Üçüncü beynəlxalq uşaq dəb festivalı Azerbaijan Kids Festival keçirildi – FOTO
Kriminal 03 İyn 2025 18:28:00 93 0
Azerbaijan Kids Festivalının finalı Sea Breeze-in ərazisində yerləşən Nine Senses incəsənət məkanında baş tutdu. Bu ölkəmizdə uşaq dəbi sahəsində ən böyük sosial yönümlü layihədir. Festivalda 4-15 yaş arası 20 uşaq iştirak etdi və onlar öz tərzlərini geniş auditoriya və dəb sahəsinin peşəkar münsiflər heyəti qarşısında nümayiş etdirdilər. Münsiflər heyətinə dizaynerlər, blogerlər, moda sahəsinin ekspertləri və ictimai xadimlər daxil idi.
Bu xəbəri də oxu: Dövlət Uşaq Filarmoniyası balaca dostlarını təbrik edib FOTO
Festivalın fəxri qonağı Xalq artisti Emin Ağalarov oldu. O, bu cür təşəbbüslərin əhəmiyyətindən danışdı və uşaqlarla görüşərək onlarla xatirə şəkilləri çəkdirdi. Podyumda uşaqlar iki çıxış etdilər: biri fashion üslubunda, digəri isə milli naxışlarla bəzədilmiş etnik tərzdə geyimlərlə. Layihədə inklüzivlik də ön planda idi: 3 nömrəli Respublika xüsusi internat məktəbində təhsil alan eşitmə imkanları məhdud uşaqlar səhnəyə çıxdılar. Festivalın əsas məqsədi uşaqları dəstəkləmək, onların potensialını üzə çıxarmaq, ruhlandırmaq və cəmiyyətə inteqrasiya etməkdir. Eyni zamanda, layihə istedadlı uşaqları kəşf etməyə və onların tanınmasına şərait yaradır. Festivalın qalibləri və fərqlənən iştirakçılar gələcəkdə Azərbaycanı beynəlxalq layihələrdə təmsil etmək imkanını əldə edəcəklər. Layihənin təsisçisi Yusif Cəfərli, direktoru isə Vüqar Səfərlidir. Festivalın xoreoqrafı Gülnay Muradidir. O, uşaqlarla iki ay ərzində məşğul olaraq onların səhnədə özlərini inamla hiss etmələrinə dəstək olub. Festivalda yüksək hazırlıq səviyyəsi və xarizma nümayiş etdirən iştirakçılar arasında qaliblər xüsusi diqqət çəkdi. Festival ilham, sevinc və rəngarəng emosiyalarla yadda qaldı. Qaliblər və iştirakçılar təkcə mükafatlarla deyil, həm də onları yeni zirvələrə aparacaq dəyərli təcrübə ilə ayrıldılar. İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az, Azernews.Az
Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin mü

Meyxanaçı Ağamirzə Məmmədov uzun müddətdir yataq xəstəsi olan həmkar�

Qurban bayramı ilə əlaqədar respublika ərazisində fəaliyyət göstərən

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında 1 iyun Uşaqların Beynəlxal

"Beniz" adı ilə tanınan məşhur tiktoker Aybəniz Xəlilovanın ci

Azərbaycan Dövlət Uşaq Filarmoniyası Fikrət Əmirov adına Gəncə Dövlə

Bakıda piyadanın günahı ucbatından baş vermiş ağır yol qəzası dünya

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qu

Qaradağ rayonu Qobustan qəsəbəsində yaşayan sakinin başına qəribə hadi

Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimləri

Prezident İlham Əliyev "Azərbaycan Respublikası ilə Beynəlxalq Mülki

Xəbər verdiyimiz kimi, ötən gün kollec tələbəsi Astarada dənizdə boğ

1 iyun tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyas�

Müğənnilər Əminə Şirinlə Səidə Sultanın arasında bir müddət əvvə

Qurban bayramı ilə əlaqədar istirahət günü elan edilmiş 6, 7 və 9 iyun
