Bu ərazilərdə işıq olmayacaq
Digərləri 11 Ağu 2025 17:02:00 87 0
Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan bir sıra ərazilərdə təmir-bərpa işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Bu haberi de oku: Azərbaycanda məktəbli formaları UCUZLAŞDI
Azərişıqdan Son.az-a verilən məlumata görə, tlektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 11 avqust tarixində 35/6 kV-luq 91 saylı yarımstansiyadan qidalanan bir sıra 6 kV-luq hava xətlərində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 15:30-dan 16:30-dək Mehdiabad qəsəbəsi və Binəqədi kəndinin yeni yaşayış massivində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
İşlər yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.