"Süni intellektin insanlığı məhv etmə ehtimalı çox yüksəkdir"


Digərləri 02 Ağu 2025 23:45:00 77 0

"Süni intellektin insanlığı məhv etmə ehtimalı çox yüksəkdir"

Süni intellektin insanlıq üçün ölümcül təhlükəyə çevrilməsi ehtimalı çox yüksəkdir.

Son.az xəbər verir ki, bu barədə "Google" və "Microsoft" şirkətlərinin keçmiş mühəndisi, hazırda Maşın İntellekti Araşdırmaları İnstitutunun rəhbəri Neit Soares "The Times" nəşrinə müsahibəsində danışıb.

Soares bildirib ki, əgər süni intellektin hazırkı inkişaf tempi davam etsə, onun bəşəriyyəti məhv etmə ehtimalı azı 95 faiz təşkil edir. Onun sözlərinə görə insanlığın bu riski ciddi şəkildə dərk edib tədbir görməyə başlaması artıq gecikib.

"Əgər yaxın illərdə effektiv nəzarət mexanizmləri tətbiq olunmazsa, süni intellekt nəzarətdən çıxaraq insan irqi üçün fəlakətli nəticələrə səbəb ola bilər", - deyə mühəndis vurğulayıb.