Bir dilim tortla gələn ölüm ölkəni qorxuya saldı


Dünya 02 Ağu 2025 00:30:00 94 0

Bir dilim tortla gələn ölüm ölkəni qorxuya saldı

Fransanın Men-et-Luara bölgəsində evdə hazırlanmış konservləşdirilmiş kökdən hazırlanan tortun səbəb olduğu botulizm epidemiyası faciəyə çevrilib.

Son.az musavat.com-a istinadən xəbər verir ki, iyulun 7-dən 14-ə qədər tort yedikdən sonra xəstəxanaya yerləşdirilən 6 nəfərdən biri dünyasını dəyişib.

Angers prokuroru Eric Bouillard qeyd edib ki, botulizm zəhərlənməsinin qurbanlarından biri hələ də reanimasiyadadır, bir nəfərin vəziyyəti isə daha ağırdır.

Regional Səhiyyə İdarəsindən (ARS) verilən açıqlamaya görə, faciənin mənbəyi evdə hazırlanmış yerkökü konservlərindən hazırlanmış kök tortudur.

Botulizm nadir, lakin ciddi nevroloji xəstəlikdir, qidalarda, xüsusilə də yaxşı sterilizasiya olunmayan ev konservlərində böyüyən bir bakteriya tərəfindən ifraz olunan çox güclü toksindir.