Dövlət Uşaq Filarmoniyasın Gəncədə konsert proqramı baş tutub FOTO
Kriminal 03 İyn 2025 17:51:00 115 0
Azərbaycan Dövlət Uşaq Filarmoniyası Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş konsert proqramı baş tutub.
Bu xəbəri də oxu: "Muğamat axşamı" konserti keçirilib FOTO
Uşaq Filarmoniyası gənc istedadların tanınması, yaradıcı kollektivlərin inkişafı məqsədi ilə müxtəlif layihələr həyata keçirməkdə davam edir. Bu məqsədlə Uşaq Filarmoniyası sayca ikinci dəfə Gəncə şəhərinə səfər edib. "Biz dünyayıq" adlı konsert proqramında Uşaq Filarmoniyasının müxtəlif yaradıcı kollektivləri - "Musiqili Uşaq Teatrı", "Sədəf" xalq çalğı alətləri ansamblı və solistlər, Uşaq Folklor Rəqs Ansamblının müxtəlif yaş qruplarından ibarət rəqs kollektivləri, gimnastika dərnəyi, "Simurq" musiqi festivalının iştirakçıları Fəxriyyə İsgəndərova, Amalya Seyidova (müəllim: Nigar Rəhimova), İnci Humbətova (müəllim: Kamilla Sədirxanova), Cəlalə İsmayılzadə (müəllim: Kamilla Əmirova), İnci Abbasova (müəllim: Fəridə Əhmədbəyova) bir-birindən maraqlı musiqi nömrələri ilə çıxış edib.
Uşaqların ifasında təqdim olunan rəqs nömrələri, uşaq dünyasının rəngarəngliyini əks etdirən musiqi kompozisiyaları, milli alətlərimizin ahəngi, gimnastika dərnəyinin fiziki çeviklikləri, estetik çıxışları ilə konsertə dinamik ruh qataraq tamaşaçıların aramsız alqışlarına səbəb oldular.
Konsert proqramı həm uşaqların potensialının üzə çıxarılması, həm də mədəniyyətin regionlarda inkişafı baxımından əhəmiyyətli tədbir kimi qiymətləndirilə bilər.
Bakıda piyadanın günahı ucbatından baş vermiş ağır yol qəzası dünya

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qu

Qaradağ rayonu Qobustan qəsəbəsində yaşayan sakinin başına qəribə hadi

Prezident İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimləri

Prezident İlham Əliyev "Azərbaycan Respublikası ilə Beynəlxalq Mülki

Xəbər verdiyimiz kimi, ötən gün kollec tələbəsi Astarada dənizdə boğ

1 iyun tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyas�

Müğənnilər Əminə Şirinlə Səidə Sultanın arasında bir müddət əvvə

Qurban bayramı ilə əlaqədar istirahət günü elan edilmiş 6, 7 və 9 iyun

Müşahidələr və təhlillər deməyə əsas verir ki, paytaxt yollarında ba�

META ("Facebook", "Instagram") şirkəti 2025-ci ilin ilk r�

Türkiyəli məşhur müğənni Rafet El Roman yeni işi ilə diqqət çəkib.

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində hə
