27 yaşlı gəlini əri öldürübmüş Kamp qurarkən yaxalandı
Dünya 02 Ağu 2025 12:00:00 70 0
Türkiyənin Trabzon vilayətinin Beşikdüzü rayonunda dəhşətli bir hadisə baş verib.
Bu haberi de oku: Uşağı hava limanında qoyub, tətilə getdilər
Son.az yerli mətbuata istinadən xəbər verir ki, boşanma ərəfəsində olduğu həyat yoldaşı 27 yaşlı Sinem Somunu silahla qətlə yetirən və daha sonra hadisə yerinə gələn məhəllə nəzarətçisi Emrah Eratanı ayağından yaralayan 30 yaşlı Ali Eren Somun hadisədən sonra qaçaraq gizlənib.
Onun axtarışları nəticəsində Sinop vilayətində çadır quraraq kamp etməyə çalışdığı yerdə yaxalandığı bildirilib.
Cinayətdən sonra qaçdı, çadır qurarkən həbs edildi
Cinayətdən sonra motosikletlə qaçan şübhəli üçün genişmiqyaslı axtarış əməliyyatı başladılıb. Araşdırmalar nəticəsində Ali Eren Somunun Sinop şəhərinin yaxınlığında, ucqar ərazidə kamp qurmağa çalışdığı müəyyən olunub. Polis qrupları tərəfindən keçirilən əməliyyatla şübhəli saxlanılıb.
"Ali Eren üçün intiqam tələsməz"
Ali Eren Somunun cinayətdən 6 gün əvvəl sosial media hesabında paylaşdığı mesaj diqqət çəkib. Paylaşımda o belə yazıb:
"Qulağınıza sırğa olsun. Ali Eren heç nəyi yarımçıq buraxmaz. Ona qarşı edilən haqsızlıqlar unudulmaz, bağışlanmaz. Sakit qaldığını düşünənlər bilsin ki, o sadəcə zamanını gözləyir. Çünki Ali Eren üçün intiqam tələsməz. Haqq yerini tapmadan içi soyumaz".
Bu paylaşım onun cinayəti əvvəlcədən planladığını göstərir.
"İnsan olmaq bu qədər sadədir" - Sinemin son sözləri
Qətlə yetirilən Sinem Somun sosial media hesabından cinayətdən az əvvəl etdiyi paylaşım isə sosial şəbəkələrdə dərin təsir yaradıb.
O paylaşımda belə yazıb:
"Çox sadədir əslində. Heyvanları öldürməyəcəksən, meşələri yandırmayacaqsan, qadınlara və uşaqlara zərər verməyəcəksən. Qəlb qırmayacaqsan. İnsan kimi yaşayıb, adam kimi ölüb gedəcəksən. Bu qədər sadə. İnsan olmaq bu qədər sadədir".
Kənan Son.az