Güclü ordu, güclü dövlət – Təhdidlərə qarşı sükut deyil, güc danışır
Siyasət 30 İyn 2025 17:45:00 50 0
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Heydər Əliyev adına Hərbi İnstitutun və Hərbi Tibb Fakültəsinin buraxılış mərasimində çıxışı zamanı deyib ki, Azərbaycan Ordusu bölgənin ən güclü ordusu olmaqla yanaşı, regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib.
Bu xəbəri də oxu: Şahbaz Şərif Azərbaycana gələcək
Onun sözlərinə görə, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan Hərbi İnstitutun məzunu olmaq qürurverici və məsuliyyətlidir:
"Sevindirici haldır ki, iştirak etdiyimiz təntənəli buraxılış mərasimi əlamətdar bir ilə təsadüf edir. Bu il ölkəmizdə "Konstitusiya və Suverenlik İli" kimi böyük təntənə ilə qeyd edilir. Həmçinin xalqımız Vətən müharibəsinin beşinci ildönümünü qeyd etməyə hazırlaşır. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu siyasəti nəticəsində müasir Azərbaycan Ordusu regionun ən güclü ordusu olmaqla bölgədə sülh və əmin-amanlığın təminatçısına çevrilib. Ordu quruculuğunun əsas istiqamətlərindən biri olan hərbi təhsil sahəsində aparılan uğurlu islahatlar artıq öz bəhrəsini verir". Nazir bildirib ki, Azərbaycan Ordusunun peşəkar hərbi kadrlarla təmin olunmasında Hərbi İnstitutun rolu əhəmiyyətli və danılmazdır:
"İnstitutun məzunları Birinci və İkinci Qarabağ müharibələrində, eləcə antiterror və digər əməliyyatlarda fəal iştirak edib ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası naminə göstərdikləri qəhrəmanlıq və şücaətlərə görə yüksək dövlət təltiflərinə layiq görülüblər. Aprel döyüşləri, Günnüt əməliyyatı, Vətən müharibəsi və sonrakı döyüş əməliyyatları, nəhayət, 2023-cü ildə keçirilən antiterror əməliyyatı hərbi qulluqçuların peşəkarlığını, şəxsi heyətin Qələbə əzmini yüksək olduğunu göstərdi. Təntənəli mərasimdə bütün şəhidlərimizi, o cümlədən Hərbi İnstitutun şəhid və kursantlarını dərin ehtiramla yad edir, döyüşlərdə sağlamlığını itirmiş hərbi qulluqçulara Allahdan şəfa diləyirəm".
Son.az xəbər verir ki, mövzu ilə bağlı siyasi şərhçi Kənan Novruzov bildirib ki, nazirin səsləndirdiyi fikirlərdə həm də çox mühüm mesajlar verir:
"Belə ki, xüsusilə İkinci Qarabağ savaşı və birgünlük antiterror əməliyyatından sonra Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaranıb. Bu reallıqların müəllifi Azərbaycan ordusudur. Yeni "oyun qaydaları" bölgədə separatizmin kökünü birdəfəlik kəsməklə həm də sülh və sabitliyi, əməkdaşlıq mühitini təmin edir.
Ümumiyyətlə, ölkəmizdə ordu quruculuğu məsələsi həmişə diqqətdə olub. Hələ Ümummilli Lider Heydər Əliyevin hakimiyyətinin ilk illərindən etibarən ordu quruculuğuna xüsusi qayğı və diqqətlə yanaşılıb. Azərbaycan ordusunun 30 ildən sonra torpaqlarını işğaldan azad etməsinin, müasir standartlara cavab verməsinim arxasında dayanan əsas məqam da məhz budur.
Güclü ordu istənilən regionda sülhün təminatçıdır. Sözsüz ki, Azərbaycan Silahlı Qüvvələri nə qədər güclü olsa kənar təzyiqlərin, təhdidlərin qarşısı bir o qədər alınacaq. Bu baxımdan Azərbaycanda ordu quruculuğu sahəsində bundan sonra da ciddi addımların atılacağına şübhə olmamalıdır. Onu da deyək ki, strateji müttəfiqlik ruhunda Azərbaycanın Türkiyə ilə əməkdaşlığı hərbi sahədə də yeni imkanlar yaradır".
Asya Son.az
Xəbərə aid video
Pakistanın Baş naziri Şahbaz Şərif iyulun 3-də Azərbaycana ikigünlük r�

Yekaterinburq şəhərində azərbaycanlılara qarşı baş verən qətliam t�

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsind�

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Xarici İşlər Nazirliyin

ABŞ ordusunda saqqal saxlamaqla bağlı qaydalar sərtləşdirilib.

"Sputnik Azərbaycan"da keçirilən əməliyyat nəticəsində saxlan�

Fransa Prezidenti Emmanuel Makron İran Prezidenti Məsud Pezeşkianla telefon v

Xəbər verdiyimiz kimi, "Büyükfırat" restoranlar şəbəkəsinin

Bakı şəhəri, Nərimanov rayonu, Baksol yolu adlanan ərazidə 26.06.2025-ci

İsrailin İrana endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 935-ə

Şimali Kipr Türk Respublikasının Prezidenti Azərbaycana səfər edəcək.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Kollektiv Təhlükəsizlik

İyul ayı Respublikada yay fəslinin ən isti ayıdır. Hava şəraitinin sabit

Türkiyənin paytaxtı Ankarada elçilik məqsədilə təşkil olunan görüş f

Ziraat Bank Azərbaycan "FINTEX SUMMIT BAKU 2025- Maliyyə və Texnologiyal
