Azərbaycanda çaqqallar kəndə hücum etdi: yaralananlar var


Digərləri 10 Ağu 2025 10:23:00 60 0

Azərbaycanda çaqqallar kəndə hücum etdi: yaralananlar var

Xaçmazda bir neçə çaqqal kənd sakinlərinə hücum edib.

Son.az report.az-a istinadla xəbər verir ki, hadisə Xaçmaz rayonunun Əhmədoba kəndində baş verib.

Çaqqallar həyətyanı sahəyə girərək bağda fındıq yığan 3 nəfəri dişləyib.

Xəsarət alan kənd sakinləri - 1956-cı il təvəllüdlü V.Məmmədəliyeva, 1971-ci il təvəllüdlü İ.Hacıyev və 1971-ci il təvəllüdlü X.Quliyeva Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Yaralılara ilkin tibbi yardım göstərilib, onlara quduzluq əleyhinə vaksin vurulub.

Faktla bağlı araşdırma aparılır.