Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı 8ə çatıb


Siyasət 02 İyl 2025 21:40:00 100 0

Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı 8ə çatıb

21:40

Yekaterinburqun Leninski Rayon məhkəməsi iyunun 27-də Rusiya hüquq mühafizə orqanlarının xüsusi amansızlıqla keçirdiyi əməliyyat nəticəsində saxlanılan Əzizov Abbas Azay oğlu barəsində qərar çıxarıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, məhkəmə Əzizov Abbas barəsində ittiham tərəfinin şikayəti əsasında iyulun 19-dək həbs qətimkan tədbiri seçib.

Beləliklə, Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı 8-ə çatıb.

Qeyd edək ki, Rusiya hüquq mühafizə orqanlarının iyunun 27-də keçirdiyi əməliyyat zamanı saxlanılan Əziz Abbasova da işgəncə verilib.

O, aldığı xəsarətlərdən daha sonra xəstəxanaya yerləşdirilib.

------------ 20:05 Yekaterinburqun Leninski Rayon məhkəməsi iyunun 27-də Rusiya hüquq-mühafizə orqanlarının xüsusi amansızlıqla keçirdiyi əməliyyat nəticəsində saxlanılan Kamal Səfərov barəsində qərar çıxarıb.

Son.az xəbər verir ki, məhkəmə K.Səfərov barəsində ittiham tərəfinin şikayəti əsasında iyulun 19-dək həbs qətimkan tədbiri seçib.

Səfərova qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Beləliklə, Yekaterinburqda həbs olunan azərbaycanlıların sayı yeddiyə çatıb.

Qeyd edək ki, iyunun 27-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin digər hüquq mühafizə orqanları ilə birlikdə Yekaterinburqda azərbaycanlıların müxtəlif ünvanlardakı mənzillərinə basqın edib. Zorla mənzillərə daxil olaraq Səfərov qardaşları və digərlərinə zorakılıq və işgəncə tətbiq olunub. Daha sonra azərbaycanlılar idarəyə aparılaraq orada da işgəncəyə məruz qalıblar. Nəticədə Azərbaycan Respublikası vətəndaşı Hüseyn Səfərov və onun RF vətəndaşı olan qardaşı Ziyəddin Səfərov ağır işgəncələr nəticəsində həlak olublar. Onların əmisi oğlu Kamal Qədimalı oğlu Səfərov isə işgəncə vaxtı halı pisləşdiyindən xəstəxanaya yerləşdirilib və orada ürəyindən əməliyyat olunub.

Saxlanılan digər azərbaycanlılar Məzahir, Akif və Ayaz Səfərov qardaşları, onların əmisi oğlu Bakir Həsənov, Əhliman Gənciyev və Şahid Lalayev barəsində məhkəmə iyulun 19-dək həbs qətimkan tədbiri seçib.

Xatırladaq ki, bu gün Rusiya İstintaq Komitəsi Yekaterinburqda həbs olunan azərbaycanlıların hansı cinayətlərdə ittiham olunduğunu açıqlayıb. Qurumun sözçüsü Svetlana Petrenko Səfərov qardaşları və digər həmyerlilərimizin 2001, 2010 və 2011-ci illərdə müvafiq olaraq Yunis Paşayevin qətlində, F.Şirinovu öldürməyə cəhddə və İkram Hacıyevin qətlini sifariş verməkdə ittiham olunduqlarını bəyan edib. /APA

Azərbaycanlı müğənni sənətdən GETDİ  İsraildə həkim işləyir like
  • 02 İyl 21:30  
Şou-biznes Azərbaycanlı müğənni sənətdən GETDİ İsraildə həkim işləyir

Müğənni Emil Bədəlov açıqlması ilə diqqət çəkib.

arrow Ətraflı
Həkim təyinatı olmadan dərman qəbul edənləri bu təhlükə like
  • 02 İyl 21:16  
Digərləri Həkim təyinatı olmadan dərman qəbul edənləri bu təhlükə

İyun ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhər

arrow Ətraflı
Hər gün yeyirik, ancaq ömrü 10 il qısaldır like
  • 02 İyl 21:00  
Digərləri Hər gün yeyirik, ancaq ömrü 10 il qısaldır

Gündəlik yeməklərimizdə çox vaxt fərqinə varmadan istifadə etdiyimiz du

arrow Ətraflı
Azərbaycanda rus dilini bu dil əvəzləyəcək like
  • 02 İyl 20:48  
Digərləri Azərbaycanda rus dilini bu dil əvəzləyəcək

"Rus bölmələri artıq nə strateji, nə pedaqoji, nə də texnoloji bax�

arrow Ətraflı
Acun Ilıcalı aylıq gəlirini açıqladı like
  • 02 İyl 20:34  
Şou-biznes Acun Ilıcalı aylıq gəlirini açıqladı

Türkiyəli iş adamı Acun Ilıcalı TV8 və "Exxen" platformasında

arrow Ətraflı
Azərbaycan və Özbəkistan prezidentləri “Sea Breeze” istirahət mərkəzində olublar like
  • 02 İyl 20:32  
Siyasət Azərbaycan və Özbəkistan prezidentləri “Sea Breeze” istirahət mərkəzində olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respubl

arrow Ətraflı
“Rusiyanı vəziyyəti daha da gərginləşdirən addımlardan çəkinməyə çağırırıq”  XİN like
  • 02 İyl 20:13  
Siyasət “Rusiyanı vəziyyəti daha da gərginləşdirən addımlardan çəkinməyə çağırırıq” XİN

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibinin və Rusiyan

arrow Ətraflı
Bakıda torpaqlar sürətlə bahalaşır like
  • 02 İyl 20:03  
Digərləri Bakıda torpaqlar sürətlə bahalaşır

Bakı şəhərində torpaq sahələrinin qiymətində artım tendensiyası davam

arrow Ətraflı
"Onları məndən əvvəl qəbiristanlığa göndərməyin" like
  • 02 İyl 19:38  
Şou-biznes "Onları məndən əvvəl qəbiristanlığa göndərməyin"

Xalq artisti Nazpəri Dostəliyeva açıqlaması ilə diqqət çəkib.

arrow Ətraflı
Kənd Təsərrüfatı Nazirliyinin sabiq vəzifəli şəxsləri 77 min manat rüşvət alıblar like
  • 02 İyl 19:26  
Digərləri Kənd Təsərrüfatı Nazirliyinin sabiq vəzifəli şəxsləri 77 min manat rüşvət alıblar

Rüşvət almaqda təqsirləndirilən Kənd Təsərrüfatı Nazirliyinin sabiq v

arrow Ətraflı
Daha bir helikopter qəzası  ölənlər var like
  • 02 İyl 19:02  
Dünya Daha bir helikopter qəzası ölənlər var

Uqanda ordusunun yaydığı rəsmi məlumata görə, Somalinin paytaxtı Moqadi�

arrow Ətraflı
Azərbaycan Prezidenti Qarabağın bərpasına köməyinə görə Özbəkistana minnətdarlıq edib like
  • 02 İyl 18:47  
Siyasət Azərbaycan Prezidenti Qarabağın bərpasına köməyinə görə Özbəkistana minnətdarlıq edib

Azərbaycan Prezidenti İlham Əliyev Qarabağın bərpasına göstərdiyi köm�

arrow Ətraflı
Xalq artisti, tarzən Firuz Əliyevin 75 illik yubileyi qeyd edilib  FOTO like
  • 02 İyl 18:35  
Kriminal Xalq artisti, tarzən Firuz Əliyevin 75 illik yubileyi qeyd edilib FOTO

Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, tarzən Firuz Əliyevin 75 illik

arrow Ətraflı
Oğlunun ifası Xalq artistini kövrəltdi like
  • 02 İyl 08:08  
Şou-biznes Oğlunun ifası Xalq artistini kövrəltdi

Xalq artisti Firuz Əliyev "Qonaqcanlı" verilişinə oğulları Əli

arrow Ətraflı