Attraksionu qırıldı: 23 nəfər yaralandı


Dünya 31 Tem 2025 16:40:00 83 0

Attraksionu qırıldı: 23 nəfər yaralandı

Səudiyyə Ərəbistanının Taif şəhərində "Yaşıl Dağ" əyləncə parkında yerləşən məşhur "360 Degrees" attraksionu qəfil qırılaraq iki yerə parçalanıb.

Son.az xəbər verir ki, hadisə nəticəsində azı 23 nəfər müxtəlif dərəcədə xəsarət alıb, onlardan üçü ağır vəziyyətdədir.

Şahidlərin sözlərinə görə, qırılan dirək yüksək sürətlə arxaya doğru qayıdaraq əks tərəfdə dayanan insanlara çırpılıb. Həmçinin, qırılma zamanı hələ attraksionda əyləşmiş şəxslər də yaralanıb.

Hadisəyə dərhal təhlükəsizlik və təcili yardım xidmətləri müdaxilə edib, yaralılar ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılıblar. Faktla bağlı polis attraksionun nasazlığının səbəbini araşdırmaq üçün təcili istintaq başladıb.