ABŞ Rusiya yaxınlığında iki atom sualtı qayığını yerləşdirdi


Dünya 01 Ağu 2025 22:02:00 79 0

ABŞ Rusiya yaxınlığında iki atom sualtı qayığını yerləşdirdi

ABŞ Prezidenti Donald Tramp Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin nüvə təhdidlərinə cavab olaraq iki nüvə sualtı qayığını Rusiyaya yaxın bölgələrə yerləşdirmək barədə əmr verib.

Son.az xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb.

Tramp "Truth Social" platformasında paylaşım edərək bildirib ki, bu qərar Medvedevin "təxribat xarakterli və məsuliyyətsiz" bəyanatlarına cavabdır. ABŞ lideri qeyd edib ki, belə ritorika istənilmədən ciddi nəticələrə səbəb ola bilər.

Qeyd olunur ki, yerləşdirilən sualtı qayıqlar ABŞ-nin dünya üzrə ən güclü nüvə döyüş vasitələrindəndir.