Prezident İlham Əliyev ƏhmədbəyliFüzuliŞuşa yolunun açılışında iştirak edib FOTO
Siyasət 03 İyl 2025 10:59:00 62 0
İyulun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib.
Bu xəbəri də oxu: Azərbaycan və Özbəkistan prezidentləri Xankəndidəki “Businesstex JV” tikiş fabrikinin fəaliyyəti ilə tanış olublar
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə görülmüş işlər barədə məlumat verdi.
Mövcud yolun uzunluğu 101 kilometr, yeni yolun uzunluğu isə 81,7 kilometrdir. Yeni yol məsafəni 19,3 kilometr qısaldacaq. Birinci texniki dərəcəyə uyğun olan yolun ilk 48 kilometri 6, qalan 33,7 kilometri isə 4 hərəkət zolağından ibarətdir. Yolboyu 1 qovşaq, 11 körpü, 7 tunel, 6 viaduk, yeraltı keçidlər və digər zəruri infrastruktur yaradılıb. Layihə çərçivəsində inşa edilən körpülərin ümumi uzunluğu 1557 metrdir. Viadukların bəzilərinin tikintisi zamanı Azərbaycanda ilk dəfə olaraq aşırım qəliblərin üfüqi sürüşdürülməsi üsulu ilə betonlama işləri yerinə yetirilib. İnşaat işləri zamanı yolboyu dəmir-beton və metal sədd çəpərlər, işıqlandırma sistemi quraşdırılıb. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə Füzuli, Xocavənd, Xocalı və Şuşanı birləşdirir.
Qeyd edək ki, bu yol dövlətimizin başçısının Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən inşa olunub. Layihənin icrası daxili yol şəbəkəsinin şaxələndirilməsi, bölgə ilə respublikanın digər rayonlarının nəqliyyat əlaqəsinin yaxşılaşdırılması baxımından əhəmiyyətlidir. Bundan başqa, bu yol beynəlxalq nəqliyyat dəhlizlərinin ölkəmizdən keçən hissəsinin də tərkibinə aid olmaqla çox mühüm rol oynayır. Yeni yol, eyni zamanda, bölgədə turizmin inkişafına və iqtisadi fəallığı artırmağa da böyük töhfə verəcək.
Cari ilin iyun ayında Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Mi

Göz xəstəlikləri üzrə mütəxəssis cərrah Mehmet Sait Günerigök bildir

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Bəxtiyar Yusifovun barəsi

Bakıda istirahət mərkəzində ölüm hadisəsi baş verib.

Bakıda çimərlikdə ağır xəsarət alan gənc vəfat edib.

Quba-Bakı avtomobil yolunda ağır yol qəzası baş verib.

Ermənistan iyulun 2-dən etibarən Rusiyanın "Əsl Dondurma Zavodu"

Bu gün Lənkəranda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verili

İyul ayı bəzi bürclər üçün maddi baxımdan xüsusi önəm daşıyacaq. U

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində və Suraxanı rayonunun Höv

Hollivud ulduzu Bred Pittin baş rolda çəkildiyi "F1" filmi 3 gün �

Artıq iki aydır ki, Bakının hər zaman sıx nəqliyyatla seçilən Binəqəd

Aşıq Zülfiyyə İbadova açıqlaması ilə diqqət çəkib.

İyul bütün bürc əlamətləri üçün dəyişikliklər və parlaq hadisələ
