5700 manata körpə alan qadın həbs olundu


Dünya 02 Ağu 2025 00:14:00 72 0

5700 manata körpə alan qadın həbs olundu

Dağıstanda körpə alan qadın insan alverinə görə azadlıqdan məhrum edilib.

Son.az xəbər verir ki, Dağıstanda bir qadın yeni doğulmuş körpəni 300 min rubl (təxminən 5700 manat ) müqabilində alaraq insan alverində təqsirli bilinib. Bu barədə Rusiyanın İstintaq Komitəsinin regional idarəsi Lenta.ruya məlumat verib.

Məhkəmənin qərarına əsasən, qadın 3 il müddətinə ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndəriləcək. Lakin cəzasını yalnız övladı 14 yaşına çatdıqdan sonra çəkməyə başlayacaq.

İstintaqın məlumatına görə hadisə 2024-cü ilin sonunda baş verib. Təqsirləndirilən şəxs hamilə olan yerli qadına pul verərək, doğulacaq körpəni ona təhvil verməsini razılaşdırıb. 1 yanvar tarixində doğuşdan sonra uşaq qadına təhvil verilib.

Qeyd edək ki, qadın Rusiya Federasiyası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi - "İnsan alveri" üzrə təqsirli bilinib.