Həmin məşhur malikanə satışa çıxarılır Fantastik qiymətə FOTO
Şou-biznes 22 May 2025 12:21:00 61 0
"Aşk-ı Memnu" serialının unudulmaz səhnələrinin lentə alındığı məşhur məkan satışa çıxarılıb.
Bu xəbəri də oxu: "Qız boşanmaq istəyirsə, oğlan tərəfi yerdəngöyə qədər haqlıdır"
Son.az xəbər verir ki, 23 otaqlı möhtəşəm Çatalca malikanəsi 135 milyon TL qiymətlə alıcısını gözləyir.
2008-2010-cu illərdə yayımlanan və bu gün də təkrar bölümləri ilə sevilərək izlənilən "Aşk-ı Memnu" təkcə aktyor heyəti və dramatik süjet xətti ilə deyil, həm də vizual baxımdan yadda qalan məkanları ilə iz qoyub. Arsen xanımın Çatalcadakı bu malikanəsi də həmin simvolik yerlərdən biri kimi yaddaşlara həkk olunub.
Malikanə geniş əraziyə malik olmaqla yanaşı, daş memarlığı, təbiət ilə iç-içə yerləşməsi və zəngin tarixi ilə xüsusilə həm əmlak həvəskarları, həm də nostalji sevərlər üçün cəlbedici görsənir.
Serialda ailənin şəhər həyatından uzaqlaşmaq üçün sığındığı bu malikanə həmçinin Bihter və Behlülün gizli eşqinin gərgin anlarına şahidlik edən bir səhnə məkanı kimi önə çıxırdı. Ocaq başı dialoqları, geniş yaşıl sahələrdəki dramatik səhnələr və təbii ab-hava bu evi serial üçün unudulmaz etmişdi.
Bu malikanə təkcə bir daşınmaz əmlak deyil, həm də Türk serial tarixinin simvolik bir abidəsi kimi qiymətləndirilir.
Fidan Son.az
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Əsasnaməsində dəyişiklik edilib.

Sabirabadda 16 yaşlı gəlinin qətlə yetirilməsi ilə bağlı daha bir təf�

Son.az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

Mərhum tanınmış təşkilatçı və prodüser Nahid Emiloğlunun övladı efr

Bu bürclər sevgisini heç vaxt büruzə vermir

Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş &

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia

Prezident İlham Əliyev "Naxçıvan şəhərində yerləşən Möminə xat

Ömrünün 60 ildən çoxunu Hollivuda həsr edən aktyor Maykl Alaimo 86 yaşı

Astroloqlar may ayının son günlərinə doğru bəzi bürclərin həyatında �

Erməni qarmon ifaçısı Gagik Stepanyan "Bəs nə deyim", "Ay b
