NATO Baş katibi: Lavrov İsa Məsihin vaxtından xarici işlər naziridir
Dünya 02 İyl 2025 23:01:00 101 0
NATO-nun baş katibi Mark Rutte, ABŞ televiziyasında - Fox News kanalında çıxışı zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrovu hədəfə alaraq onun dediklərini ələ salıb və tənqid edib.
Bu xəbəri də oxu: Mossad rəhbəri: “12 günlük müharibədə İrana ciddi ziyan vurmuşuq”
Rutte çıxışı zamanı bildirib:
"Lavrov... Yəni, Rusiya xarici işlər naziri... Elə bil İsa Məsihin doğulduğu vaxtdan bəri bu vəzifədədir? Və o vaxtdan bəri onun ağzından heç bir faydalı fikir çıxmayıb." "Ona görə gəlin, cənab Lavrova çox da diqqət yetirməyək."
Mark Ruttenin bu sözləri, Lavrovun NATO-nun yeni müdafiə xərcləri hədəfi ilə bağlı söylədiyi tənqidi fikirlərə cavab olaraq səsləndirilib.
Xatırladaq ki, Lavrov bildirmişdi:
"NATO ölkələrinin ÜDM-nin 5%-ni müdafiəyə ayırmaq qərarı alyansı daxildən dağıda bilər."
Lavrovun bu sözləri isə Polşanın xarici işlər naziri Radoslaw Sikorskinin Moskvaya yönəlik tənqidlərinə cavab idi. Sikorski demişdi ki, Rusiyanın həddindən artıq hərbi xərcləri sonda Vladimir Putini çökdürə bilər.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə:
2024-cü ildə Rusiya ÜDM-nin 7.1%-ni - 149 milyard dolları - hərbi xərclərə ayırıb.
Putin özü də son tədbirlərdən birində bu xərclərin Rusiya iqtisadiyyatı üçün təhdid yaratdığını etiraf edib.
Rutte həmçinin Fox News-da çıxışı zamanı NATO ölkələrinin müdafiə xərclərini ABŞ səviyyəsinə çatdırmaq qərarını uğur adlandırıb:
"Bu məsələ keçmiş ABŞ prezidenti Dvayt Ayzenhauerin dövründən bəri gündəmdədir. İndi nəhayət bu istiqamətdə real addım atıldı."
Sergey Lavrov 2004-cü ildən bəri Rusiya Xarici İşlər Nazirliyinə rəhbərlik edir.
Mark Rutte isə 2024-cü ildə NATO-nun yeni baş katibi olaraq təyin olunub. Lalə Qüdrətova Son.az
Bəzi bürclərin altıncı hissi güclü, yuxuları isə gizli mesajlarla dolu

Müğənni Rahidə Baxışova "Bir gün" verilişində keçmiş həyat

Azərbaycanəsilli milyarder Araz Ağalarov barəsində məhkəmə icraatına ba

Azərbaycanda bir qrup şəxsin aylıq müavinətləri dayandırılıb.

Xalq artisti Mələkxanım Eyubovanın həyat yoldaşı Xosrov Nəcəfovun şək

Müğənni Emil Bədəlov açıqlması ilə diqqət çəkib.

İyun ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhər

Gündəlik yeməklərimizdə çox vaxt fərqinə varmadan istifadə etdiyimiz du

"Rus bölmələri artıq nə strateji, nə pedaqoji, nə də texnoloji bax�

Türkiyəli iş adamı Acun Ilıcalı TV8 və "Exxen" platformasında

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respubl

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibinin və Rusiyan

Bakı şəhərində torpaq sahələrinin qiymətində artım tendensiyası davam

Xalq artisti Nazpəri Dostəliyeva açıqlaması ilə diqqət çəkib.
