"İsrail bunu etsə “Pandora qutusu" açılacaq" Rusiyadan xəbərdarlıq
Siyasət 20 İyn 2025 10:30:00 70 0
İsrail ilə İran arasında gərginlik artarkən Kremlin sözçüsü Dmitri Peskov xəbərdarlıq edib. Peskov bildirib ki, İran lideri Əli Xameneiyə sui-qəsd cəhdləri və ya rejim dəyişdirmək istiqamətində təzyiqlər qəbuledilməzdir. O, belə hadisələrin "Pandora qutusunu açmaq" kimi böyük fəsadlara səbəb ola biləcəyini vurğulayıb.
Bu xəbəri də oxu: Prezident Türkiyəyə işgüzar səfərə gedib
Son.az xəbər verir ki, Pandora qutusu ifadəsi qədim Yunan mifologiyasından götürülüb və pis nəticələrə səbəb olan, geri dönməsi çətin olan vəziyyətləri təsvir edir. Mifə görə Pandora adlı ilk qadına verilən qutunu açdıqda bütün bədbəxtliklər dünyaya yayılır, yalnız ümid qutunun içində qalır. Bu ifadə indiki dildə böyük və təhlükəli nəticələri ola biləcək hadisələri simvolizə edir.
Peskovun xəbərdarlığı da bu mənada qəbul edilir. Xameneiyə sui-qəsd kimi bir hadisə regionda geri dönüşü mümkün olmayan fəsadlar yaradaraq, genişmiqyaslı xaos və münaqişə spiralını başlada bilər. Bu da həm region, həm də dünya üçün ciddi təhlükə deməkdir.
Qeyd edək ki, hazırda İsrailin "Oyanan Şir" əməliyyatı ilə başlayan və İranın "Həqiqi Vəd" adlı cavab hücumları ilə davam edən münaqişə 8-ci günündədir. Bu qarşıdurma nəticəsində İranın yüksək rütbəli hərbi rəhbərləri daxil olmaqla ən az 227 nəfər həyatını itirib. İran isə Tel-Əviv, Qüds və Hayfa şəhərlərinə yönəltdiyi yüzlərlə balistik və hipersonik raketlə İsrailə cavab verib. İsraildə isə ən az 25 nəfər həlak olub, yaralıların sayı 500-dən çoxdur.
İslam Son.az
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xə

İranda İsraili dəstəkləməkdə şübhəli bilinən azı 16 nəfər saxlanı

Trend Beynəlxalq İnformasiya Agentliyi Rusiyanın Sankt-Peterburq şəhərind�

İranın bu gün səhər həyata keçirdiyi ballistik raket hücumu nəticəsind

İsrail hərbi hava qüvvələri İranın şimalında yerləşən, Xəzər dəni

Avstraliya hökuməti təhlükəsizlik səbəbindən Tehrandakı səfirliyini Az

"Mahir Ay Brat" kimi tanınan meyxanaçı Mahir Qonşuyev yenidən hə

Bu gün Lənkəran və Lerik rayonlarının bəzi ərazilərində təmir işlər

Fuad Cəfərov Yaqub Budaqov adına Naxçıvan Muxtar Respublikası Psixi Xəst�

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

Yaxın bir neçə həftə ərzində bu bürclər maddi vəziyyətlərini nəzər

Abituriyentlər üçün ixtisas seçimi mərhələsi yalnız toplanmış balın

Uzun müddətdir ki, tənhalıq sağlamlıq üçün ciddi təhlükə hesab edils

Arıq, incə olmaq hər kəsin arzusudur. Ancaq kəskin arıqlama orqanizmin fə
