərbaycanlı müğənniyə elçi düşdü

Britaniyalı pilot müğənni Kəmalə Qaramollayevaya elçi düşüb.

arrow Ətraflı
Emin Rusiyadakı konsertini ləğv etdi like
  • 03 İyl 11:05  
Şou-biznes Emin Rusiyadakı konsertini ləğv etdi

Xalq artisti Emin Ağalarovun Rusyada planlaşdırılan konserti təxirə salın

arrow Ətraflı
İyulun bu tarixlərində sutka 24 saatdan az olacaq  DİQQƏT! like
  • 03 İyl 11:00  
Digərləri İyulun bu tarixlərində sutka 24 saatdan az olacaq DİQQƏT!

Alimlərin məlumatına görə, bu yay 9 iyul, 22 iyul və ya 5 avqust tarixlər

arrow Ətraflı
Prezident İlham Əliyev ƏhmədbəyliFüzuliŞuşa yolunun açılışında iştirak edib  FOTO like
  • 03 İyl 10:59  
Siyasət Prezident İlham Əliyev ƏhmədbəyliFüzuliŞuşa yolunun açılışında iştirak edib FOTO

İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əhmədbə

arrow Ətraflı
Arif Paşayev və Fərid Əhmədov arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalandı  FOTO like
  • 03 İyl 10:52  
Digərləri Arif Paşayev və Fərid Əhmədov arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalandı FOTO

Cari ilin iyun ayında Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Mi

arrow Ətraflı
Həkim xəbərdarlıq etdi: Bu xəstəlik səssizcə insanı kor edə bilər like
  • 03 İyl 10:45  
Digərləri Həkim xəbərdarlıq etdi: Bu xəstəlik səssizcə insanı kor edə bilər

Göz xəstəlikləri üzrə mütəxəssis cərrah Mehmet Sait Günerigök bildir

arrow Ətraflı
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi like
  • 03 İyl 10:38  
Digərləri Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Bəxtiyar Yusifovun barəsi

arrow Ətraflı