Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edildi
Digərləri 02 Ağu 2025 09:58:00 84 0
Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan "Lada" markalı, 99-PD-057 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Fariz İsmayılov saxlanılıb.
Bu haberi de oku: "Yeşilçam"ın aktyoru qocalar evində qalır FOTO
Bu barədə Son.az-a DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı F.İsmayılovun narkotik vasitə qəbul etməsi də müəyyən olunub.
Kaynak: milli.az