Xəyalpərəst Sübhani yenə nifaq toxumu səpir
Siyasət 23 May 2025 16:30:00 51 0
İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin son açıqlamaları bir daha göstərdi ki, bu adam bölgədə sülh və əməkdaşlıq üçün yox, gərginliyin davam etməsi üçün çalışır. Onun "heç bir məsələ zorla həll edilə bilməz, heç bir Zəngəzur dəhlizi olmayacaq" sözləri nə diplomatik etiketə uyğundur, nə də bir səfirin daşımalı olduğu neytral mövqeyə. Bu, açıq-aşkar Ermənistanın mövqeyinin müdafiəsidir və Azərbaycanın haqlı tələblərinə qarşı qərəzli münasibətdir.
Bu xəbəri də oxu: “Azərbaycanın bu tədbirə ev sahibliyi etməsini alqışlayıram” Paşinyan
Zəngəzur dəhlizi məsələsi Azərbaycanın birtərəfli istəyi deyil. Bu, 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatda qeyd olunan, Ermənistanın da razılaşdığı öhdəliklərdən biridir. Azərbaycanın məqsədi regionda kommunikasiyaları açmaq, iqtisadi inteqrasiyanı gücləndirmək, yeni yollarla ticarət və daşımaları bərpa etməkdir. Bu, Ermənistan üçün də faydalıdır. Amma Mehdi Sübhaninin dediklərindən belə çıxır ki, o, bu regionda heç bir real inteqrasiya istəmir, sadəcə Ermənistanı müdafiə etmək üçün vəzifəsindən istifadə edir.
Digər tərəfdən, Sübhaninin "zorla heç nə həll olunmaz" ifadəsi də son dərəcə riyakarlıqdır. 30 il ərzində Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərini zorla işğal etdi, yüz minlərlə insanı doğma torpağından qovdu, şəhərləri və kəndləri viran qoydu. Həmin vaxt Mehdi Sübhanidən və ya İran səfirliyindən belə qəti bəyanatlar eşidilmədi. Amma indi Azərbaycan öz ərazisində hüquqi əsaslara söykənən bir dəhliz məsələsini gündəmə gətirəndə, Sübhanidən "təhlükə" dolu açıqlamalar gəlir. Bu nə deməkdir? Azərbaycanın haqqını tələb etməsi zorakılıqdır, amma işğal illərlə susqunluqla qarşılanıb?
Mehdi Sübhaninin davranışları sadəcə bir diplomatın şəxsi simpatiyası deyil, həm də İranın regiondakı nüfuzuna zərbə vurur. O, Ermənistanda səfir kimi fəaliyyət göstərdiyi dövrdə dəfələrlə birtərəfli açıqlamalar verib, İran-Ermənistan münasibətlərini süni şəkildə şişirdib, Ermənistanı İran üçün "strateji tərəfdaş" adlandırıb. Hətta sərhəddə infrastruktur layihələrinin açılışlarında fəal iştirak edib, Ermənistan mətbuatına verdiyi müsahibələrdə Azərbaycana qarşı yönəlmiş dolayısı ittihamlar səsləndirib.
Diplomatik vəzifə balans tələb edir. Səfir qarşıdurmanı qızışdırmalı yox, söndürməli, tərəflər arasında dialoq qurmalı, sülhə töhfə verməlidir. Amma Mehdi Sübhaninin davranışları bu funksiyanın tam əksidir. Onun çıxışları Ermənistanı daha da cəsarətləndirir, Azərbaycana qarşı yönəlmiş nifrət ritorikasını gücləndirir və regionda barışa gedən yolları bağlayır.
Mehdi Sübhaninin keçmiş fəaliyyətinə nəzər salanda onun təkcə indi deyil, illər öncə də Azərbaycana qarşı xüsusi mövqe sərgilədiyi açıq görünür. O, diplomatik karyerası ərzində İranın həm Türkiyə, həm də Azərbaycan səfirliklərində müxtəlif vəzifələrdə çalışıb. Xüsusilə 1990-cı illərdə İranın Bakıdakı səfirliyində III və II katib kimi fəaliyyət göstərdiyi dövrdə onun Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri ilə bağlı iddialar səsləndirilmişdi. Elə bil, Sübhanini əvvəldən bölgədə xüsusilə Azərbaycanla bağlı sərt və təsiredici mövqe yürütmək üçün yetişdiriblər. İllər sonra Ermənistandakı səfir kimi çıxışlarında da bu yanaşmanın davam etdiyini, dəyişmədiyini görürük. Bu isə artıq təkcə bir diplomatın şəxsi yanaşması deyil, planlı və məqsədli davranışın nəticəsi kimi görünür.
Mehdi Sübhaninin son bəyanatları nə regional sabitliyə xidmət edir, nə də İranın özünü tərəfsiz vasitəçi kimi göstərmək istəyi ilə uzlaşır. Onun şəxsi mövqeyi artıq İran diplomatiyasının balanslı imicinə zidd düşür və Azərbaycan cəmiyyətində ciddi narazılıq yaradır. Belə bir şəxs Ermənistan kimi gərginliyin hələ də tam aradan qalxmadığı bir ölkədə səfir vəzifəsini davam etdirirsə, bu, istər-istəməz İranın bölgədəki imicinə və Bakıya yönəlik münasibətlərinə təsir göstərir.
İslam Son.az
Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin P

Qazaxıstanın şərqində yerli vaxtla baş verən zəlzələ sakinlər arasın

Sosial mediada reklam fəaliyyətinə nəzarət gücləndirilib. Artıq bloqerl�

Müğənni İbrahim Borçalının ailəsində ağır itki üz verib.

Xalq artisti Röya Ayxan videosu ilə diqqət çəkib.

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Az

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Nurlan Yermekbayev Prezident

Eskişehirdə yaşayan 8 yaşlı Mehmet Emir Özbakanın taleyi ağcaqanad sanc

Ulduzlar bu dəfə dörd bürc üçün sevindirici mesaj göndərir. Son aylarda

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki D�

Bakıda 201 nömrəli tam orta məktəbin direktoru Afaq Əliyeva və məktəbin

Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində dindirilə

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr

Sosial mediada reklam nəzarətə götürüldü: bloqerlər üçün yeni dövr b

Gözəllik, moda və rəqs mövzularında paylaşdığı videolarla tanınan və
