Mixail Qusmanın filminin premyerası baş tutacaq
Dünya 23 May 2025 16:48:00 58 0
TASS-ın baş direktorunun birinci müavini Mixail Qusmanın "Birləşmiş Millətlər Təşkilatı. Müharibələr və sülh" adlı sənədli filminin premyerası 16 iyun tarixində BMT-nin Cenevrə bölməsində baş tutacaq. Film BMT-nin 80 illiyinə həsr olunub.
Bu xəbəri də oxu: Tanınmış bloqer canlı yayımda sevgilisi tərəfindən bıçaqlandı
Son.az xəbər verir ki, bu barədə layihənin müəllifi "Dünyanın transformasiyası: problemlər və perspektivlər" mövzusunda keçirilən XXIII Beynəlxalq Lixaçov Elmi Oxularında məlumat verib.
"Peşəkar həyatımda elə gətirib ki, artıq 30 ildən çoxdur Birləşmiş Millətlər Təşkilatının fəaliyyəti maraq dairəmdədir. BMT-yə rəhbərlik etmiş doqquz baş katibdən altısı ilə müsahibə aparmaq, filmlər çəkmək şərəfinə nail olmuşam. İndi isə BMT-nin 80 illiyinə həsr olunmuş bir saatlıq filmi tamamladıq. Filmdə elmi məsləhətçi kimi Anatoli Vasilyeviç Torkunov - BMT-yə Dəstək Assosiasiyasının sədri çıxış edir, baş məsləhətçi isə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Vladimirovna Zaxarovadır", - deyə Qusman bildirib.
O, TASS-a açıqlamasında qeyd edib ki, filmin premyerası 16 iyun tarixində BMT-nin Cenevrə bölməsində baş tutacaq, oktyabr ayında isə BMT-nin Nyu-Yorkdakı baş qərargahında ekran işinin nümayişi planlaşdırılır.
"Bu gün BMT tənqidə məruz qalır, bir çoxları onun islahat olunmasından danışır. Digər tərəfdən isə, prezidentimiz Vladimir Vladimiroviç Putinin də qeyd etdiyi kimi, bu, misilsiz bir təşkilatdır və bu gün onun əvəzləyicisi yoxdur. Bəllidir ki, BMT-nin ciddi problemləri də mövcuddur. Bu film günümüzdə - əsrlər qovşağında, dünyada baş verən tektonik dəyişikliklər fonunda, BMT-nin sülhə töhfə verən unikal institut kimi rolu haqqında olacaq", - deyə Qusman əlavə edib.
Film Rusiya İnformasiya Agentliyi TASS-ın dəstəyi ilə çəkilib.
XXIII Beynəlxalq Lixaçov Elmi Oxuları "Dünyanın transformasiyası: problemlər və perspektivlər" mövzusunda 22-23 may tarixlərində Sankt-Peterburqda keçirilir. Oxuların təşkilatçıları - Sankt-Peterburq Həmkarlar İttifaqları Humanitar Universiteti (SPbHİHU), Rusiya Elmlər Akademiyası, Rusiya Elmlər Akademiyasının Sankt-Peterburq Bölməsi və Rusiya Təhsil Akademiyasıdır. Forum akademik Dmitri Lixaçovun təşəbbüsü ilə 1993-cü ildən "Elm günləri" kimi keçirilməyə başlanıb.
Rusiya prezidenti Vladimir Putinin 2001-ci il fərmanı ilə foruma dövlət statusu verilib. Bu illər ərzində forumda 59 ölkənin nümayəndələri iştirak ediblər.
Ermənistan rəhbərliyinin sülh mesajları, sülh müqaviləsi ilə bağlı b�

İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin son açıqlamaları bir daha

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin P

Qazaxıstanın şərqində yerli vaxtla baş verən zəlzələ sakinlər arasın

Sosial mediada reklam fəaliyyətinə nəzarət gücləndirilib. Artıq bloqerl�

Müğənni İbrahim Borçalının ailəsində ağır itki üz verib.

Xalq artisti Röya Ayxan videosu ilə diqqət çəkib.

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Az

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Nurlan Yermekbayev Prezident

Eskişehirdə yaşayan 8 yaşlı Mehmet Emir Özbakanın taleyi ağcaqanad sanc

Ulduzlar bu dəfə dörd bürc üçün sevindirici mesaj göndərir. Son aylarda

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki D�

Bakıda 201 nömrəli tam orta məktəbin direktoru Afaq Əliyeva və məktəbin

Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində dindirilə

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr
