Deputat: Sülh sazişi üçün son maneələr aradan qaldırılmalıdır
Siyasət 30 İyn 2025 18:05:00 75 0
Həqiqətən də, son bir il ərzində Ermənistan və Azərbaycan arasında davamlı sülhün bərqərar olunması istiqamətində, o cümlədən sülh sazişi layihəsi üzrə danışıqların başa çatdırılması ilə bağlı əhəmiyyətli irəliləyişlərə şahid olmuşuq. Ümid edirik ki, qalan maneələr, - xüsusilə Ermənistan konstitusiyasında əksini tapan Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar, - tezliklə aradan qaldırılacaq və sazişin imzalanmasına yol açılacaq. Eyni zamanda, Ermənistanla münaqişənin ağır humanitar nəticələrinin həlli istiqamətində beynəlxalq birliyin konkret dəstəyinə ehtiyac olduğunu vurğulamaq istəyirik. Səkkiz yüz mindən çox məcburi köçkün azərbaycanlı hələ də 900-ə yaxın şəhər və kəndin tamamilə dağıdılması və ölkə ərazisinin 14 faizini əhatə edən geniş mina təhlükəsi səbəbindən öz yurdlarına qayıda bilmir.
Bu xəbəri də oxu: Prezident Fikrət Məmmədovla bağlı Sərəncam imzaladı
Son.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Sevinc Fətəliyeva iyunun 30-da ATƏT Parlament Assambleyasının 32-ci illik sessiyası çərçivəsində Demokratiya, insan haqları və humanitar məsələlər üzrə Komitənin iclasında "Helsinki Yekun Aktının 50 illiyi: ATƏT-də yeni reallığa cavab" adlı məruzənin müzakirəsində çıxışı zamanı deyib.
O bildirib ki, ümumi zərərin məbləği 150 milyard ABŞ dollarını ötür. Son 30 ildə 3400-dən çox vətəndaşımız mina partlayışlarının qurbanı olub. Bu hadisələrin demək olar ki, 400-ü 2020-ci ildən sonra baş verib. Təəssüf ki, bu gün səhər Ağdamda baş verən son faciəli hadisədə daha bir mülki şəxs mina partlayışı nəticəsində ayağını itirib. Buna görə də biz Azərbaycanın humanitar minatəmizləmə, yenidənqurma və bərpa səylərinə daha güclü beynəlxalq həmrəylik və dəstək çağırışı edirik. Bu addımlar yalnız icmaların yenidən qurulması üçün deyil, eyni zamanda, bölgədə davamlı sülh və barışığın təmin olunması üçün həyati əhəmiyyət daşıyır.
"Biz vacib bir mərhələdə - sülhün astanasındayıq. Lakin sülh yalnız dürüstlük, qarşılıqlı hörmət və konstruktiv dialoqa sadiqlik əsasında əldə oluna bilər. Əsasız, reallıqdan uzaq ittihamlar bu prosesi yalnız zəiflədir. Faktların təhrif olunması və dezinformasiya ictimai rəyi çaşdırır və xalqlarımız arasında etimadın qurulmasını daha da çətinləşdirir. Biz işimizdə hamıya yaxşı məlum olan faktlara və reallığa əsaslanmalıyıq. Gəlin unutmayaq ki, bölgəmizdə davamlı sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması üçün gücümüz birgə səylər göstərməyə, açıq dialoq və qarşılıqlı anlaşmaya hazır olmağımızdadır. Məhz bu yanaşma bizi ümumi rifaha aparan yoldur", - deyə Milli Məclisin deputatı qeyd edib. Son.az
Park Cinema Hollivudun tamamilə smartfona çəkilmiş ilk filmi olan "28 i

Fransız kinosunun əfsanəvi aktyoru Pyer Rişar yenidən diqqət mərkəzinə

İlk dəfə olaraq, günəşli Azərbaycanın paytaxtında "Azerbaijan Danc

"Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının ("

BMT İnsan hüquqları Ali Komissarlığının ofisinin İşgəncələrə Qarş�

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Heydər Əliyev adına Hərb

Pakistanın Baş naziri Şahbaz Şərif iyulun 3-də Azərbaycana ikigünlük r�

Yekaterinburq şəhərində azərbaycanlılara qarşı baş verən qətliam t�

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind�

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Xarici İşlər Nazirliyin

ABŞ ordusunda saqqal saxlamaqla bağlı qaydalar sərtləşdirilib.

"Sputnik Azərbaycan"da keçirilən əməliyyat nəticəsində saxlan�

Fransa Prezidenti Emmanuel Makron İran Prezidenti Məsud Pezeşkianla telefon v

Xəbər verdiyimiz kimi, "Büyükfırat" restoranlar şəbəkəsinin

Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolu adlanan ərazidə 26.06.2025-ci
