“Paşinyandan xahiş etmişdim ki, Azərbaycanla danışıqlar olsun” Arayik Harutyunyan
Siyasət 23 May 2025 19:37:00 67 0
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Arayik Haruyunyanın yer aldığı videomaterial nümayiş etdirilib və o, dövlət ittihamçılarının suallarını cavablandırıb.
Bu xəbəri də oxu: Tatarıstan lideri Prezident İlham Əliyevi təbrik edib
Son.az AZƏRTAC-a istinadən bildirir ki, videokadrlarda təqsirləndirilən şəxsin Samvel Karapetyanla birgə tankın üzərində oturub durbinlə ərazini müşahidə etdiyi görünür.
Dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandıran A.Harutyunyan videomaterialda danışdıqlarını yalan adlandırıb, bu fikirləri qardaşının adından səsləndirdiyini deyib.
O, Güllücə kəndinin (Ağdam rayonunun kəndidir - red.) tutulması barədə videoda səsləndirdiyi fikirlərlə bağlı isə bildirib: "Biz Güllücəyə girdik deyəndə 8-ci alayı nəzərdə tuturdum".
Məhkəmə prosesində nümayiş olunan fotoşəkillərin bəzilərində Arayik Harutyunyan özünü tanıyıb. Şəkillərin əksəriyyətində o, hərbi formada görünür.
Baş Prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli təqsirləndirilən şəxsə BMT-nin qətnamələrinin niyə icra olunmaması barədə suallar verib.
O, suallara cavabında deyib: "Bu barədə qərar var idi. Amma niyə yerinə yetirilməməsini bilmirəm. Mən Levon Ter-Petrosyanla da görüşmüşdüm. Başa düşdüm ki, yekdillik olmayıb".
Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandıran təqsirləndirilən şəxs 2018-2019-cu illərdə Ermənistanla keçmiş qondarma qurum arasında keçirilən iki iclasın birində iştirak etdiyini bildirib və deyib: "2020-ci ilin may ayında "prezident" vəzifəsini qəbul etdim. İyun ayında Ermənistanın baş naziri Nikol Paşinyandan xahiş etmişəm ki, iclas çağırsın. İstəyirdim ki, Azərbaycanla danışıqlar olsun, yekun razılığa gəlinsin. Həmin söhbətin içində BMT-nin dörd qətnaməsi də var idi".
Dövlət ittihamçısı Vüsal Əliyevin Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərinin talanması barədə sualına cavab verən A.Harutyunyan qəbiristanlıqların dağıdılmasını barbarlıq adlandırıb.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi mayın 26-da davam etdiriləcək. Son.az
"Avropa Siyasi Birliyi" sammitinin 2028-ci ildə Azərbaycanda keçiri

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respu

Yeni doğulan uşağın ölümü ilə bağlı açılan cinayət işi üzrə Lən

Əməkdar artist Nüşabə Ələsgərli həmkarı Vasif Məhərrəmlinin onun ha

Fövqəladə Hallar Nazirliyi bəzi bölgələrdə gözlənilən hava şəraiti

Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi �

Xaçmazda evə sərxoş gələn qayınata gəlinini döyüb.

ABŞ prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında ən böyük hərbi ə

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX)

Əməkdar artist Dilarə Əliyeva İzzət Bağırovla bağlı yol əhvalatını

Mayın 24-ü axşam və 25-də Bakıda və Abşeron yarımadasında, eyni zamand

Sabah bir sıra yollarda avtonəqliyyat vasitələrinin hərəkətinə məhdudiy

TASS-ın baş direktorunun birinci müavini Mixail Qusmanın "Birləşmiş
