Prezident bu türbənin bərpasına 1 milyon ayırdı
Siyasət 22 May 2025 11:11:00 60 0
Prezident İlham Əliyev "Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.
Bu xəbəri də oxu: Budapeşt Zirvə görüşü Zəngəzur dəhlizinə qlobal əhəmiyyətli layihə kimi baxıldığını nümayiş etdirdi Sevil Mikayılova
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Möminə xatun türbəsinin özünəməxsus tarixi görkəminin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması məqsədilə dünya əhəmiyyətli tarix memarlıq abidəsində bərpa və konservasiya işlərinin aparılması üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ilkin olaraq 1 milyon manat vəsait ayrılıb.
Naxçıvan şəhərində yerləşən böyük tarix və mədəniyyət yadigarı Möminə xatun türbəsi Azərbaycan milli memarlığının möhtəşəm abidəsi və Şərq memarlığının incilərindən biridir. XII əsrin görkəmli Azərbaycan memarı Əcəmi Naxçıvaninin dühası ilə yaradılmış bu nadir və monumental sənət nümunəsi öz kompozisiya həllinə, kamilliyinə və zərifliyinə görə bütövlükdə İslam aləminin şah əsərləri sırasında fəxri yer tutur. Misilsiz gözəlliyə malik türbə Azərbaycanda həmin dövrlərdə yüksək inkişaf etmiş mədəniyyətin və dövlətçilik ənənələrinin mövcudluğunun əyani təcəssümüdür. Möminə xatun türbəsi xalqımızın milli sərvəti kimi dövlət səviyyəsində mühafizə olunan dünya əhəmiyyətli mədəni irs nümunələri siyahısına salınıb.
Ömrünün 60 ildən çoxunu Hollivuda həsr edən aktyor Maykl Alaimo 86 yaşı

Astroloqlar may ayının son günlərinə doğru bəzi bürclərin həyatında �

Erməni qarmon ifaçısı Gagik Stepanyan "Bəs nə deyim", "Ay b

Cəmi bir il ərzində sıralamada sürətli yüksəliş göstərən "ChatG

Maliyyə naziri Sahil Babayev qurumda islahatlara start verib.

ABŞ-nin paytaxtı Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşı gülləl�

Rusiyadan Bakıya gələn təyyarədə ölüm hadisəsi olub.

May ayının ikinci yarısı üçün astroloji proqnoz göstərir ki, bir neçə

"Şəmkir Un-Yem" MMC-nin direktoru Aslan Əliyev həbs edilib.

Mobile World Congress 2025 sərgisində Samsung qarşısına qoyduğu məqsədl�

Bu gün Şahbuz rayonu Daylaqlı kəndində qaz təchizatında fasilə yaranacaq

Akademik Rafael Hüseynovun 525-ci qəzetdə məqaləsi dərc edilib.

Bu gün Egey dənizi sahillərində 6 bal gücündə zəlzələ qeydə alınıb.

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
